Panik atak zamanı insan nə etməlidir? - AÇIQLAMA
Panik atak son illər cəmiyyətdə ən çox rast gəlinən psixoloji problemlərdən biri hesab olunur.
Ani qorxu hissi, nəfəs darlığı, ürək döyüntüsünün sürətlənməsi və ölüm qorxusu ilə müşahidə olunan bu vəziyyət bir çox insan üçün olduqca ağır keçir.
Bəs görəsən panik atak zamanı insan nə etməlidir?
Psixoloq Gülsər Qədirli bu barədə Sonxeber.az -a açıqlama verib:
"Panik atak zamanı ilk növbədə insan baş verənlərin həyati təhlükə olmadığını qəbul etməlidir. Çünki panik atak zamanı yaşanan fiziki əlamətlər çox qorxuducu görünsə də, əksər hallarda bir müddət sonra azalır. Bu zaman nəfəsi yavaş və dərin şəkildə tənzimləmək vacibdir. Burundan yavaş nəfəs almaq, bir neçə saniyə saxlamaq və asta şəkildə vermək bədənin sakitləşməsinə kömək edir".
Mütəxəssis həmçinin diqqətin qorxu yaradan düşüncələrdən yayındırılmasının önəmli olduğunu vurğulayıb:
"İnsan ətrafındakı əşyaları saymaq, eşitdiyi səslərə fokuslanmaq və ya yaxın biri ilə danışmaqla panikanın təsirini azalda bilər. Panik ataklar tez-tez təkrarlanırsa, mütləq peşəkar dəstək almaq lazımdır. Çünki vaxtında göstərilən psixoloji yardım bu vəziyyətin gündəlik həyata mənfi təsirinin qarşısını almaqda mühüm rol oynayır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1580 Tarix: 19 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Karantin rejimi yanvara qədər uzadıldı
Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2027-ci il 2 yanvar saat 06:00-dək uzadılıb. xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qeyd edə
17 sentyabrYağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
Sentyabrın 19-20-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəy
18 sentyabrOtuz ildən Zəfərə, Zəfərdən Suverenliyə
Bəzi tarixlər var ki, onları yalnız təqvimdəki rəqəmlərlə izah etmək mümkün deyil. Belə tarixlərin arxasında illərlə davam edən mübarizə, böyük itkilər, sarsılmaz iradə və nəsillərin bir-birinə ötürdüyü arzular dayanır. Azərbaycan xalqının müasir tarixində 20 Sentyabr məhz belə günlərdəndir. 20 Sentyab
17 sentyabrQarabağın yeni reallıqları beynəlxalq diplomatik korpusun gözü ilə
Sentyabrın 11-12-də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri regionda postmünaqişə reallıqlarının beynəlxalq diplomatik dairələr tərəfindən yerində müşahidə olunması baxımından diqqət çəkən hadisəyə çevrildi. İki gün davam edən səfərdə 58 ölkən
17 sentyabrAdil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
Sosial şəbəkədə "Adil Black" ləqəbi ilə tanınan Adil Əmrahlı bu dəfə başından bir az da yuxarı "tullanaraq" Allahı və onun rəsulu Məhəmməd peyğəmbəri (s.ə.s.) təhqir edib. xəbər verir ki, A.Əmrahlı ABŞ-də yaşayan "Kolyaka" ləqəbli rusdilli strimerin "TikTok"d
17 sentyabr