Gənclər niyə evlənmək istəmir? - Səbəb maraqlıdır
Son günlər ölkəmizdə doğulanların sayında kəskin azalma var. Səbəbi isə müxtəlifdir.
Bəs doğum saylarının azalmasına səbəb nədir?
Milli.Az xəbər verir ki, rəsmi statistikaya əsasən, 2025-ci ildə ölkədə 95 min 875 körpə doğulub. Bu göstəricini 2024-cü ildə qeydə alınmış 102 min 310 doğumla müqayisə etsək, 6 mindən də çox fərqin olduğunu görərik. Nəticədə əhalinin hər 1000 nəfərinə düşən doğum səviyyəsi 10,0-dan 9,4-ə enib ki, bu da doğum tempində azalma meylinin davam etdiyini göstərir.
Eyni zamanda, ötən il ölkə əhalisinin ümumi sayı cəmi 0,4 faiz artıb. Demoqrafik artımın zəifləməsi həm təbii artımın azalması, həm də doğum göstəricilərindəki enişlə əlaqələndirilir. Mövcud dinamika əhalinin yaş strukturuna və uzunmüddətli sosial-iqtisadi proseslərə təsir edə biləcək amil kimi qiymətləndirilir.
Məsələ ilə bağlı deputat Ceyhun Məmmədov bildirib ki, bu çox ciddi məsələdir:
"Gənclər ailə məsələlərini tam dərk etmədən nikaha daxil olurlar. Eyni zamanda ailələrin bir bəzən iki övladla kifayətlənməsi və digər məsələ yeni tendensiya gənclərin artıq bir qismi ailə qurmaq istəmir. Rəqəmlər kifayət qədər ciddidir. Bu da gələcəkdə ailələrin tərkibinə, məktəbdə şagird sayına və digər nüasnlarda özünü göstərəcək. Xüsusilə bölgələrdə hər il məktəbə gələnlərin sayında ciddi azalma var".
Deputat qeyd edib ki, yeni doğulan uşaqların sayının azalması Milli Məclisin müvafiq komitələrində müzakirə olunur.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 425 Tarix: 17 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda evli kişi 14 yaşlı qızı qaçırdı
Binəqədi Rayon Məhkəməsində 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmədə təqsirləndirilən Kərim Kərimovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -a istinadən xəbər verir ki, hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilə
17 sentyabrŞəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Yevlax sakini, 91 yaşlı Qərənfil Məmmədovanın faciəli ölümünün səbəbi məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, qadın yaşadığı mənzilin pəncərəsindən paltar yığan zaman ayağının altından stul qaçıb və o, aşağı yıxılıb. Yevlax Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, sentyabrın 16-d
17 sentyabrOtuz ildən Zəfərə, Zəfərdən Suverenliyə
Bəzi tarixlər var ki, onları yalnız təqvimdəki rəqəmlərlə izah etmək mümkün deyil. Belə tarixlərin arxasında illərlə davam edən mübarizə, böyük itkilər, sarsılmaz iradə və nəsillərin bir-birinə ötürdüyü arzular dayanır. Azərbaycan xalqının müasir tarixində 20 Sentyabr məhz belə günlərdəndir. 20 Sentyab
17 sentyabrAdil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
Sosial şəbəkədə "Adil Black" ləqəbi ilə tanınan Adil Əmrahlı bu dəfə başından bir az da yuxarı "tullanaraq" Allahı və onun rəsulu Məhəmməd peyğəmbəri (s.ə.s.) təhqir edib. xəbər verir ki, A.Əmrahlı ABŞ-də yaşayan "Kolyaka" ləqəbli rusdilli strimerin "TikTok"d
17 sentyabrŞəhid atası vəfat etdi - Foto
Vətən müharibəsi şəhidi Elnur Məmmədovun atası İsrafil Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bir müddət əvvəl səhhətində ciddi problem yaranan şəhid atası Gəncədə həyatını itirib. Mərhum Gəncənin Köhnə Səbiskar qəbiristanlığında dəfn olunub. Qeyd edək ki, E. Məmmədov Kəlbəcər rayonunu
17 sentyabr