Farid Dahmane: WUF13 Afrika şəhərləşmə prioritetlərinin dünyaya çatdırılması üçün vacib platformadır
Dünyanın iqlim dəyişikliyinin təsirlərini aradan qaldırmağa çalışdığı kritik bir dönəmdə Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi xüsusi əhəmiyyət daşıyır.
"Report" xəbər verir ki, bunu Əlcəzairin Keniyadakı səfiri Farid Dahmane Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən nazirlərin dəyirmi masasında çıxışı zamanı bildirib.
O qeyd edib ki, bu tədbir həm də Afrika şəhərləşmə prosesinin prioritetlərini dünyaya təqdim etmək üçün ən uyğun və əhəmiyyətli platformadır:
"Əlcəzair bu fürsətdən istifadə edərək Yeni Şəhər Gündəliyinə, xüsusilə Dayanıqlı İnkişaf Məqsədi 11-ə (SDG 11) sadiqliyini bir daha vurğulayır. Biz inanırıq ki, bu sessiya Yeni Şəhər Gündəliyinə doğru əldə etdiyimiz nailiyyətləri nümayiş etdirmək üçün mühüm bir mərhələdir".
Onun sözlərinə görə, Əlcəzair müxtəlif kateqoriyalardan və icmalardan olan bütün əhali qruplarını əhatə edən mənzil layihələri vasitəsilə insanların rifahının yaxşılaşdırılması üçün fasiləsiz şəkildə çalışıb:
"Biz həm qeyri-formal məskunlaşmaların və qeyri-qanuni yaşayış sahələrinin aradan qaldırılması, həm də kənd yerlərindən şəhərlərə qeyri-zəruri köçlərin minimuma endirilməsi istiqamətində fəaliyyət göstəririk. Əlcəzair 2025-ci ildən etibarən genişmiqyaslı mənzil layihəsinə başlayıb, yenidən yerləşdirmə proqramları vasitəsilə qeyri-formal yaşayış məntəqələrinin ləğvi istiqamətində işlər görülüb".
Səfir deyib ki, Əlcəzair mənzil yığımları və dövlət tərəfindən birbaşa subsidiyaların verilməsi ilə bağlı digər qanunlar da tətbiq edib:
"Bu subsidiyalar xüsusilə kənd təşəbbüsləri üçün 5-7 min dollar arasında dəyişir. Bütün bu tədbirlər mənzil qiymətlərinin aşağı salınmasına və təxminən 95 %-ə qədər kredit və faiz yükünün azaldılmasına yönəlmiş fondlar vasitəsilə həyata keçirilir. Bu layihə və təşəbbüslərin hamısı ümumi inkişaf məqsədləri ilə uzlaşır"
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Mobil nömrə istifadədən çıxarılıb başqa şəxslərə satıldıqda təhlükəsizlik necə qorunur? - AÇIQLAMA
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO
Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi