Mtobeli Kolisa: "Bakı şəhər idarəçiliyi sahəsində mühüm müzakirələrə ev sahibliyi edir"
Bakı şəhər idarəçiliyi sahəsində mühüm müzakirələrə ev sahibliyi edir.
Bunu "Report"a açıqlamasında Cənubi Afrika Yerli İdarəetmə Assosiasiyasının Baş İcraçı Direktoru Mtobeli Kolisa Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində deyib.
M. Kolisa qlobal platformaların təcrübə mübadiləsi baxımından əhəmiyyətini qeyd edib: "Belə bir forumun olmasının vacib olduğunu düşünürük. Çünki ölkələr şəhər idarəçiliyində inkişafın fərqli çətinlikləri ilə üzləşirlər. Təcrübə və bilikləri bölüşmək onlar üçün çox önəmlidir ki, biz şəhər inkişafını daha yaxşı idarə edə bilək. İnanıram ki, şəhər idarəçiliyi sahəsində müxtəlif mütəxəssislərin bir araya gəlməsi və təcrübə mübadiləsi aparması, xüsusilə də şəhərlərimizdəki sürətli urbanizasiya və iqlim dəyişikliyi kontekstində, bizə şəhər inkişafını daha yaxşı idarə etmək üçün yeni ideyalar verəcək. Beləliklə, biz hazırda dünyanın kifayət qədər yararlana bilmədiyi "şəhər dividenti" dediyimiz nəticəni əldə edə biləcəyik. Çünki hazırda sürətli urbanizasiya və iqlim dəyişikliyi bizi bir növ üstələyib".
Assosiasiya rəsmisi Bakının yüksək səviyyəli təşkilatçılığını və qonaqpərvərliyini xüsusi qeyd edib: "Bakı qonaqpərvərlik baxımından heyrətamiz bir iş ortaya qoyub. Dünyanın müxtəlif yerlərindən gələn nümayəndələr kimi biz burada özümüzü çox yaxşı qarşılanmış hiss edirik. Otellər yaxşıdır, nəqliyyat sistemi yüksək səviyyədədir. Bura ev sahibliyi üçün həqiqətən doğru məkandır. Biz əvvəllər COP tədbiri üçün də burada olmuşduq və Bakını o zaman da belə görmüşdük. Ona görə də bura gələrkən Bakının bunu yenidən bacaracağına çox əmin idik".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Mobil nömrə istifadədən çıxarılıb başqa şəxslərə satıldıqda təhlükəsizlik necə qorunur? - AÇIQLAMA
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO
Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi