Smartfonların istifadəsi ilə doğum səviyyəsi azalır
Smartfonların geniş yayılması dünyanın müxtəlif ölkələrində doğum səviyyəsinin aşağı düşməsi ilə əlaqələndirilib.
Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, bu nəticəyə "Financial Times" nəşrinin jurnalistləri müxtəlif ölkələrdə mobil telefonların yayılması ilə bağlı statistik məlumatları təhlil etdikdən sonra gəliblər.
Məqalədə qeyd olunur ki, ABŞ, Böyük Britaniya və Avstraliyada yeniyetmə və gənclər arasında doğum göstəricilərində 2007-ci ildən etibarən kəskin azalma başlayıb. Oxşar tendensiya 2009-cu ildə Fransa və Polşada, 2012-ci illərdə isə Meksika, Mərakeş və İndoneziyada qeydə alınıb.
Araşdırmada bildirilir ki, bu dəyişikliklər smartfon satışlarının artması və mobil tətbiqlərin yüklənməsi ilə bağlı "Google" axtarışlarının çoxalması ilə zaman baxımından üst-üstə düşür.
Demoqraf Layman Stoun bildirir ki, insanlar real həyatda daha az ünsiyyət qurduqda münasibət qurmaq və ailə yaratmaq da çətinləşir.
Araşdırma zamanı daha bir tendensiya da diqqət çəkib - ali təhsili olmayan gənc qadın və kişilər arasında ideoloji fərqlərin artması. Bildirilir ki, bu amil də cütlüklərin formalaşmasına və doğum səviyyəsinə mənfi təsir göstərir.
Nəşr doğum göstəricilərinin azalmasına təsir edən digər səbəblər sırasında uşaqların mənzillə təmin edilməsinin çətinləşməsini və ali təhsilli qadınların sayının artmasını da göstərib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 619 Tarix: 18 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Karantin rejimi yanvara qədər uzadıldı
Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2027-ci il 2 yanvar saat 06:00-dək uzadılıb. xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qeyd edə
17 sentyabrYağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
Sentyabrın 19-20-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəy
18 sentyabrOtuz ildən Zəfərə, Zəfərdən Suverenliyə
Bəzi tarixlər var ki, onları yalnız təqvimdəki rəqəmlərlə izah etmək mümkün deyil. Belə tarixlərin arxasında illərlə davam edən mübarizə, böyük itkilər, sarsılmaz iradə və nəsillərin bir-birinə ötürdüyü arzular dayanır. Azərbaycan xalqının müasir tarixində 20 Sentyabr məhz belə günlərdəndir. 20 Sentyab
17 sentyabrQarabağın yeni reallıqları beynəlxalq diplomatik korpusun gözü ilə
Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri regionda postmünaqişə reallıqlarının beynəlxalq diplomatik dairələr tərəfindən yerində müşahidə olunması baxımından diqqət çəkən hadisəyə çevrildi. İki gün davam edən səfərdə 58 ölkən
17 sentyabrAdil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
Sosial şəbəkədə "Adil Black" ləqəbi ilə tanınan Adil Əmrahlı bu dəfə başından bir az da yuxarı "tullanaraq" Allahı və onun rəsulu Məhəmməd peyğəmbəri (s.ə.s.) təhqir edib. xəbər verir ki, A.Əmrahlı ABŞ-də yaşayan "Kolyaka" ləqəbli rusdilli strimerin "TikTok"d
17 sentyabr