Köhnə smartfonunuzu çəkməcədə saxlamayın: TƏHLÜKƏLİDİR
Köhnə smartfon sadəcə çəkməcədə unudulmuş bir cihaz deyil, həm də potensial problemlər mənbəyidir. Bir çox texnologiya həvəskarları üçün köhnə cihazları toplamaq qürur mənbəyidir və onların tez-tez köhnə smartfonlardan ibarət kolleksiyası olur.
Digərləri isə köhnə telefonları "birdən lazım olar" deyə saxlayır və ya orada gələcəkdə lazım ola biləcək vacib məlumatların olduğunu düşünür.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, istifadə etmədiyimiz köhnə smartfon çəkməcədə qalırsa, o həm fiziki, həm də rəqəmsal baxımdan təhlükə yarada bilər.
Köhnə smartfonların əsas problemi litium-ion batareyalardır. Zaman keçdikcə onlar deqradasiyaya uğrayır, sabitliyini itirir və potensial təhlükəyə çevrilir. Nadir hallarda bu, telefonun həddindən artıq qızmasına, batareyanın öz-özünə alışmasına, yanğına və ya hətta kiçik partlayışa səbəb ola bilər.
Əgər siz yenə də köhnə smartfonları saxlayırsınızsa, onları sərin və quru yerdə saxlamaq, batareyanı vaxtaşırı təxminən 50%-ə qədər doldurmaq və tam boşalmasına imkan verməmək lazımdır. Əgər cihazda çıxarıla bilən batareya varsa, onu çıxarmaq daha məqsədəuyğundur.
Fiziki risklərlə yanaşı, rəqəmsal təhlükələr də mövcuddur. Köhnə smartfonlarda sizin bütün məlumatlarınız - şəkillər, mesajlar və hesab məlumatları qalır. Əgər siz zavod ayarlarına sıfırlama etməmisinizsə, cihazınızda üçüncü şəxslərin əldə etməməli olduğu çoxlu şəxsi məlumat qala bilər.
Problem həm də ondadır ki, köhnə telefonlar zamanla təhlükəsizlik yeniləmələri almağı dayandırır. Bu səbəbdən onlar sındırılma və digər kiberhücumlara daha həssas olur. Hətta telefon sadəcə sönülü vəziyyətdə qalsa belə, onun oğurlanması və məlumatlara giriş riski tam istisna edilə bilməz.
Buna görə də ekspertlər köhnə cihazları vaxtaşırı yoxlamağı, yeniləmələri quraşdırmağı, dəstək dayandırılıbsa vacib məlumatları köçürməyi və tam sıfırlama etməyi tövsiyə edir. Həmçinin belə telefonları zəruri olmadıqda ev Wi-Fi şəbəkəsinə qoşmamaq daha yaxşıdır ki, əlavə risk yaranmasın.
Həmçinin yadda saxlamaq vacibdir ki, litium-ion batareyaları adi zibilə atmaq olmaz - onları xüsusi təkrar emal məntəqələrinə və ya elektronika qəbul edən mağazalara təhvil vermək lazımdır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 646 Tarix: 20 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşUnitaza buz kubları atmağa başladılar - səbəb
Sosial şəbəkələrdə klozete buz kubları ataraq sifonu çəkməkdən ibarət qeyri-adi təmizlik üsulu sürətlə yayılır. bu üsulun detallarını təqdim edir:. Tətbiqi necə həyata keçirilir? Bir-iki stəkan buz kubunu birbaşa klozete atıb bir neçə dəqiqə gözlədikdən sonra sifonu çəkmək kifayətdir. Su ilə hərəkə
7 noyabr24 saat fasiləsiz uçaraq Rekordlar Kitabına düşdü
"Airbus A350-100ULR" sərnişin təyyarəsi Avstraliyadan Fransaya 24 saat 24 dəqiqə fasiləsiz uçaraq Ginnesin Rekordlar Kitabına düşüb. "Qafqazinfo" xəbər verir ki, şirkətin sınaq uçuşu çərçivəsində Melburn və Tuluza şəhərləri arasında 23 min 155 kilometr məsafə qət edilib. Bu, kommersiy
10 noyabrTurşu xiyarların xarab olmaması üçün nə etməli?
Turşu bankasını açdıqdan sonra xiyarların bir neçə gün ərzində xarab olmaması üçün müəyyən qaydalara əməl etmək lazımdır. Mütəxəssislərin sözlərinə görə, düzgün saxlanma şəraiti turşuların həm dadını, həm də xırtıldayan quruluşunu uzun müddət qorumağa kömək edir. xəbər verir ki, duzlu xiyarlar bank
8 noyabrQocalmanı gecikdirən ən təsirli qidalar - Siyahı
Sağlam yaşlanmaq, dərinin gəncliyini qorumaq və immuniteti güclü saxlamaq hər zaman diqqət mərkəzindədir. Orqanizmin özünün istehsal etdiyi, lakin qidalar vasitəsilə də dəstəklənməli olan kükürd tərkibli sistein amin turşusu hüceyrələrin yenilənməsində mühüm rol oynayır. Hüceyrələrin qocalmasının qarşısın
13 noyabrQədim Misirdə pişiklərə münasibətin görünməyən tərəfi üzə çıxıb
Qədim Misirdə müqəddəs hesab edilən pişiklərin əslində ağır şəraitdə yaşadığı məlum olub. xəbər verir ki, alimlər Vyana Təbiət Tarixi Muzeyində saxlanılan qədim Misir pişiklərinə aid 131 kəlləni araşdırıblar. Tədqiqatın nəticələri "Journal of Archaeological Science" elmi jurnalında dərc olunub
14 noyabrBu qış dəbdə olacaq ayaqqabılar - Stilistdən əsas trendlər
2026-2027-ci ilin qış mövsümündə hündür çəkmələr, 70-ci illərin üslubunu xatırladan zamşa modellər və müxtəlif tokalı botlar dəbdə olacaq. Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı stilist Qalina Denisük UNIAN-a açıqlamasında danışıb. Onun sözlərinə görə, soyuq mövsümdə dizə qədər uzanan çəkmələ
12 noyabrSahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?
İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona
8 noyabrSoyuducudakı bu düymə tərəvəzin taleyini həll edir
Soyuducuda saxlanılan tərəvəzlərin tez solması və ya çürüməsi bir çox evdə qarşılaşılan problemlərdəndir. Lakin soyuducuların tərəvəz bölməsində (crisper) olan kiçik sürgülü düymə meyvə və tərəvəzlərin daha uzun müddət təzə qalmasına kömək edir. xəbər verir ki, çəkməcənin içindəki nəmlik səviyyəsin
15 noyabr"Powerbank"dakı gizli düymə nə üçündür?
Smartfonların enerjisini istənilən yerdə doldurmağa imkan verən portativ enerji cihazları gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin powerbank istifadəçilərinin çoxu cihazın üzərindəki kiçik düymənin əslində hansı funksiyaları yerinə yetirdiyini bilmir. xarici mediaya istinadla xəbər veri
15 noyabr