Dünyada hər dörd nəfərdən biri gecəqonduda yaşayır - BMT-dən şok statistika
"Yeni Şəhər Gündəliyinin nəzərdən keçirilməsi yerli hökumətlərin və yerli fəaliyyətin daha fəal cəlb olunması yolu ilə çoxtərəfliliyin gücləndirilməsi üçün strateji imkan yaradır".
Oxu.Az xəbər verir ki, bunu BMT Baş Katibinin İcraiyyə Ofisinin Siyasət üzrə baş katibin müavini Qay Bernard Rayder Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunan Yeni Şəhər Gündəliyi üzrə nazirlər görüşünə ünvanladığı videomüraciətdə deyib.
O bildirib ki, 10 il əvvəl üzv dövlətlər Kitoda keçirilən Mənzil və Davamlı Şəhər İnkişafı üzrə BMT-nin III Konfransında Yeni Şəhər Gündəliyini qəbul ediblər.
"Bu sənəd üzv dövlətlər, BMT qurumları, siyasət ekspertləri, yerli və regional hökumətlər, özəl sektor və vətəndaş cəmiyyəti tərəfindən birgə hazırlanıb. Nəticədə hüquqa, ləyaqətə və inklüzivliyə əsaslanan, təhlükəsiz, davamlı və dayanıqlı şəhərlər və yaşayış məntəqələri ilə bağlı ortaq baxış formalaşıb", - deyə o vurğulayıb.
Q.B. Rayderin sözlərinə görə, hazırda dünyada hər dörd nəfərdən biri qeyri-rəsmi yaşayış məntəqələrində və ya gecəqondularda yaşayır.
O qeyd edib ki, Yeni Şəhər Gündəliyi məhz bu çağırışlara cavab olaraq qəbul olunub:
"İndiyədək əldə olunan irəliləyişi qiymətləndirməli və bu ortaq baxışın həyata keçirilməsi üçün siyasi iradəni yeniləməliyik. İki il əvvəl qəbul edilən Gələcək Paktı da bu ehtiyaca yenilənmiş öhdəliklə cavab verdi. Sənədin 6-cı fəaliyyəti çərçivəsində üzv dövlətlər hər kəs üçün adekvat, təhlükəsiz və əlçatan mənzilə çıxışın təmin olunmasını, həmçinin inkişaf etməkdə olan ölkələrə dayanıqlı və davamlı şəhərlərin planlaşdırılması və həyata keçirilməsində dəstək göstərilməsini öhdələrinə götürüblər".
Baş katibin müavini əlavə edib ki, bu öhdəliklərin yerinə yetirilməsi üçün daha güclü tərəfdaşlıqların qurulması, effektiv çoxsəviyyəli idarəetmənin təşviqi, inkişafın maliyyələşdirilməsinə çıxışın genişləndirilməsi, eləcə də məlumat, texnologiya, infrastruktur və potensialın gücləndirilməsinə investisiyaların artırılması vacibdir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Mobil nömrə istifadədən çıxarılıb başqa şəxslərə satıldıqda təhlükəsizlik necə qorunur? - AÇIQLAMA
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO
Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi