Birlik rəhbəri: Orta Dəhliz dünyanın ən təhlükəsiz logistik xəttinə çevrilib
Son onillikdə Orta Dəhliz dünyanın ən təhlükəsiz logistik xəttinə çevrilib.
"Report" xəbər verir ki, bunu "Gənclərin Sosial-İqtisadi İnkişafına Dəstək" İctimai Birliyinin sədri Əfsələddin Ağalarov mayın 16-da Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərinin II Həmrəylik Forumu çərçivəsində keçirilən I Azərbaycan-Qırğızıstan QHT Əməkdaşlıq Forumu panel müzakirəsində deyib.
Onun sözlərinə görə, Türk dövlətlərinin QHT-ləri arasında əməkdaşlığın təmin edilməsi üçün ümumi konsepsiyaya ehtiyac var:
"Məsələn, Azərbaycan və Qırğızıstan Orta Dəhliz kontekstində eyni logistika zəncirinin fərqli, amma bir-birini tamamlayan hissələrində yerləşirlər. Çindən Avropaya uzanan böyük bir dəhlizin iki önəmli açar ölkəsi məhz Azərbaycan və Qırğızıstandır. Bu baxımdan, Türk dövlətlərinin QHT-ləri arasında əməkdaşlığın təmin edilməsi üçün ümumi konsepsiyanın olması zəruridir".
O, daha sonra ekoloji problemlərin urbanizasiya qaydalarına göstərdiyi təsirlərə toxunub:
"Ekoloji problemlər səbəbindən urbanizasiya qaydaları dəyişir, ekoloji üstünlüklər isə şəhərlərin gələcək inkişaf modelini müəyyənləşdirir. Bu baxımdan, Qırğızıstan QHT-ləri Azərbaycan QHT-lərindəki təcrübəni öyrənə bilər. Azərbaycanda şəhərləşmə prosesi birbaşa dövlət proqramları ilə təmin edilir. Məsələn, Azərbaycanda regionların inkişafı proqramları urbanizasiya prosesinə ciddi təsir göstərir. Şəhər idarəçiliyi infrastrukturu, beynəlxalq tədbir təcrübəsi bu baxımdan Azərbaycan QHT-lərinin önəmini əxz edir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Mobil nömrə istifadədən çıxarılıb başqa şəxslərə satıldıqda təhlükəsizlik necə qorunur? - AÇIQLAMA
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi