İlham Əliyev Oljas Süleymenovu 90 illik yubileyi münasibətilə təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın Xalq yazıçısı Oljas Süleymenova təbrik məktubu ünvanlayıb.
Sonxeber.az AZƏRTAC-a istinadən bildirir ki, mətndə deyilir:
"Hörmətli Oljas Süleymenov!
Sizi - müasir ədəbi fikrin görkəmli nümayəndəsini və tanınmış ictimai xadimi 90 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı və çoxşaxəli fəaliyyətinizdə uğurlar arzulayıram.
Böyük şair, publisist, ədəbiyyatşünas və tədqiqatçı olaraq Siz türk dünyasının fitri bədii istedada malik qüdrətli simalarındansınız. Yüksək vətəndaşlıq amalı özünün ənənələrə bağlılığı və dərin koloriti ilə seçilən yaradıcılığınızı geniş oxucu auditoriyasına daim sevdirmişdir. Planetar düşüncənin məhz milli dəyərlər əsasında formalaşdığına inanaraq meydana gətirdiyiniz hər yeni əsər mədəniyyət hadisəsinə çevrilmişdir. Parlaq ədəbi şəxsiyyət kimi zəngin ömür yolunuz vətənə və xalqa təmənnasız xidmətin nümunəsidir.
Ötən əsrin 80-ci illərindən etibarən ictimai-siyasi həyat meydanındakı coşqun fəaliyyətinizi həmişə məmnunluqla xatırlayırıq. Azərbaycanın haqq işini hər addımda ürəkdən dəstəkləməyiniz və Qələbəmizi bütün türk dünyasının tarixi nailiyyəti hesab etməyiniz bizə mənəvi güc verir.
Türk xalqları arasında həmrəyliyin möhkəmləndirilməsinə və qarşılıqlı humanitar əlaqələrin genişləndirilməsinə töhfələriniz danılmazdır. Ölkəmizə münasibətiniz bizim üçün dostluq və qardaşlığın həqiqi meyarıdır.
Əminəm ki, yaratdığınız irs gələcək nəsillərin ortaq keçmişimizə və mədəni-mənəvi sərvətlərimizə ehtiram ruhunda tərbiyəsi baxımından bundan sonra da xüsusi əhəmiyyət kəsb edəcəkdir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Mobil nömrə istifadədən çıxarılıb başqa şəxslərə satıldıqda təhlükəsizlik necə qorunur? - AÇIQLAMA
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO
Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Düyünü bişirəndə bunu əlavə edin: Dənə-dənə və ətirli alınacaq
Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi