"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir (FOTO/VİDEO)

"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir (FOTO/VİDEO)Bakının Yasamal rayonu ərazisində yaşayış binaları inşa edən "Lux Residence" şirkəti ilə bağlı redaksiyamıza şikayət məktubu daxil olub.

Qaynarinfo-nun məlumatına görə, Yasamal rayonu, Kazım Kazımzadə küçəsi 31 ünvanında yaşayan İsayev Famil Zahir oğlu yazır ki, "Lux Residence" şirkətinin apardığı inşaat işləri onun evini yararsız hala salıb. Famil İsayevin sözlərinə görə, şirkət bunu məqsədli şəkildə edib.

"Evdən çıxmağımızı istəyirlər. Amma az kompensasiya verirlər. Təsəvvür edin, yaşadığımız evin ümumi sahəsi 51,7 kvadratmetrdir, amma onlar hesab edirlər ki, 32,5 kvadratmetrdir. Təklif etdikləri məbləğ hətta 32,5 kvadratmetr üçün də yetərli deyil", deyə şikayətçi bildirir.

Famil İsayevin sözlərindən məlum olur ki, "Lux Residence" əvvəlcə onlara 91 000 manat kompensasiya təklif edib:

"Təbii ki, biz buna etiraz etdik. Bizi məhkəməyə verdilər. İddiada göstəriblər ki, guya yaşadığımız ev qeyri-qanuni tikilidir. Halbuki bu ev bizim baba mülkümüzdür. Evi 1916-cı ildə atamın babası inşa edib. Babam bu evdə anadan olub. Nənəm bu evə gəlin gəlib. Yəni 110 ildir bu ev bizdədir. Bu müddət ərzində evin qeyri-qanuni tikili olduğu üzə çıxmayıb?".

"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir (FOTO/VİDEO)Şikayətçi yazır ki, Yasamal Rayon Məhkəməsi də iddianın absurdluğunu görüb və məsələni kompensasiya mübahisəsinə çevirib. Famil İsayevin sözlərinə görə, bundan sonra şirkət evin sahəsini ölçmək üçün "Central Consulting" şirkətinə müraciət edib:

"Biz həmin şirkəti evə buraxmadıq. Amma şirkət saxta ekspertiza rəyi hazırlayıb. Rəydə evin sahəsinin 32,5 kvadratmetr olduğu yazılıb. "Central Consulting" şirkətinin saxtakarlığını elə hazırladığı rəy vasitəsilə sübut etmək mümkündür. Təsəvvür edin, rəyə yazıblar ki, ev kərpicdən tikilib. Halbuki ev qaya daşlarından inşa edilib. Bundan başqa, evin qapısının dəmir materialdan olduğu yazılıb, amma qapı taxtadandır. Rəydə qeyd ediblər ki, ev 1 mərtəbəlidir, amma iki mərtəbəlidir. İkinci mərtəbədə əmim yaşayır. Bütün bunları bir kənara qoyaraq sual edirik: "Central Consulting" şirkəti evə baxmadan bu rəyi necə hazırlayıb? Bu açıq-aşkar saxtakarlıq deyilmi?"

Famil İsayevin sözlərinə görə, "Central Consulting" şirkətinin rəyini qəbul etmədiyinə görə məhkəmə tərəfindən evin ekspertizası həyata keçirilib:

"Məhkəmənin hazırladığı rəydə isə açıq-aşkar yazılıb ki, evin ümumi sahəsi (çöldən-çölə) 51,7 kvadratmetrdir. Amma maraqlıdır ki, işə baxan Ayşən Sultanova-Məmmədova heç məhkəmənin rəyini nəzərə almadı və bizə 109 000 manat kompensasiya verilməsi barədə qərar çıxardı. Bir məqamı da qeyd edim ki, məhkəmədə şirkətin nümayəndəsi vətəndaşlara kompensasiya olaraq hər kvadratmetrə görə 4000 manat ödədiklərini deyib. Təsəvvür edin, bu hesabla 109 000 manat heç 32,5 kvadratmetr üçün yetərli deyil. 4000 manatdan hesablayanda 32,5 kvadratmetr üçün 130 000 manat kompensasiya düşür. İndi özünüz baxın ki, nə qədər qanunsuzluq edirlər, haqqımıza girirlər".

"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir (FOTO/VİDEO)Famil İsayev bildirir ki, qərardan apellyasiya şikayəti verəcək. Eyni zamanda məsələ ilə əlaqədar ölkə rəhbərliyinə və digər səlahiyyətli şəxslərə müraciət edəcək.

"Sona qədər qanuni şəkildə mübarizəmi aparacağam. Qardaşım hərbçidir, iki müharibədə iştirak edib. Bu ev təkcə mənə məxsus deyil ki, verilən məbləğlə razılaşım. Biz artıq pul istəmirik, sadəcə haqqımızı tələb edirik", deyə şikayətçi sonda vurğulayır.

"Lux Residence" şirkəti 100 manat nizamnamə kapitalı ilə yaradılıb. Şirkətin qanuni təmsilçisi Cəfərzadə Hüseyn İlşat oğludur. Hüseyn Cəfərzadə haqqında publik mənbələrdə heç bir məlumat yoxdur.

"Lux Residence" şirkəti haqqında isə mediada və sosial şəbəkə platformalarında əsasən tənqidi materiallara rast gəlinir. Məsələn, təxminən bir həftə əvvəl mediada Yasamal rayonu, İ. Qutqaşınlı küçəsi, ev 29-da yaşayan İbrahimova Firuzə Abusət qızının "Lux Residence" şirkətinin özbaşınalıqlarından şikayəti yer alıb.

Cari ilin aprel ayında isə mediada Pəricahan Abdullayeva adlı vətəndaşın "Lux Residence" şirkəti ilə bağlı videomüraciəti yayılıb. Vətəndaş bildirib ki, "Lux Residence" şirkəti onun evini başına uçurub.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir (FOTO/VİDEO)"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir (FOTO/VİDEO)"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir (FOTO/VİDEO)"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir (FOTO/VİDEO)"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir (FOTO/VİDEO)"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir (FOTO/VİDEO)"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir (FOTO/VİDEO)"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir (FOTO/VİDEO)"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir (FOTO/VİDEO)"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir (FOTO/VİDEO)"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir (FOTO/VİDEO)"Lux Residence"lə bağlı növbəti qalmaqal: 110 yaşlı evin dəyəri ödənilmir (FOTO/VİDEO)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 200   Tarix: 21 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Boşanmaların ən böyük səbəbi ünsiyyət problemidir" - PSİXOLOQ SAMİRƏ BAĞIROVA İLƏ MÜSAHİBƏ

"Mən deməzdim ki, xəyanət və cinsi uyğunsuqluq boşanmaların əsas səbəbləridir. Bəli səbəblərdən biri budur. Ən böyük problem ünsiyyət problemidir. Cinsi uyğunsuzluq problemi özü ünsiyyətdən yaranır". Bu sözləri BİG.AZ-a açıqlamasında psixoloq Samirə Bağırova bildirib. Müsahibənin tam versiyasın

21 may
.

Sürücülərin NƏZƏRİNƏ: Görünüş məsafəsi MƏHDUDLAŞACAQ

Mayın 21-də bəzi yollarda görünüş çətinləşəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda müşahidə olunacaq dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsini

20 may
.

Şəhidin atası qəfil vəfat etdi

Vətən müharibəsi şəhidi Lətif Əliyevin atası vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu məlumat verib. O bildirib ki, şəhid atası Oruc Əliyev 60 yaşında Şərur rayonunda ürəktutmadan dünyasını dəyişib. Qeyd edək ki, 1995-ci il təvəllüdl

21 may
.

Trendə çevrilən quru dondurmalar: Faydalıdır, yoxsa zərərli? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Son vaxtlar sosial şəbəkələrdə və marketlərdə trendə çevrilən "quru dondurmalar" xüsusilə gənclərin diqqətini çəkir. Fərqli görünüşü və xırtıldayan dadı ilə maraq doğuran bu məhsullar qısa zamanda geniş yayılıb. Bəs quru dondurmalar necə hazırlanır? Onların tərkibində nə var?. Bu məhsulla

21 may
.

AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşlarını yenidən təxirə saldı

"Azərbaycan Hava Yolları" QSC (AZAL) Naxçıvan Beynəlxalq Aeroportunun yaxınlığında davam edən əlverişsiz hava şəraiti səbəbindən Bakı-Naxçıvan-Bakı marşrutu üzrə uçuşları yenidən təxirə salıb. Bu barədə -a AZAL-dan məlumat verilib. Bildirilib ki, sərnişinlərin təhlükəsizliyi əsas götürülərə

21 may
.

"Aşırı qısqanclığ"ın sonu nədir? - AÇIQLAMA

Qısqanclıq insan münasibətlərində tamamilə normal duyğulardan biridir. İnsan sevdiyini itirməkdən, aldadılmaqdan və ya dəyərsiz hiss etməkdən qorxa bilər. Amma bu hiss müəyyən həddi keçəndə artıq münasibəti qoruyan deyil, münasibəti zədələyən bir davranışa çevrilir. Xüsusilə "aşırı qısqanclıq"

20 may
.

Mingəçevir Dövlət Universitetində beynəlxalq elmi platforma: 23 ölkənin alim və tədqiqatçılarını bir araya gətirən konfrans başa çatdı

Mingəçevir Dövlət Universiteti və Türkiyənin Dokuz Eylül Universitetinin birgə təşkilatçılığı ilə keçirilən "Dil, Təhsil, Tədqiqat və Dayanıqlılıq Sahəsində Müasir Problemlər" mövzusunda Beynəlxalq Elmi Konfrans öz işini uğurla yekunlaşdırıb. Tədbirdə Milli Məclisin deputatları, Mingəçevi

20 may
.

Keşmiş bələdiyyə sədri görün harda dəfn edilmək istəyir

Keçmiş Ankara bələdiyyə sədri Melih Gökçekin keçirdiyi ağır bypass əməliyyatından sonra vəsiyyətini yaxın çevrəsi ilə paylaşdığı iddia olunub. xarici mediaya istinadən xəbər verir ki, Gökçek vəfat edəcəyi halda Ankaranın Çamlıdere rayonunda yerləşən Şeyx Əli Səmərqəndi türbəsinin olduğu məzarlıqda dəf

20 may
.

Tbilisi biletləri ilə bağlı detallar açıqlandı - Nələr daxildir?

"Mayın 26-da fəaliyyətə başlayacaq Bakı-Tbilisi-Bakı marşrutu üzrə ADY-nin yataq tipli vaqonlardan ibarət müasir qatarları hərəkət edəcək. Marşrut üzrə qatarlarda sərnişinlərə komfort, komfort+ və lüks olmaqla üç sinif üzrə xidmət göstəriləcək". "Qafqazinfo" xəbər verir ki, bunu jurnalistlər

21 may