Hər kəs psixoloq ola bilərmi? - AÇIQLAMA
Son illərdə psixologiyaya marağın artması ilə birlikdə "Hər kəs psixoloq ola bilərmi?" sualı da tez-tez müzakirə olunur.
Xüsusilə sosial şəbəkələrdə insanların özlərini "psixoloq" kimi təqdim etməsi bu peşənin əsl mahiyyəti ilə bağlı suallar yaradır.
Bəs görəsən həqiqət nəyi əks etdirir?
Psixoloq Güsər Qədirli bu barədə Sonxeber.az -a açıqlama verib:
"Şəxsən psixoloq olaraq deyirəm ki, hər insan psixoloq ola bilməz. Bu peşə yalnız maraq və ya ünsiyyət bacarığı ilə məhdudlaşmır. Psixoloq olmaq üçün ilk növbədə psixologiya sahəsində akademik təhsil almaq, insan davranışlarını elmi əsaslarla öyrənmək və peşəkar etik qaydalara yiyələnmək lazımdır. Çünki psixoloq insanların emosional vəziyyəti, travmaları və psixi sağlamlığı ilə işləyir.
Eyni zamanda bu sahədə empatiya, səbir, dinləmə bacarığı və emosional balans da çox vacibdir. Bəzi insanlar yaxşı dinləyici və anlayışlı ola bilər, lakin bu, onları avtomatik olaraq psixoloq etmir. Peşəkar psixoloq düzgün analiz aparmalı, insanın vəziyyətini doğru qiymətləndirməli və lazım gəldikdə uyğun mütəxəssisə yönləndirməlidir.
Digər tərəfdən, psixoloq daim öz üzərində işləməlidir. Bu sahədə təhsil aldıqdan sonra da müxtəlif təlimlər, praktikalar və superviziya prosesləri davam edir. Çünki insan psixologiyası mürəkkəb və daim dəyişən bir sahədir.
Bu səbəbdən psixoloqluq həm bilik, həm məsuliyyət, həm də peşəkar hazırlıq tələb edən ciddi bir ixtisasdır. Sadəcə insanlara məsləhət vermək və ya motivasiyaedici fikirlər paylaşmaq psixoloq olmaq anlamına gəlmir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1137 Tarix: 15 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
Sentyabrın 19-20-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəy
18 sentyabr"Burger King" maaşımızı vermir" - Şikayət
"Burger King" restoranlar şəbəkəsinin keçmiş əməkdaşları maaşlarının ödənilməməsi ilə bağlı -a müraciət ediblər. Şikayətçilərin sözlərinə görə, 2023-cü ildən etibarən 30-dan çox keçmiş əməkdaşın əməkhaqqı tam ödənilməyib. Onlar problemin pandemiya dövründə, restoranların fəaliyyətini onlay
17 sentyabrBakıda evli kişi 14 yaşlı qızı qaçırdı
Binəqədi Rayon Məhkəməsində 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmədə təqsirləndirilən Kərim Kərimovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -a istinadən xəbər verir ki, hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilə
17 sentyabrDiplomatik səfər niyə erməni revanşist dairələrini narahat etdi?
Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri regionda formalaşmış yeni reallıqların beynəlxalq diplomatik dairələr tərəfindən yerində müşahidə edilməsi baxımından mühüm hadisəyə çevrildi. Səfərdə 58 ölkəni və 9 beynəlxalq təşkilat
17 sentyabrBu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Xaricdə ali təhsil alan və ya universiteti bitirən Azərbaycan vətəndaşlarının diplomlarının tanınması ilə bağlı məsələlər son dövrdə hərbi xidmət baxımından da diqqət çəkir. Xüsusilə diplomun tanınması prosesinin tamamlanmaması şəxsin təhsil statusunun və hərbi xidmətə möhlət hüququnun necə qiymətləndirilməs
17 sentyabr