"Müasir dövrdə informasiya mühiti və sosial çağırışlar fonunda gənclər arasında mənəvi dəyərlər" mövzusunda tədbir keçirilib
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsi və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Sabunçu Gənclər Evində "Müasir dövrdə informasiya mühiti və sosial çağırışlar fonunda gənclər arasında mənəvi dəyərlər" mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsi, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Sabunçu rayonunda fəaliyyət göstərən dini icmaların sədrləri, din xadimləri və rayonun fəal gəncləri iştirak ediblər.
Ümummilli Lider Heydər Əliyevin, vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Ədalət Teymurov bildirib ki, milli ideologiya, milli tarix, milli dil, milli mədəniyyət, milli incəsənət, musiqi, muğam, folklor, ədəbiyyat, özünüdərk, ailə və dahi şəxsiyyətlər xalqımızın milli dəyərlər sisteminin əsasını təşkil edir. O qeyd edib ki, böyüyə hörmət, valideynə sevgi və ehtiram, kiçiklərə qayğı xalqımızın əsrlərdən bəri formalaşmış mənəvi keyfiyyətlərindəndir.
Ədalət Teymurov çıxış zamanı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə milli-mənəvi dəyərlərin qorunması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən mühüm tədbirlərdən bəhs edib, həmçinin qloballaşma şəraitində milli dəyərlərimizə, adət-ənənələrimizə və milli mentalitetimizə qarşı aparılan mənfi təsirlərə qarşı birgə mübarizənin vacibliyini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsinin müdiri Anar Kazımov, həmin qurumun aparıcı məsləhətçisi Rəşadət Hidayətov, Sabunçu rayon Ağsaqqallar Şurasının sədri Vəli Qaraçaylı, Bakıxanov qəsəbəsində yerləşən "Cümə" məscidinin imamı, "İmam Rza" Dini İcmasının sədri Əmirxan Tahrov və digər natiqlər milli-mənəvi və adət-ənənəvi dəyərlərimizin cəmiyyətimiz üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Bildirilib ki, gənc nəslin milli kimliyinə, tarixinə və mənəvi irsinə bağlı ruhda yetişdirilməsi gələcəyimiz üçün xüsusi önəm kəsb edir.













Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO
Mobil nömrə istifadədən çıxarılıb başqa şəxslərə satıldıqda təhlükəsizlik necə qorunur? - AÇIQLAMA
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO
Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Diplomatik səfər niyə narahatlıq yaratdı? Qarabağ reallığının yerində görülməsinə erməni revanşist dairələrdən sərt reaksiya