"Aşırı qısqanclığ"ın sonu nədir? - AÇIQLAMA
Qısqanclıq insan münasibətlərində tamamilə normal duyğulardan biridir. İnsan sevdiyini itirməkdən, aldadılmaqdan və ya dəyərsiz hiss etməkdən qorxa bilər. Amma bu hiss müəyyən həddi keçəndə artıq münasibəti qoruyan deyil, münasibəti zədələyən bir davranışa çevrilir.
Xüsusilə "aşırı qısqanclıq" həm qısqanan insanı yorur, həm də qarşı tərəfdə boğulma hissi yaradır.
Bəs "aşırı qısqanclığ"ın sonu nədir?
Psixoloq Gülsər Qədirli bu barədə Sonxeber.az -a açıqlama verib:
"Aşırı qısqanclığın əsas səbəbi çox vaxt sevgidən daha çox güvənsizlik olur. İnsan özünü kifayət qədər dəyərli hiss etməyəndə, tərk edilmək qorxusu yaşayanda və ya keçmişdə xəyanət, travma, etibarsız münasibət görəndə bu hiss daha güclü ortaya çıxır. Belə insanlar qarşı tərəfin hər davranışında təhlükə axtarmağa başlayırlar: gec cavab vermək, sosial şəbəkədə aktiv olmaq, başqa biri ilə danışmaq belə problemə çevrilə bilir.
Bir çox insan qısqanclığı "çox sevmək" kimi romantikləşdirir. Halbuki sağlam sevgi güvən üzərində qurulur. İnsan sevdiyini qorumaq istəyə bilər, amma onu nəzarət altında saxlamaq istəyi artıq psixoloji problemə çevrilə bilər.
Aşırı qısqanclıq zamanla münasibətdə dava və gərginliyi artır, qarşı tərəfdə uzaqlaşma hissi formalaşır, hətta münasibət zamanla toksikləşir.
Bu hissin idarə olunması üçün insan əvvəlcə qısqanclığın kökündə duran səbəbi anlamalıdır. Özünəinam üzərində işləmək, açıq ünsiyyət qurmaq və lazım olduqda psixoloji dəstək almaq vacibdir. Çünki sevgi insanı rahat və təhlükəsiz hiss etdirməlidir, daim stress və qorxu içində saxlamamalıdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 809 Tarix: 20 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"20 Yanvar"da qəza - Motosikletçi öldü
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında qeydə alınıb. Hadisə zamanı avtomobil motosikletlə toqquşub. Nəticədə motosikleti idarə edən şəxs hadisə yerində ölüb
17 noyabr"Parlament danışmaqxana deyil" - Spikerdən deputata irad
"Ötən gün keçirilən plenar iclasda çıxış üçün verilən reqlament 10 dəqiqədən 5 dəqiqəyə endirildi. Hansı deputat 3 dəqiqə danışmaq istəyirsə, danışsın. Başqalarına niyə yol göstərirlər? Bura Milli Məclisdir, danışmaqxanadır. Danışmağa sərhəd qoymaq olmaz". "Qafqazinfo" xəbər veri
17 noyabrGürcüstanda azərbaycanlı gəncin meyiti tapıldı
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda faciəvi hadisə baş verib. "Qafqazinfo" yerli mediaya istinadən xəbər verir ki, rayonun Təzəkənd kənd sakini 26 yaşlı Emil Məmmədovun meyiti yaşadığı evdə tapılıb. Onun ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Gürcüstanı
16 noyabrQədəşovun kürəkəninə 11 il həbs - "Atland" müsadirə edildi
"Təbriz" MTK-nın xüsusilə külli miqdarda dələduzluqda və başqa cinayətlərdə ittiham olunan rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsind
16 noyabr"Mahal MTK"da rüşvət və özbaşınalıq - Müştəriləri belə aldadırlar
Sumqayıt şəhərində fəaliyyət göstərən "Mahal MTK" tərəfindən tikilib sakinlərə təhvil verilməli olan mənzillərlə bağlı ciddi problemlər yaranıb. Tikinti şirkətinin qanunsuz tələbləri və vədlərinə əməl etməməsi vətəndaşların haqlı narazılığına səbəb olub. Məlumata görə, "Mahal MTK"
16 noyabrNovxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video
Paytaxtın Zabrat qəsəbəsi ilə Novxanı qəsəbələrini birləşdirən 537 saylı müntəzəm marşrut xəttində maraqlı anlar yaşanıb. "Qafqazinfo" xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində əsas yolun bağlı olması səbəbindən nəqliyyat vasitələri çimərliklərin ərazisi ilə hərəkət etməli olub. Bu zama
16 noyabrGüclü küləklə bağlı xəbərdarlıq
Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Şamaxı, Qobustan, Xızı, Xaçmaz, Siyəzən, Şabran
16 noyabr