Böyük Britaniyanın baş naziri istefa verir?
Böyük Britaniyanın Baş naziri Kir Starmer könüllü olaraq Böyük Mançesterin meri Endi Bernemin xeyrinə öz vəzifə səlahiyyətlərindən imtina edə bilər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Daily Telegraph" nəşri məlumat verib.
Mayın 14-də Bernem bəyan etmişdi ki, İngiltərənin şimalındakı Meykerfild seçki dairəsindən Britaniya Parlamentinin İcmalar Palatasının (Aşağı Palata) məhəlli seçkidə namizədliyini irəli sürəcək. Mayın 15-də hakim Leyborist Partiyasının milli icra komitəsi onun namizədliyini təsdiqləyib. Məhəlli seçkinin iyunun 18-də keçirilməsi gözlənilir ki, bu da Meykerfildi təmsil edən hazırkı leyborist deputat Coş Simonsun Bernemin parlamentə daxil olmasına imkan yaratmaq üçün istefa verdiyini elan etməsi ilə əlaqəlidir. Seçkidə qalib gələrsə, Bernem Böyük Britaniyanın baş naziri postuna namizəd ola biləcək. Birləşmiş Krallıqdakı bütün yüksəkvəzifəli hökumət üzvləri parlamentarilərdir.
"The Daily Telegraph"ın mənbələrinin məlumatına görə, Starmer "bütün variantları" nəzərdən keçirir və özünün liderliyinə meydan oxuya biləcək istənilən cəhdləri dəf etməyə hazır olduğunu açıq şəkildə bəyan etməsinə baxmayaraq, könüllü şəkildə istefa verə bilər. Belə bir ssenari o halda mümkündür ki, Leyborist Partiyası daxilindəki müxtəlif qruplaşmalar Bernem fiquru ətrafında birləşsinlər. Eyni zamanda, qeyd olunur ki, Starmer məhəllə seçkisində Meykerfildin nəticələri məlum olana qədər istefa verməyəcək.
Həmçinin bildirilir ki, hakim partiyanın artıq 90-dan artıq deputatı Starmerin getməsinin lehinə danışıb. Mayın 15-də ölkənin səhiyyə naziri Uez Stritinq istefa verib və bəyan edib ki, buna səbəb Starmerə olan etibarın itirilməsidir. KİV Stritinqi Starmeri devirməyə cəhd edə biləcək şəxslərdən biri kimi qeyd edir.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 311 Tarix: 16 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yəmən husiləri İrana dəstək ifadə ediblər
Yəmən husiləri ABŞ və İsrailə qarşı yürütdüyü siyasətə görə İranı dəstəkləyir. "Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri ilə Tehrandakı görüş zamanı Yəməndə "Ənsarullah" (husi) hökumətinin Baş nazirinin müavini Cəlal əl-Ruyşan deyib. İranın xarici işlər naziri isə Amerik
5 iyulİsrail BƏƏ-də "Dəmir qübbə" yerləşdirdiyini təsdiqlədi
İsrail İranla münaqişənin əvvəlində Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) "Dəmir qübbə" hava hücumundan müdafiə (HHM) sistemini yerləşdirib. xəbər verir ki, bunu İsrailin nəqliyyat və yollarda təhlükəsizlik naziri Miri Reqev "Qaley SAXAL" hərbi radiosuna müsahibəsində təsdiqləyib. "BƏ
5 iyulOkeanın dibində yeni bir ada yaranır
Papua Yeni Qvineya sahilləri yaxınlığında peyklər tərəfindən qeydə alınan vulkanik aktivlik okeanın dibində yeni adanın formalaşa biləcəyini göstərir. Alimlər bölgədəki istilik anomaliyalarını və püskürmə prosesini izləyərək bu nadir təbiət hadisəsini araşdırırlar. Qaynarinfo xəbər verir ki, Papua Yen
6 iyulPaşinyan Rusiyaya getdi
Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya işgüzar səfərə yola düşüb. Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan mediası ölkənin Nazirlər Kabinetinə istinadən məlumat yayıb. N.Paşinyan Yekaterinburqda "İnnoprom-2026" sərgisində iştirak edəcək. Səfər çərçivəsində onun Rusiyanın Ba
6 iyulZelenski: Ukrayna dənizdə dronlarla müdafiə xətti yaradacaq
Ukrayna Qara dənizdə dronların tətbiqi ilə müdafiə xətti yaradacaq. "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Odessaya səfəri zamanı bildirib. "Müdafiə xətti Odessanı və bütün regionu hava hücumlarından qorumalı olacaq",
5 iyulFransa ordusunda yeni dövr: Əsgərləri robotlar əvəz edəcək
Fransa Silahlı Qüvvələri süni intellektlə idarə olunan robotlardan ibarət hərbi bölmənin yaradılması layihəsi üzərində işləyir. "Le Point"a istinadən xəbər verir ki, "Pendragon" adlı təşəbbüs çərçivəsində piyada bölmələrindən birinin əsgərlərlə deyil, robotlarla əvəz edilməsi planlaşdırılır
5 iyul