Hantavirus illərlə spermada gizlənir - Cinsi yolla da keçir

Hantavirus illərlə spermada gizlənir - Cinsi yolla da keçirİsveçrəli alimlər hantavirusunun kişi spermasında illərlə qala biləcəyini aşkar ediblər. Yeni araşdırmaya görə, virus yoluxmadan sonra, hətta altı ilə qədər kişi reproduktiv sistemində yaşaya bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmanı İsveçrənin bioloji, kimyəvi və nüvə təhlükələri üzrə fəaliyyət göstərən dövlət laboratoriyası aparıb.

Alimlər Cənubi Amerikaya səyahət zamanı And hanta virusu ştamına yoluxmuş 55 yaşlı İsveçrə vətəndaşını araşdırıblar. Müayinələr zamanı virusun qan, sidik və tənəffüs yollarında artıq aşkarlanmadığı müəyyən edilib. Lakin sperma analizlərində virus izləri yoluxmadan 71 ay sonra da aşkar olunub.

Araşdırma müəllifləri bildirirlər ki, kişi xayaları bəzi təhlükəli viruslar üçün rezervuar rolunu oynaya bilər. Bunun səbəbi immun sisteminin spermatozoidlərə qarşı tam hücum etməməsidir. Məhz bu xüsusiyyət bəzi virusların reproduktiv sistemdə uzun müddət qalmasına şərait yaradır.

Mütəxəssislər qeyd edirlər ki, oxşar hallar daha əvvəl Ebola və Zika virusu ilə bağlı da müşahidə olunub. Xüsusilə 2021-ci ildə Qvineyada baş verən Ebola virusunun yayılmasının illər əvvəl xəstəliyi keçirmiş bir şəxslə əlaqəli olduğu bildirilmişdi.

Araşdırma müəllifləri vurğulayıblar ki, hantavirusunun cinsi yolla ötürülmə potensialı var, baxmayaraq ki, indiyədək belə yoluxma halları rəsmi şəkildə təsdiqlənməyib.

Nəticələrdən sonra qlobal sağlamlıq risklərini izləyən Airfinity şirkətinin analitikləri kişi pasiyentlər üçün xüsusi təhlükəsizlik qaydalarının hazırlanmasını təklif ediblər. Onların fikrincə, bu məsələdə Ümumdünya Səhiyyə Təşkilatının Ebola ilə bağlı tətbiq etdiyi protokollara bənzər yanaşma istifadə oluna bilər.

Hazırda mütəxəssislər belə xəstələrə müəyyən müddət ərzində qoruyucu vasitələrdən istifadə etməyi və ya cinsi əlaqədən çəkinməyi tövsiyə edirlər.


Sonxeber.az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 673   Tarix: 15 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ronaldo sevgilisi ilə evlənir: toy hazırlığı gedir

Kriştiano Ronaldo və sevgilisi Corcina Rodriqez toy hazırlığı görürlər. xarici mediaya istinadla bildirir ki, mərasim artıq gələn həftə baş tuta bilər. Məlumata görə, dəvət olunan qonaqlar arasında UFC-nin keçmiş çempionları Həbib Nurməhəmmədov və Konor Makqreqor da var. Bundan başqa, qonaqlar siyahısınd

29 iyul
.

Televizora çox baxmaq beynimizi "əridirmiş"

Televizor qarşısında uzun saatlar keçirmək sağlamlıq üçün zərərli vərdişlərdən biri ola bilər. Yeni araşdırmaya görə, orta yaşda televizora daha çox baxan insanların beyninin bəzi hissələrində həcm azalması müşahidə olunur. "Qafqazinfo" xəbər verir ki, "Alzheimer's & Dementia"

28 iyul
.

Kolbasa və sosis xərçəng yaradır? - AÇIQLAMA

Sosis, bekon, kolbasa və bəzi ət yarımfabrikatlarının müntəzəm istehlakı kolorektal xərçəng riskini artıra bilər. Bu barədə xarici mediaya istinadla xəbər verir. TASS-a Rusiya Səhiyyə Nazirliyinin Milli Kliniki Endokrinologiya İnstitutunun həkim-endokrinoloqu Yekaterina Yerşova məsələ ilə bağlı danışıb

27 iyul
.

ChatGPT-yə təşəkkür etmək lazımdır? - Alimlərin gözlənilməz cavabı

Milyonlarla insan ChatGPT kimi süni intellekt çat-botları ilə sanki canlı həmsöhbət kimi ünsiyyət qurur. İstifadəçilər müraciətlərində "zəhmət olmasa", "təşəkkür edirəm" kimi nəzakət ifadələrindən istifadə edir, hətta bəzən üzr də istəyirlər. Qaynarinfo xəbər verir ki, "Noklapja"

29 iyul
.

Kartofu qaynatmazdan əvvəl doğrayırsınız... və boş yerə: Dietoloq ümumi səhvi izah edir

Kartof uzun illərdir dünyanın ən çox istehlak edilən tərəvəzlərindən biridir. Lakin çoxları onun necə bişirilməsinin qida dəyərinin qorunmasına ciddi təsir etdiyini bilmir. Mütəxəssislərin sözlərinə görə, bir neçə sadə vərdişi dəyişməklə kartofun tərkibindəki vitamin və mineralları daha yaxşı qoruma

28 iyul
.

Dolmalıq üzüm yarpağı alarkən bunlara diqqət edin

Üzüm yarpaqları ilə bükülmüş dolma əsrlərdir Azərbaycan mətbəxinin ən qədim və sevilən yeməklərindən biridir. Dolma sadəcə sadə bir yemək deyil; o, səbr və bacarıq tələb edən kulinariya sənətidir. Lakin, əksər ənənəvi yeməklərdə olduğu kimi, dolmanın uğurun təxminən 70%-i bükülmək üçün seçilmiş üzü

1 avqust
.

Xoşbəxtliyin 5 əsas sirri açıqlandı

Təxminən 100 min insanın iştirak etdiyi araşdırmada cəmiyyətlərin xoşbəxtliyinə təsir edən beş əsas amil müəyyənləşdirilib. Alimlərə görə, xoşbəxt cəmiyyət yalnız xoşbəxt fərdlərin cəmindən ibarət deyil. "Qafqazinfo" xəbər verir ki, yeni araşdırma cəmiyyətlərin xoşbəxtliyinin yalnız fərdləri

28 iyul
.

Mauro İkardi sevgilisi ilə idman zalından görüntülər paylaşdı - VİDEO

Türkiyənin "Qalatasaray" klubunun sabiq ulduz futbolçusu Mauro İkardi şəxsi həyatı və sosial media paylaşımları ilə yenidən diqqət mərkəzinə düşüb. xarici mediaya istinadla xəbər verir ki, futbolçu sevgilisi, aktrisa China Suárez ilə birlikdə idman zalında məşq etdiyi anları sosial şəbəkə hesabınd

31 iyul
.

Mərakeş vəliəhd şahzadəsinin əlini öpdürməməsi yenidən gündəm oldu - VİDEO

Mərakeş Kralı VI Məhəmmədin oğlu və taxtın varisi Moulay Hassanın rəsmi mərasimlərdə əlini öpmək istəyənləri nəzakətlə dayandıraraq əl sıxmağa üstünlük verdiyi görüntülər yenidən sosial şəbəkələrdə yayılıb. xarici mediaya istinadla xəbər verir ki, kadrlarda protokol üzvləri və qonaqlar ənənəyə uyğu

29 iyul