Qızlar ən çox bu universitetləri seçir - SİYAHI

Qızlar ən çox bu universitetləri seçir - SİYAHIAzərbaycanda qız və oğlan tələbələrin ən çox üstünlük təşkil etdiyi universitetlər açıqlanıb.

Ölkə.az-ın məlumatına görə, məsələ Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatında əksini tapıb.

Hesabatda bildirilib ki, 2025/2026-cı tədris ili üzrə ali məktəblərə qəbul olunanların ümumi sayı 54836 nəfər olub. Onlardan 30241-i və ya 55,15%-i qız, 24595-i və ya 44,85%-i oğlan olub.

Bakı Dövlət Universitetinə qəbul olunanların 67,80%-i qız, 32,20%-i oğlan olub.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində qəbul olunanların 61,67%-ni oğlanlar, 38,33%-ni qızlar təşkil edib.

Azərbaycan Texniki Universitetində qəbul olunanların 73,86%-i oğlan, 26,14%-i qız olub.

Azərbaycan Memarlıq və İnşaat Universitetində 58,52% oğlan, 41,48% qız qəbul olunub.

Azərbaycan Tibb Universitetində qəbul olunanların 69,99%-i qız, 30,01%-i oğlan olub.

Azərbaycan Dövlət Pedaqoji Universitetində qəbul olunanların 85,84%-i qız, 14,16%-i oğlan təşkil edib.

Azərbaycan Dövlət İqtisad Universitetində gender balansı demək olar bərabər olub - 51,10% oğlan, 48,90% qız.

Azərbaycan Dillər Universitetində qəbul olunanların 82,96%-ni qızlar təşkil edib.

Bakı Slavyan Universitetində qəbul olunanların 82,06%-i qız, 17,94%-i oğlan olub.

Bakı Mühəndislik Universitetində 58,41% oğlan, 41,59% qız qəbul olunub.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasında qəbul olunanların 53,69%-i oğlan, 46,31%-i qız olub.

ADA Universitetində qəbul olunanların 52,42%-i qız, 47,58%-i oğlan olub.

Bakı Musiqi Akademiyasında qəbul olunanların 75,40%-i qız təşkil edib.

Azərbaycan Milli Konservatoriyasında 54,89% oğlan, 45,11% qız qəbul olunub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində qəbul olunanların 69,71%-i qız olub.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında qəbul olunanların 89,23%-ni qızlar təşkil edib.

Azərbaycan Turizm və Menecment Universitetində gender balansı demək olar bərabər olub - 50,97% oğlan, 49,03% qız.

Bakı Xoreoqrafiya Akademiyasında qəbul olunanların 51,61%-i qız, 48,39%-i oğlan olub.

Azərbaycan İdman Akademiyasında qəbul olunanların 88,56%-i oğlan, 11,44%-i qız təşkil edib.

Milli Aviasiya Akademiyasında qəbul olunanların 62,10%-i oğlan olub.

Azərbaycan Dövlət Dəniz Akademiyasında qəbul olunanların 98,80%-i oğlan, cəmi 1,20%-i qız olub.

Bakı Ali Neft Məktəbində qəbul olunanların 65,99%-i oğlan olub.

Dövlət Gömrük Komitəsinin Akademiyasında 57,14% oğlan, 42,86% qız qəbul olunub.

Naxçıvan Dövlət Universitetində qəbul olunanların 60,28%-i qız, 39,72%-i oğlan olub.

Naxçıvan Müəllimlər İnstitutunda qəbul olunanların 87,63%-i qız təşkil edib.

Azərbaycan Dövlət Aqrar Universitetində qəbul olunanların 67,31%-i oğlan olub.

Gəncə Dövlət Universitetində qəbul olunanların 64,40%-i qız olub.

Azərbaycan Texnologiya Universitetində qəbul olunanların 69,64%-i oğlan təşkil edib.

Sumqayıt Dövlət Universitetində qəbul olunanların 54,67%-i qız olub.

Mingəçevir Dövlət Universitetində qəbul olunanların 55,72%-i qız, 44,28%-i oğlan olub.

Lənkəran Dövlət Universitetində qəbul olunanların 53,34%-i qız olub.

Qarabağ Universitetində qəbul olunanların 57,88%-ni qızlar təşkil edib.

Türkiyə-Azərbaycan Universitetində qəbul olunanların 66,30%-i oğlan olub.

Azərbaycan İlahiyyat İnstitutunda qəbul olunanların 68,83%-i oğlan, 31,17%-i qız təşkil edib.

Azərbaycan Kooperasiya Universitetində gender balansı demək olar bərabər olub - 51,74% oğlan, 48,26% qız.

Azərbaycan Universitetində qəbul olunanların 58,98%-i qız olub.

Qərbi Kaspi Universitetində qəbul olunanların 58,71%-i qız təşkil edib.

Xəzər Universitetində qəbul olunanların 70,45%-i qız olub.

Bakı Avrasiya Universitetində qəbul olunanların 72,46%-i qız təşkil edib.

Bakı Qızlar Universitetində qəbul olunanların hamısını qızlar təşkil edib.

Odlar Yurdu Universitetində qəbul olunanların 62,28%-i qız olub.

Bakı Biznes Universitetində qəbul olunanların 56,21%-i qız təşkil edib.

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında qəbul olunanların 67,45%-i qız təşkil edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2202   Tarix: 19 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Universitetlərə qəbul imtahanları ləğv edilə bilər? - Azərbaycanda yeni sistemə keçid mümkündürmü? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Dünyanın bir sıra ölkələrində universitetlərə qəbul zamanı abituriyentlərin orta məktəb illərindəki akademik göstəriciləri əsas meyar kimi nəzərə alınır. Bu təcrübə Azərbaycanda da ali təhsil müəssisələrinə qəbul sisteminin dəyişdirilməsi məsələsini gündəmə gətirir. Bəs ölkəmizdə qəbul imtahanlarını

17 noyabr
.

637 balla universitetə qəbul olmuşdu: Yataqxanada ölən tələbə ilə bağlı yeni təfərrüat

Yataqxanada meyiti tapılan tələbə qızın ölümü ilə bağlı bəzi təfərrüat məlum olub. -a istinadən xəbər verir ki, 2007-ci il təvəllüdlü Elmira Eyyubova 2024-cü ildə 637 bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul olub. O, universitetin yataqxanasına bir müddət əvvəl köçübmüş. Elmira iki il Bakıd

16 noyabr
.

"20 Yanvar"da qəza - Motosikletçi öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında qeydə alınıb. Hadisə zamanı avtomobil motosikletlə toqquşub. Nəticədə motosikleti idarə edən şəxs hadisə yerində ölüb

17 noyabr
.

"Parlament danışmaqxana deyil" - Spikerdən deputata irad

"Ötən gün keçirilən plenar iclasda çıxış üçün verilən reqlament 10 dəqiqədən 5 dəqiqəyə endirildi. Hansı deputat 3 dəqiqə danışmaq istəyirsə, danışsın. Başqalarına niyə yol göstərirlər? Bura Milli Məclisdir, danışmaqxanadır. Danışmağa sərhəd qoymaq olmaz". "Qafqazinfo" xəbər veri

17 noyabr
.

Gürcüstanda azərbaycanlı gəncin meyiti tapıldı

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda faciəvi hadisə baş verib. "Qafqazinfo" yerli mediaya istinadən xəbər verir ki, rayonun Təzəkənd kənd sakini 26 yaşlı Emil Məmmədovun meyiti yaşadığı evdə tapılıb. Onun ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Gürcüstanı

16 noyabr
.

Qədəşovun kürəkəninə 11 il həbs - "Atland" müsadirə edildi

"Təbriz" MTK-nın xüsusilə külli miqdarda dələduzluqda və başqa cinayətlərdə ittiham olunan rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsind

16 noyabr
.

"Mahal MTK"da rüşvət və özbaşınalıq - Müştəriləri belə aldadırlar

Sumqayıt şəhərində fəaliyyət göstərən "Mahal MTK" tərəfindən tikilib sakinlərə təhvil verilməli olan mənzillərlə bağlı ciddi problemlər yaranıb. Tikinti şirkətinin qanunsuz tələbləri və vədlərinə əməl etməməsi vətəndaşların haqlı narazılığına səbəb olub. Məlumata görə, "Mahal MTK"

16 noyabr
.

Novxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video

Paytaxtın Zabrat qəsəbəsi ilə Novxanı qəsəbələrini birləşdirən 537 saylı müntəzəm marşrut xəttində maraqlı anlar yaşanıb. "Qafqazinfo" xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində əsas yolun bağlı olması səbəbindən nəqliyyat vasitələri çimərliklərin ərazisi ilə hərəkət etməli olub. Bu zama

16 noyabr
.

Güclü küləklə bağlı xəbərdarlıq

Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Şamaxı, Qobustan, Xızı, Xaçmaz, Siyəzən, Şabran

16 noyabr