"Azərbaycan bu gün Qarabağ və Şərqi Zəngəzuru qurmaqla həm də öz mədəni imicini bir daha dünyaya sübut edir" - DEPUTAT
Dünyada gedən inkişaf meylləri şəhərsalma prosesini sürətləndirir. Yeni iş yerlərinin yaradılması, şəhər həyat səviyyəsinin yaxşılaşdırılması həm də dayanıqlı mühitin yaradılması ilə paralel addımlamalıdır.
Şübhəsiz ki, şəhərləşmənin iqtisadiyyata müsbət təsiri qədər, mənfi təsirləri də qaçılmazdır. Məhz buna görədir ki, dövlətlər və hökumətlər bu istiqamətdə qərar qəbul edərkən son dərəcə düşünülmüş addımlar atmalıdır. Azərbaycan da dünyada baş verən proseslərdən kənarda qalmır və şəhərsalma Azərbaycanda inkişaf etdiyi qədər, həm də bu işə cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın qayğısının şahidiyik.
Cənab Prezident İlham Əliyevin forumda çıxışı zamanı söylədiyi fikirlər bir daha ondan xəbər verir ki, şəhərlərimizin mədəni simasının itirilməməsi, tarixi yaddaşımızın qorunub saxlanılması əsas amillərdən biridir. Azərbaycanda şəhərsalma indi başlamayıb. Qədim dövrlərdən etibarən Azərbaycan xalqı qurub-yaradan, mədəni bir xalq olub. Bunu sübut edən indiki amil ondan ibarətdir ki, Azərbaycan bu gün Qarabağ və Şərqi Zəngəzuru qurmaqla həm də öz mədəni imicini bir daha dünyaya sübut edir.
Şəhərsalma ilə bağlı konkret təşəbbüslərin göstərildiyinin şahidiyik. Məhz bunun nəticəsidir ki, Qarabağ və Şərqi Zəngəzur yenidən qurularkən burada həm də dayanıqlı inkişaf məqsədlərinə töhfə verilir. Bölgənin yaşıl enerji zonası elan edilməsi bunun bariz nümunəsidir.
Bütövlükdə isə forumda 180 ölkədən 45 mindən artıq insanın iştirakı Azərbaycanın qlobal proseslərə verdiyi töhfədən, həm də ölkəmizi beynəlxalq aləmdə gedən müzakirələrin mərkəzinə yerləşdirdiyindən xəbər verir. Bu isə şübhəsiz ki iqtisadiyyata, yürüdülən siyasətə müsbət təsir göstərir, habelə iştirak etdiyimiz diplomatik masada da uğurlar əldə etməyimizə gətirib çıxardır.
Azər Badamov
Milli Məclisin deputatı
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 644 Tarix: 22 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"20 Yanvar"da qəza - Motosikletçi öldü
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə metronun "20 Yanvar" stansiyasının yaxınlığında qeydə alınıb. Hadisə zamanı avtomobil motosikletlə toqquşub. Nəticədə motosikleti idarə edən şəxs hadisə yerində ölüb
17 noyabr"Parlament danışmaqxana deyil" - Spikerdən deputata irad
"Ötən gün keçirilən plenar iclasda çıxış üçün verilən reqlament 10 dəqiqədən 5 dəqiqəyə endirildi. Hansı deputat 3 dəqiqə danışmaq istəyirsə, danışsın. Başqalarına niyə yol göstərirlər? Bura Milli Məclisdir, danışmaqxanadır. Danışmağa sərhəd qoymaq olmaz". "Qafqazinfo" xəbər veri
17 noyabrGürcüstanda azərbaycanlı gəncin meyiti tapıldı
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda faciəvi hadisə baş verib. "Qafqazinfo" yerli mediaya istinadən xəbər verir ki, rayonun Təzəkənd kənd sakini 26 yaşlı Emil Məmmədovun meyiti yaşadığı evdə tapılıb. Onun ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Gürcüstanı
16 noyabrQədəşovun kürəkəninə 11 il həbs - "Atland" müsadirə edildi
"Təbriz" MTK-nın xüsusilə külli miqdarda dələduzluqda və başqa cinayətlərdə ittiham olunan rəhbəri Nofəl Hacıyev və şirkətin icraçı direktoru Talış Məhəmmədovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsind
16 noyabr"Mahal MTK"da rüşvət və özbaşınalıq - Müştəriləri belə aldadırlar
Sumqayıt şəhərində fəaliyyət göstərən "Mahal MTK" tərəfindən tikilib sakinlərə təhvil verilməli olan mənzillərlə bağlı ciddi problemlər yaranıb. Tikinti şirkətinin qanunsuz tələbləri və vədlərinə əməl etməməsi vətəndaşların haqlı narazılığına səbəb olub. Məlumata görə, "Mahal MTK"
16 noyabrNovxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video
Paytaxtın Zabrat qəsəbəsi ilə Novxanı qəsəbələrini birləşdirən 537 saylı müntəzəm marşrut xəttində maraqlı anlar yaşanıb. "Qafqazinfo" xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində əsas yolun bağlı olması səbəbindən nəqliyyat vasitələri çimərliklərin ərazisi ilə hərəkət etməli olub. Bu zama
16 noyabrGüclü küləklə bağlı xəbərdarlıq
Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Şamaxı, Qobustan, Xızı, Xaçmaz, Siyəzən, Şabran
16 noyabr