Binəqədi, Xırdalan və Masazıra BUNA GÖRƏ METRO ÇƏKİLMİR - RƏSMİ - VİDEO
Bakı ətrafı ərazilərdə metro stansiyalarının tikilməsi məsələsi uzun müddətdir müzakirə olunur. Xüsusilə Binəqədi, Yeni Günəşli, Xırdalan və Masazır kimi ərazilərə metro xəttinin çəkilib-çəkilməyəcəyi ictimaiyyəti daim maraqlandırır.
Bakupost.az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanov "ATV Aktual" verilişində bu məsələyə münasibət bildirib.
O bildirib ki, metro ən bahalı infrastruktur layihələrindən biridir və yeni stansiyaların yerləri ciddi təhlillər əsasında müəyyən edilir:
"Əslində biz bu tip suallarla tez-tez qarşılaşırıq. Metro elə bir nəqliyyat növüdür ki, həm sürətinə, həm intervalına, həm də rahatlığına görə hər kəs onu öz evinin yanında istəyir. Amma nəzərə alsaq ki, digər nəqliyyat növləri ilə müqayisədə metro ən bahalı investisiya tələb edən infrastruktur obyektidir, yeni stansiyaların yerləri müəyyənləşdirilən zaman çox ciddi təhlillər aparılır.
Bakı şəhərinin artıq rəqəmsal eskizi mövcuddur. Mövcud olan bütün nəqliyyat, infrastruktur, yaşayış və iş yerləri həmin proqram təminatında əks olunub və perspektivdə olan inkişaf da öz əksini tapıb. Təbii ki, çox yer var ki, inkişaf etdirməliyik, amma bunu mərhələli şəkildə etməyimiz məcburidir. Bütün inkişaf perspektivləri simulyasiya olunur və buna əsasən biz yeni stansiyaların yerlərini müəyyənləşdirməyə çalışırıq".
Qurum rəhbərinin sözlərinə görə, şəhər ətrafında yeni metro stansiyalarının tikilməsi mərkəzdə nəqliyyat yükünü daha da artıra bilər:
"Binəqədi, Bakıxanov qəsəbəsi, Qaraçuxur, Yeni Yasamal kimi yerlərdə metro stansiyası tikilsə, həmin vətəndaşlar şəhərin mərkəzinə gəlməyə çalışacaqlar. Şəhərin mərkəzində isə onsuz da artıq yüklənmiş infrastruktur tamamilə iflic vəziyyətinə düşə bilər. Ona görə ilkin məqsəd şəhərin mərkəzini şaxələndirmək, şəhərin mərkəzinə bir neçə alternativ istiqamət üzrə gəlməyi təmin etməkdir. Ondan sonra digər əraziləri həmin şəbəkəyə qoşmaq mümkün ola bilər".
V.Aslanov qeyd edib ki, Xırdalan və Masazır istiqamətində metro xəttinin çəkilməsi üçün hazırda uyğun infrastruktur yoxdur:
"Məsələn, Xırdalan, Masazır ilə bağlı çox sual verilir. Lakin yaşıl xətt onsuz da doludur və interval problemi var. Bənövşəyi xətt fəaliyyət göstərir, amma qısa olduğu üçün çox böyük yük daşımır, sərnişin daşımalarının cəmi 3 faizini təmin edir.
Biz bənövşəyi xətti şəhər mərkəzinə tam inteqrasiya edib uzatdıqdan sonra və onu 3 nöqtədə yaşıl və qırmızı xətlərlə qovşaq halına gətirdikdən sonra Bakı şəhərinin şimal istiqamətindən -Xırdalan, Sumqayıt, Bakı-Şamaxı yolu üzərində yerləşən digər yaşayış massivlərindən gələn sərnişinlər rahatlıqla Xocasən və ya Avtovağzal stansiyasında metroya daxil olub həm bənövşəyi xətt üzrə, həm də keçid stansiyaları vasitəsilə digər istiqamətlərə rahat hərəkət edə bilərlər".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Mobil nömrə istifadədən çıxarılıb başqa şəxslərə satıldıqda təhlükəsizlik necə qorunur? - AÇIQLAMA
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi