Bazar günündən metro yeni qrafikdə işləyəcək
Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə əlaqədar "Bakı Metropoliteni" QSC-də gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
Sonxeber.az xəbər verir ki, bununla bağlı Bakı metropoliteni məlumat yayıb.
Bildirilib ki, tədbirin ilk günü - mayın 17-si qeyri-iş gününə təsadüf etsə də, qatarların hərəkəti şənbə günü qrafikinə uyğun təmin olunacaq.
Həmin gün "28 May-Əhmədli" və əks istiqamətdə interval 2 dəqiqə 30 saniyə təşkil edəcək.
Sessiyanın digər günlərində isə qatarlar ənənəvi iş günü qrafikinə uyğun, texniki cəhətdən mümkün olan ən sıx hərəkət rejimində fəaliyyət göstərəcək.
"28 May-Əhmədli" sahəsində interval 1 dəqiqə 45 saniyə olacaq.
Bənövşəyi xətdə, həmçinin "Əhmədli-Həzi Aslanov" və "Cəfər Cabbarlı-Xətai" məkik hərəkət mənzillərində qrafik dəyişdirilməyəcək. Bundan əlavə, sərnişin sıxlığının operativ tənzimlənməsi məqsədilə ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 784 Tarix: 15 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMilli Məclis gələn ilin büdcə zərfini I oxunuşda müzakirə edir
Milli Məclisin bu gün keçirilən plenar iclasında gələn ilin büdcə zərfi, o cümlədən "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 38 milyard 518 milyo
16 noyabr"Changan" idarəetməni itirərək səkiyə çıxdı
Gecə saatlarında Novxanı-Sumqayıt yolunda qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, "Changan" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq səkiyə və yol kənarındakı ağaca çırpılıb. Bildirilib ki, hadisə yolun təmir gedən hissəsində qeydə alınıb. Qəzaya uğrayan nəqliyya
18 noyabrKomediya proqramlarında söyüş və jarqon normal hala çevrilir? - AÇIQLAMA
Son dövrlər televiziya və sosial şəbəkələrdə yayımlanan bəzi komediya proqramlarında əxlaq normalarına zidd hesab edilən ifadə və davranışlar ictimai müzakirələrə səbəb olur. Xüsusilə, geniş auditoriyaya təqdim olunan bu cür məzmunların yeniyetmə və gənclərin dünyagörüşünə, davranışlarına və ailə dəyərlərin
18 noyabrXəzər dənizinin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir
Xəzər dənizinin sahilboyu ərazilərində davamlı inkişafın və ekoloji sabitliyin təmin edilməsi ilə bağlı idarəetmə və nəzarət sahələrində iştirak edən dövlət orqanlarının koordinasiyalı fəaliyyətinin təşkili, bu sahədə səmərəliliyin və çevikliyin artırılması, rəqəmsal idarəetmə modellərinin tətbiq edilməsi
17 noyabr"20 Yanvar"da qəza - Motosikletçi öldü
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında qeydə alınıb. Hadisə zamanı avtomobil motosikletlə toqquşub. Nəticədə motosikleti idarə edən şəxs hadisə yerində ölüb
17 noyabr