Azərbaycanın paytaxtı DƏYİŞDİRİLİR?
Dünyanın müxtəlif ölkələrində siyasi, iqtisadi və strateji səbəblərlə paytaxtların dəyişdirilməsi halları yaşanıb. Son illər Azərbaycanda da zaman-zaman paytaxtın Bakıdan başqa şəhərə köçürülməsi ilə bağlı fikirlər səslənir.
Bəs gələcəkdə Azərbaycanın paytaxtının Lənkərana köçürülməsi real ssenari hesab oluna bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Ağ Partiya sədri Tural Abbaslı Azərbaycanda paytaxtın dəyişdirilməsi məsələsi əvvəllər də müzakirə olunduğunu bildirib.
"Bakının paytaxt kimi köçürülməsi məsələsi dönəm-dönəm gündəmə gəlir. Amma adətən Yevlax nəzərdə tutulurdu. Son vaxtlar isə Ağdam variantı müzakirə edilirdi. Lakin indiyə qədər Lənkəranın paytaxt kimi təklif olunduğunu görməmişik".
Onun sözlərinə görə, dünyada paytaxtların dəyişdirilməsi müxtəlif səbəblərlə bağlı olur:
"Adətən şəhərlərdə sıxlıq yaranır, funksionallıq zəifləyir. Təhlükəsizlik, demoqrafik və idarəetmə məsələləri də paytaxtın dəyişdirilməsinə təsir edən əsas amillərdir.
Əgər məqsəd digər şəhərlərin inkişafına nail olmaqdırsa, bunu paytaxtı dəyişmədən də etmək mümkündür. Paytaxtın köçürülməsi kifayət qədər zəhmətli, xərcli və problemli prosesdir. Bu, o qədər də sadə məsələ deyil".
Azərbaycanın müxtəlif bölgələrində iri inkişaf mərkəzləri formalaşdırmaq daha məqsədəuyğun yanaşma olacaq. Cənub, şimal, qərb bölgələri, Şirvan və Qarabağda ayrı-ayrı şəhərlərin Bakı ilə müqayisə olunan səviyyədə inkişaf etdirilməsi üçün xüsusi dövlət proqramları hazırlanıb həyata keçirilə bilər".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Mobil nömrə istifadədən çıxarılıb başqa şəxslərə satıldıqda təhlükəsizlik necə qorunur? - AÇIQLAMA
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi