Nəsillərarası travma insan həyatına necə təsir edir? - PSİXOLOQ
Bəzən insan səbəbini anlamadığı qorxu, narahatlıq və ya emosional yük daşıyır. Maraqlıdır ki, bəzi hisslər və davranışlar insanın öz yaşantısından deyil, ailə tarixindən və əvvəlki nəsillərin keçirdiyi ağır travmalardan qaynaqlana bilər. Bəs irsi travmalar necə yaranır və insan həyatına hansı formada təsir edə bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a psixoloq Samirə Bağırova danışıb.
O, açıqlamasında qeyd edib ki, irsi travma və ya nəsillərarası travma insanın birbaşa yaşamadığı, amma ailəsinə mənsub əvvəlki nəsillərin keçirdiyi ağır hadisələrin təsirinin sonrakı nəsillərə ötürülməsidir:
"Bu travmalar bir neçə yolla ötürülə bilir. Məsələn, tərbiyə modeli yolu ilə - travma yaşamış valideynlər və ya nənə-babalar çox ehtiyatlı, həddindən artıq nəzarətçi, daim təhlükə gözləyən davranış sərgiləyə bilərlər. Uşaq isə bunu normal həyat modeli kimi qəbul edib davam etdirir.
Digər səbəb isə ailə içində gizli gərginliklərin olmasıdır, amma səssizlik hökm sürür. Çünki ailə emosional ünsiyyət qurmur, yaşadığı və hiss etdiyi ağır duyğular haqqında danışmır. Bəzi mövzulara qorxu və gərginliklə yanaşılır. Səbəbini bilməyən uşaqda da həmin mövzulara qarşı emosional yük yaranır.
Son illərin araşdırmaları hətta onu göstərib ki, tez-tez stress hissi keçirən insanlar bu stressi bioloji olaraq özlərindən sonrakı nəsillərə də ötürə bilirlər. Bu isə digər nəsillərdə səbəbsiz daimi narahatlıq hissi, münasibətlərdə həddindən artıq bağlanmaq, "həmişə pis nəsə ola bilər" düşüncəsi kimi özünü büruzə verir".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 652 Tarix: 18 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tahir Gözel bu bankın rəhbəri oldu
"Azərbaycan Sənaye Bankı" ASC-nin Müşahidə Şurasının sədri dəyişib. "APA-Economics"ə istinadən xəbər verir ki, Tahir Gozal bankın Müşahidə Şurasının yeni sədri seçilib. O, bu vəzifədə qardaşı Əhməd Gozalı əvəz edib. Əhməd Gozal 2022-ci ildən "Azərbaycan Sənaye Bankı"nı
18 sentyabrOtuz ildən Zəfərə, Zəfərdən Suverenliyə
Bəzi tarixlər var ki, onları yalnız təqvimdəki rəqəmlərlə izah etmək mümkün deyil. Belə tarixlərin arxasında illərlə davam edən mübarizə, böyük itkilər, sarsılmaz iradə və nəsillərin bir-birinə ötürdüyü arzular dayanır. Azərbaycan xalqının müasir tarixində 20 Sentyabr məhz belə günlərdəndir. 20 Sentyab
17 sentyabrDSX-nin tarixinə düşən general vəfat etdi
Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının ilk komandanı və ilk sərhədçi generalı İsgəndər İmanverdi oğlu Allahverdiyev vəfat edib. -ə istinadla xəbər verir ki, İsgəndər Allahverdiyev 11 fevral 1947-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan dövlət sərhədinin mühafizəsi sisteminin formalaşmasınd
18 sentyabrAZAL Bakıdan Aktöbəyə ilk reysini həyata keçirib (FOTO)
"Azərbaycan Hava Yolları" (AZAL) QSC Qazaxıstanın Aktobe şəhərini marşrut şəbəkəsinə əlavə edərək bu istiqamət üzrə ilk uçuşunu həyata keçirib. Bu barədə -a səhmdar cəmiyyətindən bildirilib. Yeni marşrutun açılması ilə aviaşirkətin Qazaxıstanda uçuş həyata keçirdiyi şəhərlərin sayı altıya çatıb
17 sentyabrŞəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Yevlax sakini, 91 yaşlı Qərənfil Məmmədovanın faciəli ölümünün səbəbi məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, qadın yaşadığı mənzilin pəncərəsindən paltar yığan zaman ayağının altından stul qaçıb və o, aşağı yıxılıb. Yevlax Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, sentyabrın 16-d
17 sentyabrİş saatlarının dəyişdirilməsi tıxac problemini həll edə biləcək? - AÇIQLAMA
Bakıda nəqliyyat sıxlığının əsas səbəblərindən biri hər gün on minlərlə insanın eyni saatlarda şəhər daxilində hərəkət etməsidir. AYNA da paytaxt və Abşeron yarımadasında xüsusilə eyni saatlarda şəhər mərkəzinə yönələn hərəkətin magistral yollarda ciddi sıxlıq yaratdığını qeyd edir. Bu baxımdan işə başlam
17 sentyabrAzərbaycanda zəlzələ oldu
Yardımlı stansiyasından 23 km cənub-şərqdə Lerik rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 16:03-də baş verib. Yeraltı təkanın maqnitudası 3.1, dərinliy
17 sentyabrŞəxsiyyət vəsiqəsində ANA ADI yazılmalıdır? - AÇIQLAMA
Hazırda şəxsiyyət vəsiqəsində valideynlərə dair məlumatların necə əks etdirilməsi məsələsi cəmiyyətdə müzakirə olunan mövzulardan biridir. Həm ata, həm də ana adının sənəddə göstərilməsi uşağın hər iki valideyni ilə bağlı məlumatların eyni formada təqdim olunması baxımından yeni yanaşma kimi qiymətləndiril
17 sentyabr