"Gələcəyə yaşıl miras" devizi ilə 40 min ağac əkilib

"Gələcəyə yaşıl miras" devizi ilə 40 min ağac əkilibEkologiya və Təbii Sərvətlər Nazirliyi və "Azərlotereya" ASC-nin birgə təşkilatçılığı ilə "Gələcəyə yaşıl miras" devizi altında ağacəkmə aksiyası keçirilib.
Ətraf mühitin mühafizəsi, təbii ehtiyatların qorunması və ölkədə yaşıllıq sahələrinin artırılması məqsədilə 2023-cü ildən etibarən işğaldan azad olunmuş Cəbrayıl rayonu ərazisində, həmçinin Müşfiqabad və Xocasən qəsəbələrinin yaxınlığında ümumilikdə 40 min ağac əkilərək yeni yaşıllıq zolaqları salınıb.
Eyni zamanda, Müşfiqabad qəsəbəsi yaxınlığında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş növbəti ağacəkmə aksiyası təşkil edilib. Aksiyada Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov, "Azərlotereya" ASC-nin İdarə Heyətinin sədri Osman Karakuş, nazirliyin əməkdaşları və şirkət nümayəndələri iştirak ediblər.
Aksiyanın keçirilməsində əsas məqsəd ekoloji tarazlığın qorunmasına dəstək vermək, eləcə də gələcək nəsillər üçün daha sağlam və yaşıl mühit formalaşdırmaqdır. Həyata keçirilən ağacəkmə tədbirləri ölkədə yaşıllaşdırma təşəbbüslərinin genişləndirilməsi və ekoloji dəyərlərin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.
"Azərlotereya" ASC sosial məsuliyyət strategiyası çərçivəsində ekoloji təşəbbüslərə dəstək göstərməyə, ətraf mühitin mühafizəsinə yönəlmiş layihələrdə iştirak etməyə və davamlı inkişaf prinsiplərinə töhfə verməyə bundan sonra da davam edəcək.

"Gələcəyə yaşıl miras" devizi ilə 40 min ağac əkilib"Gələcəyə yaşıl miras" devizi ilə 40 min ağac əkilib"Gələcəyə yaşıl miras" devizi ilə 40 min ağac əkilib"Gələcəyə yaşıl miras" devizi ilə 40 min ağac əkilib"Gələcəyə yaşıl miras" devizi ilə 40 min ağac əkilib"Gələcəyə yaşıl miras" devizi ilə 40 min ağac əkilib"Gələcəyə yaşıl miras" devizi ilə 40 min ağac əkilibVideonu buradan izləyin.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 449   Tarix: 18 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Tahir Gözel bu bankın rəhbəri oldu

"Azərbaycan Sənaye Bankı" ASC-nin Müşahidə Şurasının sədri dəyişib. "APA-Economics"ə istinadən xəbər verir ki, Tahir Gozal bankın Müşahidə Şurasının yeni sədri seçilib. O, bu vəzifədə qardaşı Əhməd Gozalı əvəz edib. Əhməd Gozal 2022-ci ildən "Azərbaycan Sənaye Bankı"nı

18 sentyabr
.

Otuz ildən Zəfərə, Zəfərdən Suverenliyə

Bəzi tarixlər var ki, onları yalnız təqvimdəki rəqəmlərlə izah etmək mümkün deyil. Belə tarixlərin arxasında illərlə davam edən mübarizə, böyük itkilər, sarsılmaz iradə və nəsillərin bir-birinə ötürdüyü arzular dayanır. Azərbaycan xalqının müasir tarixində 20 Sentyabr məhz belə günlərdəndir. 20 Sentyab

17 sentyabr
.

DSX-nin tarixinə düşən general vəfat etdi

Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının ilk komandanı və ilk sərhədçi generalı İsgəndər İmanverdi oğlu Allahverdiyev vəfat edib. -ə istinadla xəbər verir ki, İsgəndər Allahverdiyev 11 fevral 1947-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan dövlət sərhədinin mühafizəsi sisteminin formalaşmasınd

18 sentyabr
.

AZAL Bakıdan Aktöbəyə ilk reysini həyata keçirib (FOTO)

"Azərbaycan Hava Yolları" (AZAL) QSC Qazaxıstanın Aktobe şəhərini marşrut şəbəkəsinə əlavə edərək bu istiqamət üzrə ilk uçuşunu həyata keçirib. Bu barədə -a səhmdar cəmiyyətindən bildirilib. Yeni marşrutun açılması ilə aviaşirkətin Qazaxıstanda uçuş həyata keçirdiyi şəhərlərin sayı altıya çatıb

17 sentyabr
.

Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO

Yevlax sakini, 91 yaşlı Qərənfil Məmmədovanın faciəli ölümünün səbəbi məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, qadın yaşadığı mənzilin pəncərəsindən paltar yığan zaman ayağının altından stul qaçıb və o, aşağı yıxılıb. Yevlax Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, sentyabrın 16-d

17 sentyabr
.

İş saatlarının dəyişdirilməsi tıxac problemini həll edə biləcək? - AÇIQLAMA

Bakıda nəqliyyat sıxlığının əsas səbəblərindən biri hər gün on minlərlə insanın eyni saatlarda şəhər daxilində hərəkət etməsidir. AYNA da paytaxt və Abşeron yarımadasında xüsusilə eyni saatlarda şəhər mərkəzinə yönələn hərəkətin magistral yollarda ciddi sıxlıq yaratdığını qeyd edir. Bu baxımdan işə başlam

17 sentyabr
.

Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı

Müdafiə Nazirliyinin xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunan İşlər İdarəsinin sabiq rəisi polkovnik Elnur Süleymanov və eyni idarədə işləmiş daha üç hərbçinin məhkəməsi başlayıb. "Qafqazinfo"nun məlumatına görə, cinayət işini Bakı Hərbi Məhkəməsinin sədri hakim Zeynal Ağayev araşdırır

18 sentyabr
.

Azərbaycanda zəlzələ oldu

Yardımlı stansiyasından 23 km cənub-şərqdə Lerik rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 16:03-də baş verib. Yeraltı təkanın maqnitudası 3.1, dərinliy

17 sentyabr
.

Şəxsiyyət vəsiqəsində ANA ADI yazılmalıdır? - AÇIQLAMA

Hazırda şəxsiyyət vəsiqəsində valideynlərə dair məlumatların necə əks etdirilməsi məsələsi cəmiyyətdə müzakirə olunan mövzulardan biridir. Həm ata, həm də ana adının sənəddə göstərilməsi uşağın hər iki valideyni ilə bağlı məlumatların eyni formada təqdim olunması baxımından yeni yanaşma kimi qiymətləndiril

17 sentyabr