"Uşaqpulu valideynlərdə müəyyən asılılıq yarada bilər" - Video
"Bu gün ailələrə sosial müavinət verilir. Hesab edin ki, həmin uşaqpulu sosial müavinət adı altında verilir. İnanın ki, bu gün ölkəmizdə uşaqpulunun geniş şəkildə müzakirəsi də axı yoxdur. Müəyyən mənada müzakirələr olur, amma onun real olması, hesab edirəm ki, hazırda günün mövzusu və müzakirə məsələsi deyil".
"Qafqazinfo" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Günay Ağamalı "Günə doğru" verilişində bildirib.
"Ailələr uşaq dünyaya gətirərkən dövlətdən nəsə gözləməməlidir. Təbii ki, ailə övladı dünyaya gətirəndə bu yanaşma ilə yanaşarsa, uşaqpulu verilsə belə, bundan daha çox tələblər qoyulacaq və bu, mənfi tendensiyalara yol aça bilər.
Əslində, uşaqların dünyaya gəlməsi bir nəslin gələcək nəslə ötürülməsi deməkdir. Bu gün uşaqpulu tələbi jurnalistlər tərəfindən səsləndirilir, amma xüsusi ictimai müzakirələrdə, ən azı deyə bilərəm ki, millət vəkili olduğum iki il dönəmində bununla tez-tez qarşılaşmamışam.
Uşaqpulu məsələsi gündəliyə gələrsə və tətbiq olunarsa, bəs düşünmüsünüzmü ki, bu, valideynlərdə müəyyən asılılıq və ya tənbəllik yarada bilər? Yəni insanlar fikirləşə bilərlər ki, dövlət mənə uşaqpulu verir, mən artıq işləməyim. Bu, doğru yanaşma deyil. İnsanları əməyə alışdırmaq lazımdır, onları nələrdənsə asılı vəziyyətə salacaq imkanlar yaradılmamalıdır.
Amma dediyim kimi, hazırda digər ad altında sosial müavinətlər verilir və şərtlər də çətin deyil. Əgər ailədə körpə uşaq varsa, ananın işləməyi önəmli deyil. Uşaqları 8 yaşa qədər olan ailələrdə bir atanın işləməsi kifayət edir. Bu, real yanaşmadır. Atanın da evdə oturub uşaqpulu alması fikri mənə görə doğru deyil".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO
Mobil nömrə istifadədən çıxarılıb başqa şəxslərə satıldıqda təhlükəsizlik necə qorunur? - AÇIQLAMA
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO
Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Diplomatik səfər niyə narahatlıq yaratdı? Qarabağ reallığının yerində görülməsinə erməni revanşist dairələrdən sərt reaksiya