Sabiq deputat Türkiyədə vəfat etdi
Tarix üzrə fəlsəfə doktoru, sabiq millət vəkili Cahangir Hüseyn Əfşar vəfat edib.
Qaynarinfo xəbər verir ki, o, dünən Türkiyənin İstanbul şəhərində 73 yaşında dünyasını dəyişib. Sabiq deputat Türkiyədə müalicə olunurmuş.
Mərhumun nəşi bu gün səhər saatlarında Bakıya gətirilib.
Qeyd edək ki, Cahangir Hüseyn oğlu Hüseynov 1953-cü il aprel ayının 10 da Bakı şəhərində hüquqşünas ailəsində anadan olub. Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi sistemində çalışıb. 1988-ci ildən Dağlıq Qarabağda erməni separatçıları tərəfindən aparılan müharibənin ilk günündən 1994-cü ildə atəşkəs elan olunana qədər bütün cəbhə bölgələrində - Xanlar (indiki Göygöl) rayonunun Çaykənd, Gədəbəy rayonunun ərazisində yerləşən Başkənd, habelə Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Füzuli, Ağdərə rayonlarında gedən döyüş əməliyyatlarında fəal iştirak edib.
1991-ci ilin mart ayında 139 saylı seçki dairəsindən Azərbaycan Respublikasının Ali Sovetinin deputatı olub, 2000-ci ildə 83 saylı Saatlı-Sabirabad seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinin üzvü seçilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1069 Tarix: 22 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yağış yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
Sentyabrın 19-20-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəy
18 sentyabrİş saatlarının dəyişdirilməsi tıxac problemini həll edə biləcək? - AÇIQLAMA
Bakıda nəqliyyat sıxlığının əsas səbəblərindən biri hər gün on minlərlə insanın eyni saatlarda şəhər daxilində hərəkət etməsidir. AYNA da paytaxt və Abşeron yarımadasında xüsusilə eyni saatlarda şəhər mərkəzinə yönələn hərəkətin magistral yollarda ciddi sıxlıq yaratdığını qeyd edir. Bu baxımdan işə başlam
17 sentyabrKarantin rejimi yanvara qədər uzadıldı
Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2027-ci il 2 yanvar saat 06:00-dək uzadılıb. xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qeyd edə
17 sentyabrAlla Axundova vəfat etdi
Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, ssenarist, şair, tərcüməçi Alla Axundova vəfat edib. xəbər verir ki, bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Abuzər Bağırov məlumat verib. Qeyd edək ki, Alla Axundova 1939-cu ildə Moskvad
17 sentyabr