İnsanların çoxu niyə sağ əlindən istifadə edir?
Yeni araşdırma insanların böyük əksəriyyətinin niyə sağ əlli olduğunu izah edib.
"Qafqazinfo" xəbər verir ki, Oksford Universiteti alimlərinin apardığı tədqiqata görə, sağ əlin dominant olması insan beyninin inkişafı və iki ayaq üzərində yeriməyə başlanması ilə əlaqəli ola bilər.
Araşdırmada qeyd olunur ki, dünya əhalisinin təxminən 90 faizi, əsasən, sağ əlindən istifadə edir. Alimlər bunun təsadüfi olmadığını və insan təkamülü ilə bağlı formalaşdığını bildirirlər.
Tədqiqatçılar vurğulayırlar ki, digər primatlarda əl istifadəsi daha balanslı olsa da, insanlarda bir əlin (əsasən, sağ əlin) üstünlük təşkil etməsi diqqət çəkir. Qeyd edilir ki, insanların dik yeriməyə başlaması və beynin inkişaf etməsi sağ əlliliyin yayılmasına təsir göstərib.
Araşdırmaya əsasən, əl üstünlüyü ana bətnində formalaşmağa başlayır və uşaqlıq dövründə daha da inkişaf edir. Ətraf mühit və gündəlik vərdişlər də bu prosesdə mühüm rol oynayır.
Alimlər həmçinin bildirirlər ki, dominant olmayan əldən istifadə beyində yeni neyron əlaqələrinin yaranmasına kömək edə bilər. "Neyroplastiklik" adlanan bu proses beynin koordinasiya və hərəkət funksiyalarını gücləndirir.
Vurğulanır ki, gündəlik həyatın böyük hissəsi sağ əlli insanlar üçün uyğunlaşdırıldığına görə solaxay insanlar hələ də bir sıra çətinliklərlə qarşılaşırlar.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 670 Tarix: 20 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ayın sonunda pulunuz qalmırsa, 5 səhvdən birini edirsiniz
Ay ərzində qazandığınız pulun hara xərcləndiyini bilmirsinizsə, ayın sonunda büdcənizin tükənməsi təəccüblü deyil. Bəzi gündəlik vərdişlər isə fərqinə varmadan xərclərin artmasına səbəb olur. xəbər verir ki, maliyyə mütəxəssislərinin fikrincə, büdcəni idarə etməkdə çətinlik çəkən insanların yol verdiy
13 sentyabrİdmanla bağlı məşhur mif: Çox tərləmək arıqlamaq demək deyil
"Məşq zamanı çox tərləmək daha çox kalori yandırıldığını və yağ itkisini göstərmir". xəbər verir ki, bu barədə -ya məşqçi Kseniya Qufranova bildirib. Onun sözlərinə görə, tərləmə orqanizmin temperaturu tənzimləmək üçün istifadə etdiyi təbii mexanizmdir. Tərləmənin miqdarına havanın temperaturu
14 sentyabrNeptunun o tayında 27 naməlum obyekt aşkarlandı
"Habbl" və "Ceyms Uebb" kosmik teleskopları daha əvvəl məlum olmayan 27 transneptun obyekti (TNO) - Neptunun orbitindən xeyli uzaqda Günəş ətrafında fırlanan cisim aşkarlayıblar. Onların hər birinin diametri 40 kilometrdən azdır, ən kiçiyinin diametri isə cəmi 10 kilometrdir. xəbə
15 sentyabrPis yuxu insan beynini qocaldır?
"Yuxu beynin təmizlənmə vaxtıdır. Heyvan modellərində göstərildiyi kimi, dərin yuxu zamanı beyin hüceyrələri arasındakı məsafə genişlənir və qlimfatik sistem adlanan axın gün ərzində yığılan metabolik tullantıları, o cümlədən beta-amiloidi yuyub aparır". Bu fikirləri Səhiyyə Nazirliyinin rəsm
13 sentyabrÖzünü sizdən ağıllı hesab edənlərin işlətdiyi cümlələr
Özünü ətrafındakı hər kəsdən daha ağıllı görən insanlar fərqində olmadan işlətdikləri bəzi ifadələrlə özlərini büruzə verə bilirlər. "YourTango" münasibətlərdə incikliyə səbəb ola bilən və üstünlük duyğusunu əks etdirən 13 cümləni sıralayıb. xəbər verir ki, "YourTango"nun yazdığın
13 sentyabrİtinizə verdiyiniz ləzzətli yemək təhlükə yarada bilər: "10 faizi keçməməlidir"
İtlərə hər gün ləzzətli yemək vermək düzgün miqdarda və keyfiyyətli məhsullardan istifadə edildiyi halda faydalı vərdiş ola bilər. xəbər verir ki, kinoloq İrina Şarıpova bu barədə -ya danışıb. Mütəxəssis bildirib ki, dadlı yeməklər əsasən təlim və funksional məhsullara bölünür. Təlim zamanı verilən kiçi
14 sentyabrDizlərdə xırtıltı nə vaxt təhlükə siqnalıdır? - Mütəxəssisdən AÇIQLAMA
"Gəzinti və ya əyilmə zamanı dizlərdə yaranan səs və xırtıltılar əksər hallarda sağlamlıq üçün heç bir təhlükə yaratmır". "The Mirror" nəşrinə istinadən xəbər verir ki, bunu osteopat (xəstəliklərin diaqnostikası və müalicəsini dərmansız, yalnız əllərin toxunması və xüsusi hərəkətlərl
17 sentyabr