Azərbaycanda yeni agentlik yaradılır - FƏRMAN

Azərbaycanda yeni agentlik yaradılır - FƏRMANPrezident İlham Əliyev Tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında Fərman imzalayıb.

Sonxeber.az President.az-a istinadən xəbər verir ki, Fərmana əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılır.

Fərmanla müəyyən edilib ki, Agentlik tullantıların idarə edilməsi (tullantıların əmələ gəlməsi, yığılması, çeşidlənməsi, daşınması, yerləşdirilməsi, emalı, istifadəsi, utilizasiyası, zərərsizləşdirilməsi və basdırılması) və tullantı haqlarının toplanması sahəsində dövlət nəzarətini, tənzimləməni və əlaqələndirməni həyata keçirən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olan qurumdur.

Nazirlər Kabineti iki ay müddətində Agentliyin əsasnaməsinin və strukturunun layihələrinə, habelə işçilərinin say həddinə dair, dörd ay müddətində bu Fərmanın 2-ci hissəsi, habelə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, "Tullantılar haqqında" Azərbaycan Respublikası Qanununun və tullantıların idarə edilməsi ilə bağlı digər normativ hüquqi aktların təkmilləşdirilməsinə dair və beş ay müddətində "Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası" layihəsi ilə əlaqələndirməklə "Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2027-2030-cu illər üçün Milli Strategiya" layihəsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Agentliyin maddi-texniki təminatı məsələlərinin həlli və saxlanılma xərclərinin maliyyələşdirilməsi, inzibati bina ilə təmin edilməsi üçün iki ay müddətində zəruri tədbirlər görməli və bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 950   Tarix: 14 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

Bu gün ölkəmiz tarixinin ən şanlı mərhələsini yaşayır

2023-cü il sentyabrın 19-da Azərbaycan tarixində yeni bir qəhrəmanlıq səhifəsi yazıldı. Qarabağda hələ də mövcud olan Ermənistan silahlı qüvvələrinin və separatçı dəstələrin törətdiyi təxribatlar Azərbaycanın səbir kasasını daşırmışdı. Məhz bu mərhələdə Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətl

17 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür"

"Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərin

17 sentyabr