Dünyada sifilis xəstəliyi yayıldı - Rekord hədd
Avropada cinsi yolla keçən infeksiyalar kəskin artıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Avropa Xəstəliklərin qarşısının alınması və nəzarəti mərkəzi məlumat yayıb.
Hesabata görə, 2015-2024-cü illər arasında Avropada qonoreya hallarının 303 faiz artdığı bildirilib. Eyni dövrdə sifilisə yoluxma halları isə iki dəfədən çox yüksəlib.
2024-cü ildə Avropada 106 min 331 qonoreya, 45 min 577 sifilis hadisəsi qeydə alınıb. Ən geniş yayılmış infeksiya isə Xlamidioz olaraq qalır. Hesabata əsasən, ötən il 213 mindən çox xlamidioz halı aşkarlanıb.
Mütəxəssislər artımın əsas səbəbləri kimi cinsi davranışların dəyişməsi, test imkanlarına çıxışın məhdud olması və profilaktik tədbirlərdəki boşluqları göstərirlər.
Həkimlər xəbərdarlıq edirlər ki, vaxtında müalicə olunmayan bu infeksiyalar sonsuzluq, xroniki ağrılar, ürək və sinir sistemi problemləri kimi ciddi fəsadlara səbəb ola bilər.
Xüsusi narahatlıq doğuran məqamlardan biri də anadangəlmə sifilis hallarının artmasıdır. Bu zaman infeksiya anadan körpəyə keçir. 2024-cü ildə belə hallar 14 ölkədə demək olar ki, iki dəfə artaraq 78-dən 140-a yüksəlib.
Hesabatda qeyd olunur ki, ən yüksək risk qrupunu kişilərlə cinsi əlaqədə olan kişilər təşkil edir. Bununla yanaşı, sifilisin heteroseksual insanlar arasında, xüsusilə reproduktiv yaşda olan qadınlar arasında da yayıldığı vurğulanır.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 856 Tarix: 21 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İnsanlar səhvlərini etiraf etməkdən niyə çəkinirlər? - Psixoloq
Son vaxtlar cəmiyyətdə insanların bir-birini anlamaqda çətinlik çəkdiyi müşahidə olunur. Bu tendensiyanı sosial şəbəkələrdə də aydın şəkildə görmək mümkündür. Empatiya çatışmazlığı, başqalarını ittiham etmək, mühakimə etmək və onların səhvlərini axtarmaq getdikcə daha geniş yayılır. Bəs bu vəziyyət cəmiyyət
17 sentyabrYatarkən daha çox kalori yandırmağın sirri açıqlandı
Əzələ kütləsinin artırılması yuxu zamanı enerjinin daha çox sərf edilməsinə kömək edə bilər. xəbər verir ki, bunu psixiatr və somnoloq Aleks Dimitriu "Men's Health" nəşrinə açıqlamasında bildirib. Mütəxəssisin sözlərinə görə, yuxu zamanı bədən kalori yandırmağa davam edir - bu göstəric
17 sentyabrXalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
Qədim inanclara görə, evdə olan ən adi əşyalar belə maddi rifaha və pul bəxtinə təsir göstərə bilər. Pul kisəsində dəfnə yarpağı saxlamaq, qapının ağzındakı xalçanın altına qəpik qoymaq və ya pul kisəsini heç vaxt tam boş buraxmamaq bu cür inanclar sırasındadır. Ən məşhur inanclardan biri giriş qapısını
13 sentyabrBina bombaların hədəfi oldu, gənc qadın görün nə etdi - VİDEO
Ukraynanın Odessa şəhərində hücumdan sonra lentə alındığı bildirilən görüntülər sosial mediada diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, kadrlarda hücum nəticəsində zərər görən yaşayış binası və ətraf ərazidəki vəziyyət əks olunub. Binanın bəzi mərtəbələrində ciddi dağıntıların olduğu, ərazid
18 sentyabrNeptunun o tayında 27 naməlum obyekt aşkarlandı
"Habbl" və "Ceyms Uebb" kosmik teleskopları daha əvvəl məlum olmayan 27 transneptun obyekti (TNO) - Neptunun orbitindən xeyli uzaqda Günəş ətrafında fırlanan cisim aşkarlayıblar. Onların hər birinin diametri 40 kilometrdən azdır, ən kiçiyinin diametri isə cəmi 10 kilometrdir. xəbə
15 sentyabrAyla bağlı yeni kəşf: Alimləri təəccübləndirən an
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi 2024-cü ildə yaranan və diametri 22 metr olan yeni krater kəşf edib. xəbər verir ki, bu bu barədə ABŞ aerokosmik agentliyi məlumat yayıb. Bildirilib ki, "Science Advances" elmi jurnalının mütəxəssisləri bu tapıntını Günəş sistemində indiyədə
17 sentyabrSaatlarla oturanların diqqətinə: Tromb qoparaq ölümə səbəb ola bilər
"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovski bildirib. Ekspertin sözlərinə görə, qədim dövrlərdə insanın sağ qalması xəsarət zaman
14 sentyabr