Hər hansı bir xidmətin qiyməti vətəndaşının sosial rifahına mənfi təsir göstərməməlidir

Hər hansı bir xidmətin qiyməti vətəndaşının sosial rifahına mənfi təsir göstərməməlidir"Bakı-Tblisi sərnişin qatarının fəaliyyətə başlaması olduqca müsbət haldır, təqdirəlayiq hadisədir. Hesab edirəm, vətəndaşlarımızın, o cümlədən Gürcüstanda yaşayan soydaşlarımızın gediş-gəlişinə xeyli kömək olacaq. Əlbəttə, qatarın açılması öz-özlüyündə yaxşıdır, amma gərək tarif cədvəlləri də əhalinin sosial vəziyyətinə uyğun təqdim edilsin. Sözün açığı, Azərbaycan Dəmir Yollarının Bakı-Tiflis qatarının tarifi ilə bağlı açıqlaması məni o qədər də qane etmədi. Səbəblərdən biri qiymətlərin İsveçrə frankı ilə hesablanması, digəri isə Azərbaycanda minimum əməkhaqqının artırılması ilə əlaqələndirilməsidir. ADY-nin açıqlamasını o qədər də peşəkar mövqe saymıram".

Bunu açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Hər hansı bir xidmətin qiyməti vətəndaşının sosial rifahına mənfi təsir göstərməməlidirSədr bildirib ki, qiymətin formalaşmasına təsir edən faktorlar var: "Bu faktorları və onların qiymətlərinin nə dərəcədə artdığını göstərməli idilər. Ən azından qatardakı vaqonların sayı bir neçə sinfə bölünməli, hər sinfin də özünə uyğun həm xidmət, həm də qiymət səviyyəsi müəyyənləşməlidir. Nəzərə alsaq ki, Gürcüstan və Azərbaycan arasında sıx tarixi əlaqələr var, Gürcüstanda yarım milyona yaxın soydaşımız yaşayır. Onların qohum-əqrəbaları da Azərbaycanda müxtəlif rayonlarda, xüsusilə, Bakı-Gəncə istiqamətində yaşayırlar. Bu insanlara müəyyən imtiyazlar tanısaydıq, yaxşı olardı. İlin müəyyən dövrlərində qiymətlərdə endirimlər edilərsə, sosial güzəştli paketlər nəzərdə tutularsa, müsbət addım kimi qiymətləndirmək olar. Bəli, quru yollarımız indi bağlıdır, yalnız dəmir yolu açılacaq. Təsəvvür edin, bunun arxasınca quru sərhədlər tamamilə açılacaqsa, faktiki Bakıdan Tbilisiyə bir nəfərin qatarla getməsi üç-dörd nəfərin taksi ilə getməsindən baha başa gələcək. Bu da gələcəkdə Azərbaycan Dəmir Yollarının öz tarif cədvəlinə yenidən baxmasına gətirib çıxaracaq. Hər halda qiymətlərə yenidən baxmaq olar. Bunu da qəbul edirik ki, dünyada dəmir yolu əvvəlki kimi ən ucuz nəqliyyat növü sayılmır. Keyfiyyətin artması, göstərilən xidmət səviyyəsinin yüksəldilməsi, o cümlədən maya dəyəri ilə əlaqədar qiymətlər də kifayət qədər yuxarıdır. Amma istənilən halda, Azərbaycan vətəndaşının sosial rifahına mənfi təsir göstərməməlidir. Belə baxanda, komfort sinfi təyyarə qiymətlərindən o qədər də fərqlənməyəcək. Bunu da nəzərə almaq lazımdır. Ümumilikdə, qatarın açılmasını müsbət hal kimi dəyərləndirirəm. İşin gedişində həm tariflərə yenidən baxıla, eyni zamanda siniflərə bölünmə və başqa sosial layihələr də qiymət siyasətində tətbiq oluna bilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 551   Tarix: 21 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Universitetlərə qəbul imtahanları ləğv edilə bilər? - Azərbaycanda yeni sistemə keçid mümkündürmü? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Dünyanın bir sıra ölkələrində universitetlərə qəbul zamanı abituriyentlərin orta məktəb illərindəki akademik göstəriciləri əsas meyar kimi nəzərə alınır. Bu təcrübə Azərbaycanda da ali təhsil müəssisələrinə qəbul sisteminin dəyişdirilməsi məsələsini gündəmə gətirir. Bəs ölkəmizdə qəbul imtahanlarını

17 noyabr
.

637 balla universitetə qəbul olmuşdu: Yataqxanada ölən tələbə ilə bağlı yeni təfərrüat

Yataqxanada meyiti tapılan tələbə qızın ölümü ilə bağlı bəzi təfərrüat məlum olub. -a istinadən xəbər verir ki, 2007-ci il təvəllüdlü Elmira Eyyubova 2024-cü ildə 637 bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul olub. O, universitetin yataqxanasına bir müddət əvvəl köçübmüş. Elmira iki il Bakıd

16 noyabr
.

"20 Yanvar"da qəza - Motosikletçi öldü

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında qeydə alınıb. Hadisə zamanı avtomobil motosikletlə toqquşub. Nəticədə motosikleti idarə edən şəxs hadisə yerində ölüb

17 noyabr
.

"Parlament danışmaqxana deyil" - Spikerdən deputata irad

"Ötən gün keçirilən plenar iclasda çıxış üçün verilən reqlament 10 dəqiqədən 5 dəqiqəyə endirildi. Hansı deputat 3 dəqiqə danışmaq istəyirsə, danışsın. Başqalarına niyə yol göstərirlər? Bura Milli Məclisdir, danışmaqxanadır. Danışmağa sərhəd qoymaq olmaz". "Qafqazinfo" xəbər veri

17 noyabr
.

Gürcüstanda azərbaycanlı gəncin meyiti tapıldı

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda faciəvi hadisə baş verib. "Qafqazinfo" yerli mediaya istinadən xəbər verir ki, rayonun Təzəkənd kənd sakini 26 yaşlı Emil Məmmədovun meyiti yaşadığı evdə tapılıb. Onun ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Gürcüstanı

16 noyabr
.

Qədəşovun kürəkəninə 11 il həbs - "Atland" müsadirə edildi

"Təbriz" MTK-nın xüsusilə külli miqdarda dələduzluqda və başqa cinayətlərdə ittiham olunan rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsind

16 noyabr
.

"Mahal MTK"da rüşvət və özbaşınalıq - Müştəriləri belə aldadırlar

Sumqayıt şəhərində fəaliyyət göstərən "Mahal MTK" tərəfindən tikilib sakinlərə təhvil verilməli olan mənzillərlə bağlı ciddi problemlər yaranıb. Tikinti şirkətinin qanunsuz tələbləri və vədlərinə əməl etməməsi vətəndaşların haqlı narazılığına səbəb olub. Məlumata görə, "Mahal MTK"

16 noyabr
.

Novxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video

Paytaxtın Zabrat qəsəbəsi ilə Novxanı qəsəbələrini birləşdirən 537 saylı müntəzəm marşrut xəttində maraqlı anlar yaşanıb. "Qafqazinfo" xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində əsas yolun bağlı olması səbəbindən nəqliyyat vasitələri çimərliklərin ərazisi ilə hərəkət etməli olub. Bu zama

16 noyabr
.

Güclü küləklə bağlı xəbərdarlıq

Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Şamaxı, Qobustan, Xızı, Xaçmaz, Siyəzən, Şabran

16 noyabr