Bakıda bu şagirdlər 14 gün MƏKTƏBƏ GETMƏYƏCƏKLƏR
Bakının Binəqədi, Nərimanov, Nəsimi, Səbail, Xətai, Xəzər və Yasamal rayonlarının məktəblərində həftəsonları da nəzərə alınmaqla bu ay 14 gün dərs olmayacaq.
"Yeni Sabah" xəbər verir ki, adıçəkilən rayonların ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üzrə mayın 18-dən 22-dək tətil (1-5 may tarixləri əvəzinə) müəyyən edilib.
Bundan başqa, 7 rayonun məktəblərinin V-XI siniflərində dərslər mayın 18-dən 22-dək distant (məsafədən) formada keçiriləcək. Dominos pizza
Adıçəkilən rayonları əhatə edən məktəblərdə mayın 15-i sonuncu dərs günü olacaq və tətildən sonra ilk dərs mayın 25-də başlayacaq.
Bununla yanaşı mayın 27-dən 31-nə kimi Qurban bayramı ilə əlaqədar olaraq daha 5 günlük tətil elan olunacaq.
Beləliklə, Binəqədi, Nərimanov, Nəsimi, Səbail, Xətai, Xəzər və Yasamal rayonlarının ümumitəhsil müəsisələrində oxuyan şagirdlər may ayında 14 gün məktəbə getməyəcəklər.
Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonlarının məktəblərinin məktəbəhazırlıq qrupları və ibtidai siniflərində təhsil alanlar da mayın 18-dən 22-dək evdə olacaqlar. V-XI siniflərində dərslər isə adı qaydada, yəni şagirdlər məktəbə getmək formasında keçiriləcək.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı Bakı məktəblərində yaz tətilinin vaxtı dəyişdirilib. 1-5 may tarixləri, 18-22 may tarixləri ilə əvəzlənib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2398 Tarix: 17 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMilli Məclis gələn ilin büdcə zərfini I oxunuşda müzakirə edir
Milli Məclisin bu gün keçirilən plenar iclasında gələn ilin büdcə zərfi, o cümlədən "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 38 milyard 518 milyo
16 noyabr"Changan" idarəetməni itirərək səkiyə çıxdı
Gecə saatlarında Novxanı-Sumqayıt yolunda qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, "Changan" markalı minik avtomobili sürücünün idarəetməsindən çıxaraq səkiyə və yol kənarındakı ağaca çırpılıb. Bildirilib ki, hadisə yolun təmir gedən hissəsində qeydə alınıb. Qəzaya uğrayan nəqliyya
18 noyabrKomediya proqramlarında söyüş və jarqon normal hala çevrilir? - AÇIQLAMA
Son dövrlər televiziya və sosial şəbəkələrdə yayımlanan bəzi komediya proqramlarında əxlaq normalarına zidd hesab edilən ifadə və davranışlar ictimai müzakirələrə səbəb olur. Xüsusilə, geniş auditoriyaya təqdim olunan bu cür məzmunların yeniyetmə və gənclərin dünyagörüşünə, davranışlarına və ailə dəyərlərin
18 noyabrXəzər dənizinin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir
Xəzər dənizinin sahilboyu ərazilərində davamlı inkişafın və ekoloji sabitliyin təmin edilməsi ilə bağlı idarəetmə və nəzarət sahələrində iştirak edən dövlət orqanlarının koordinasiyalı fəaliyyətinin təşkili, bu sahədə səmərəliliyin və çevikliyin artırılması, rəqəmsal idarəetmə modellərinin tətbiq edilməsi
17 noyabr"20 Yanvar"da qəza - Motosikletçi öldü
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında qeydə alınıb. Hadisə zamanı avtomobil motosikletlə toqquşub. Nəticədə motosikleti idarə edən şəxs hadisə yerində ölüb
17 noyabr