Rayonlarda torpaq BAHALAŞIR
Lənkəran şəhərində son iki il ərzində torpaq sahələrinin qiymətlərində artım müşahidə olunur. Bahalaşma əsasən torpaqların yerləşdiyi ərazilərə görə dəyişir.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, torpaq alqı-satqısı ilə məşğul olan şəxslərin sözlərinə görə, rayonda satış üçün əlverişli torpaq sahələrinin sayı çox deyil. Satışa çıxarılan torpaqların əksəriyyəti sakinlərin öz həyətyanı sahələrindən ayıraraq satışa təqdim etdikləri 2-3 sotluq ərazilərdir.
Bildirilir ki, Lənkəranda torpaq almaq istəyənlər əsasən şəhərətrafı ərazilərə və rayona yaxın kəndlərə üstünlük verirlər. Ən yüksək qiymətə təklif olunan torpaq sahələri isə dənizə yaxın ərazilərdə yerləşir.
Şəkidə də son illər torpaq sahələrinin qiymətlərində artım qeydə alınıb. Ekspertlər bunu infrastrukturun yaxşılaşdırılması, Bakı istiqamətində yolların təmiri və bölgəyə gələn turist sayının artması ilə əlaqələndirirlər.
Qeyd olunur ki, Şəkidə ən aşağı qiymətlər şəhərin yeni salınan məhəllələrində müşahidə edilir. Həmin ərazilərdə hələ də qaz xətti mövcud deyil. Ən yüksək qiymətlər isə "Dodu" və "Soyuq Bulaq" məhəllələrində qeydə alınır. Turizm obyektlərinin çoxluğu bu ərazilərdə qiymətlərə birbaşa təsir göstərir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 528 Tarix: 16 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
Sentyabrın 19-20-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəy
18 sentyabr"Burger King" maaşımızı vermir" - Şikayət
"Burger King" restoranlar şəbəkəsinin keçmiş əməkdaşları maaşlarının ödənilməməsi ilə bağlı -a müraciət ediblər. Şikayətçilərin sözlərinə görə, 2023-cü ildən etibarən 30-dan çox keçmiş əməkdaşın əməkhaqqı tam ödənilməyib. Onlar problemin pandemiya dövründə, restoranların fəaliyyətini onlay
17 sentyabrBakıda evli kişi 14 yaşlı qızı qaçırdı
Binəqədi Rayon Məhkəməsində 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmədə təqsirləndirilən Kərim Kərimovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -a istinadən xəbər verir ki, hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilə
17 sentyabrDiplomatik səfər niyə erməni revanşist dairələrini narahat etdi?
Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri regionda formalaşmış yeni reallıqların beynəlxalq diplomatik dairələr tərəfindən yerində müşahidə edilməsi baxımından mühüm hadisəyə çevrildi. Səfərdə 58 ölkəni və 9 beynəlxalq təşkilat
17 sentyabrBu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Xaricdə ali təhsil alan və ya universiteti bitirən Azərbaycan vətəndaşlarının diplomlarının tanınması ilə bağlı məsələlər son dövrdə hərbi xidmət baxımından da diqqət çəkir. Xüsusilə diplomun tanınması prosesinin tamamlanmaması şəxsin təhsil statusunun və hərbi xidmətə möhlət hüququnun necə qiymətləndirilməs
17 sentyabr