Valideynlərin nəzərinə: 4 və 6-cı siniflərlə bağlı MƏSƏLƏ DƏYİŞİR
2026-cı ilin iyun ayında keçiriləcək 4 və 6-cı siniflər üzrə səriştə əsaslı monitorinqin çərçivə sənədi təqdim olunub.
Bu barədə "Yeni Sabah"a Elm və Təhsil Nazirliyi məlumat verilib.
Bildirilib ki, sənəd Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən Avstraliya Təhsil Tədqiqatları Şurası ilə əməkdaşlıq çərçivəsində beynəlxalq ekspertlərin dəstəyi ilə hazırlanıb.
Qeyd olunub ki, çərçivə sənədi qiymətləndirmənin nəyi və necə ölçdüyünü müəyyən edən əsas konseptual sənəd hesab olunur. Sənəd qiymətləndirmənin hazırlanması, tətbiqi və nəticələrin hesabatlaşdırılması zamanı vahid yanaşma, ardıcıllıq və şəffaflığın təmin edilməsinə xidmət edir.
Məlumata görə, bu il yenilik olaraq 4-cü siniflər üzrə tədris dili fənnindən 2 mətni əhatə edən ümumilikdə 27 tapşırıq hazırlanacaq. Onlardan 2-si açıq yazılı tapşırıq olacaq. Həmçinin şagirdlərin sözləri tanıma bacarıqlarını ölçmək məqsədilə 3 şəkil əsaslı tapşırıq təqdim ediləcək.
Riyaziyyat fənni üzrə isə ümumilikdə 5 açıq tapşırıq nəzərdə tutulub. Bunlardan 3-ü həlli tələb olunmayan, 2-si isə həlli tələb olunan tapşırıqlar olacaq.
6-cı siniflər üzrə tədris dili fənnindən 5 mətni əhatə edən ümumilikdə 25 tapşırıq tərtib ediləcək. Bu mərhələdə də 2 açıq yazılı tapşırıq yer alacaq.
Nazirlikdən bildirilib ki, 6-cı siniflərin riyaziyyat fənni üzrə sualların strukturu 4-cü siniflərdə olduğu kimi olacaq. Belə ki, 3 açıq tapşırıq həlli tələb olunmayan, 2 açıq tapşırıq isə həlli tələb olunan formada təqdim ediləcək.
Aşağıdakı keçidə daxil olaraq 4-cü və 6-cı siniflər üzrə manitorinq qiymətləndirmə çərçivə sənədi ilə tanış ola bilərsiniz: https://arti.edu.az/wp-content/uploads/2026/05/Monitorinq-qiym%C9%99tl%C9%99ndirm%C9%99-c%C9%99rciv%C9%99-s%C9%99n%C9%99di_2026.pdf
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Mobil nömrə istifadədən çıxarılıb başqa şəxslərə satıldıqda təhlükəsizlik necə qorunur? - AÇIQLAMA
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi