Azərbaycan mediasi WUF13 vasitəsilə dövlətimizin gücünü, müasir şəhərsalma baxışını dünya ictimaiyyətinə nümayiş etdirdi
"Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun yüksək səviyyədə təşkili ilə yanaşı, onun informasiya təminatının peşəkar şəkildə qurulması da xüsusi diqqət çəkən məqamlardan biridir. Bu mühüm beynəlxalq tədbirin geniş və operativ şəkildə işıqlandırılmasında Azərbaycan mediasının, xüsusilə jurnalistlərin əməyi təqdirəlayiqdir.
Bu forum təkcə urbanizasiya və şəhər inkişafı məsələlərinin müzakirə olunduğu platforma deyil, eyni zamanda, Azərbaycanın müasir inkişaf modelinin, şəhərsalma siyasətinin, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərinin dünyaya təqdim edilməsi baxımından mühüm beynəlxalq tribuna oldu. Belə bir nüfuzlu tədbirin informasiya yükünü daşımaq isə jurnalistlərdən yüksək peşəkarlıq, çeviklik və məsuliyyət tələb edirdi.
Azərbaycan jurnalistləri forum günlərində həm yerli, həm də beynəlxalq auditoriyaya dolğun, obyektiv və operativ məlumat çatdırmaqla öz peşəkar bacarıqlarını bir daha nümayiş etdirdilər".
Bunu Sonxeber.az-a danışma Səs qəzetinin baş redaktoru, siyasi şərhçi Bəhruz Quliyev deyib.
Ekspert qeyd edib ki, media nümayəndələri panel iclaslarını, beynəlxalq müzakirələri, dövlət və hökumət nümayəndələrinin çıxışlarını, eyni zamanda forum çərçivəsində aparılan mühüm dialoqları geniş şəkildə işıqlandıraraq Azərbaycanın qlobal gündəlikdəki rolunun daha aydın görünməsinə töhfə verdilər:
"Xüsusilə qeyd etməliyəm ki, forum çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işləri, "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları, dayanıqlı urbanizasiya siyasəti ilə bağlı təqdim olunan materiallar beynəlxalq mediada da böyük maraq doğurdu. Bu marağın formalaşmasında Azərbaycan jurnalistlərinin hazırladığı reportajlar, analitik yazılar, televiziya bağlantıları və rəqəmsal media materialları mühüm rol oynadı.
Bu gün informasiya müharibələrinin və qlobal media rəqabətinin getdikcə sərtləşdiyi bir dövrdə jurnalistin fəaliyyəti yalnız xəbər yaymaqla məhdudlaşmır. Jurnalist həm də dövlətin beynəlxalq imicinin formalaşmasına xidmət edən strateji informasiya daşıyıcısına çevrilir. Ümumdünya Şəhərsalma Forumunun işıqlandırılması zamanı Azərbaycan mediasının ortaya qoyduğu peşəkar fəaliyyət bunu bir daha təsdiqlədi.
Əminliklə demək olar ki, Azərbaycan jurnalistikası bu forum vasitəsilə yalnız informasiyanı çatdırmadı, eyni zamanda ölkəmizin inkişafını, dövlətimizin gücünü, xalqımızın mədəniyyətin, qonaqpərvərliyin, quruculuq iradəsini və müasir şəhərsalma baxışını dünya ictimaiyyətinə nümayiş etdirdi. Bu isə milli medianın dövlətçilik maraqları ilə peşəkar prinsipləri uğurla uzlaşdırmasının bariz nümunəsidir."-deyə, B.Quliyev əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO
Mobil nömrə istifadədən çıxarılıb başqa şəxslərə satıldıqda təhlükəsizlik necə qorunur? - AÇIQLAMA
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO
Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Diplomatik səfər niyə narahatlıq yaratdı? Qarabağ reallığının yerində görülməsinə erməni revanşist dairələrdən sərt reaksiya