Bütün zamanların ən yaxşı romanı seçildi
Hansı romanın qlobal sorğuda bütün dövrlərin ən görkəmli bədii əsəri seçildiyi bəzilərini təəccübləndirə bilər. Tanınmış yazıçılar, ədəbi tənqidçilər və tədqiqatçılar dünya ədəbiyyatı tarixinin ən böyük əsəri hesab etdikləri romanı seçiblər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, reytinqin lideri Ceyn Ostin, Şarlotta Bronte və ya Lev Tolstoyun qələmindən çıxmayan bir kitab olub.
Reytinq necə tərtib olunub?
Siyahının yaradılması üçün təşkilatçılar dünyanın dörd bir tərəfindən 170-dən çox müəllif, ədəbiyyatşünas və tənqidçi arasında sorğu keçiriblər. Hər bir iştirakçıya bütün dövrlərin ən yaxşı on bədii əsərindən ibarət şəxsi siyahısını tərtib etmək təklif olunub.
Səsvermədə iştirak edənlər arasında Stiven Kinq, İen Renkin, Buker mükafatı laureatı Bernardin Evaristo və yazıçı Riçard Osman da olub.
Sorğunun nəticələrinə əsasən, ən yaxşı 10 romanın siyahısı belədir:
1-ci yer - "Midlmarç" (Middlemarch), Corc Eliot;
2-ci yer - "Sevimli" (Beloved), Toni Morrison;
3-cü yer - "Uliss" (Ulysses), Ceyms Coys;
4-cü yer - "Mayaka doğru" (To the Lighthouse), Virciniya Vulf;
5-ci yer - "İtirilmiş zamanın sorağında" (In Search of Lost Time), Marsel Prust;
6-cı yer - "Anna Karenina", Lev Tolstoy;
7-ci yer - "Hərb və Sülh", Lev Tolstoy;
8-ci yer - "Ceyn Eyr" (Jane Eyre), Şarlotta Bronte;
9-cu yer - "Qürur və Qərəz" (Pride and Prejudice), Ceyn Ostin;
10-cu yer - "Madam Bovari" (Madame Bovary), Qustav Flober.
Oxucuları təəccübləndirən nəticələr
Ceyn Ostin və Şarlotta Brontenin klassik romanlarının ilk onluğun sonuna yaxın qərarlaşması ingilis ədəbiyyatının bir çox pərəstişkarı üçün gözlənilməz olub.
Bununla yanaşı, Lev Tolstoy reytinqin ilk onluğuna eyni anda iki əsəri daxil olan yeganə müəllif olub.
Layihə haqqında nə məlumdur?
Yüz romanı əhatə edən siyahının tam versiyası artıq internetdə dərc olunub. İstifadəçilər reytinqdəki kitablardan neçəsini oxuduqlarını yoxlaya, nəticələrini dostları ilə müqayisə edə və sorğunun konkret iştirakçılarının hansı kitabları seçdiyini görə bilərlər.
Bundan əlavə, təşkilatçılar tədqiqatın yekunlarına həsr olunmuş açıq diskussiya elan ediblər. Bu görüş mayın 19-da Konvey-Hollda (Conway Hall) kitab klubu formatında keçiriləcək və canlı yayımlanacaq.
Görüşün moderatorları "The Guardian" qəzetinin kitab şöbəsinin redaktorları Şarlotta Kortedj və Liza Spenser olacaqlar.
Müzakirədə həmçinin Elif Şafak, Qay Qunaratne, Keyt Moss və Bleyk Morrison kimi tanınmış yazıçılar da iştirak edəcəklər. Onlar ədəbiyyat tarixində ən böyük romanı hansı meyarlara əsasən müəyyən etməyin mümkün olduğunu müzakirə etməyi planlaşdırırlar.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO
Mobil nömrə istifadədən çıxarılıb başqa şəxslərə satıldıqda təhlükəsizlik necə qorunur? - AÇIQLAMA
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Diplomatik səfər niyə narahatlıq yaratdı? Qarabağ reallığının yerində görülməsinə erməni revanşist dairələrdən sərt reaksiya