"Qeybət insan həyatında sosial dinamikanın bir hissəsidir" - Samirə Bağırova
Gündəlik həyatın bir hissəsinə çevrilmiş qeybət, bəzən sadəcə söhbət kimi görünür, amma əslində insanların bir-birilə münasibətlərində, sosial iyerarxiyada və ictimai dəyərlərin formalaşmasında mühüm rol oynayır. Sosial mediada, iş mühitində və ailə daxilində belə, qeybətin müxtəlif formalarına rast gəlmək mümkündür. Bütün bunlar belə bir sualı gündəmə gətirir ki, insanlar niyə qeybət edir və bu davranışın arxasında hansı psixoloji motivlər dayanır?
Mövzu ilə bağlı Sonxeber.az-a psixoloq Samirə Bağırova danışıb.

O, açıqlamasında qeyd edib ki, əslində qeybət həmişə pis niyyətlə edilmir:
"Qeybət bir növ insan həyatında sosial dinamikanın bir hissəsidir. Emosional yüngülləşmə, insanın özünü hər hansısa qrupa aid etmək istəyi, qeybət etməklə diqqətləri üzərinə çəkməkdir. İnsan bəzən başqalarının həyatını müzakirə etməklə özünü daha uğurlu,daha düzgün və ya daha təhlükəsiz hiss etməyə çalışır. Bu xüsusilə özgüvən problemi,daxili narazılıq və ya qəbul olunmaq ehtiyacı yaşayan insanlarda daha çox görünür. Emosional tərəfi isə odur ki,gündəlik stres, qəzəb və ya məyusluq hisslərini birbaşa ifadə edə bilməyəndə,bunu qeybət yolu ilə çıxarmağa çalışırlar. Əvvəlki illərlə müqayisədə indi qeybət daha çoxdur. Buna səbəb sosial mediadır. Təbii ki, dağıdıcı qeybətlər də var ki,nəzarətsiz hala gəldikdə münasibətlərə, etimada və cəmiyyət daxilindəki sağlam ünsiyyətə ciddi təsir göstərə bilir. Bu cür qeybətlər insanı alçaltmaq,nüfuzdan salmaq və ya emosional zərər vermək məqsədi daşıdığı hallarda yaranır".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO
Mobil nömrə istifadədən çıxarılıb başqa şəxslərə satıldıqda təhlükəsizlik necə qorunur? - AÇIQLAMA
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO
Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Diplomatik səfər niyə narahatlıq yaratdı? Qarabağ reallığının yerində görülməsinə erməni revanşist dairələrdən sərt reaksiya