"WUF13-dən iştirakçılar ölkələrinə çoxsaylı yeni ideya və təcrübə ilə qayıtdılar" - DEPUTAT
Xəbər verdiyimiz kimi Bakıda keçirilən World Urban Forum 13-ün final mərhələsi bu gün uğurla başa çatıb. Forum çərçivəsində gün ərzində şəhərsalma, dayanıqlı inkişaf, iqlim dəyişiklikləri, nəqliyyat infrastrukturu və "ağıllı şəhər" həlləri kimi mövzuları əhatə edən panel sessiyalar, müzakirələr və tematik tədbirlər təşkil olunub.
Forumla bağlı fikirlərini Sonxeber.az-la bölüşən Müşfiq Cəfərov bildirib ki, dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələr, ekspertlər və beynəlxalq təşkilatların təmsilçiləri tədbirdə iştirak edərək qlobal urbanizasiya gündəliyinə dair fikir mübadiləsi aparıblar:
"Forumda xüsusilə də gənclərin iştirakı, innovativ yanaşmalar və müasir şəhər inkişafı modelləri də əsas müzakirə mövzuları sırasında yer alıb, eyni zamanda sərgilər, təqdimatlar və xüsusi görüşlər keçirilib. Tədbir beynəlxalq əməkdaşlığın genişləndirilməsi və şəhərlərin gələcək inkişaf strategiyalarının formalaşdırılması baxımından mühüm platforma kimi dəyərləndirilib. Foruma qatılan qonaqların ölkəmiz haqqında səsləndirdiyi xoş fikirlər her birimizi qürurlandırdı. Xüsusilə de bağlanış mərasimində çıxış edən BMT Baş katibinin müavini Amina Mohammed United Nations Human Settlements Programme ilə birgə forumun uğurla təşkilinə görə Azərbaycana təşəkkürünü ifadə edib və Bakıda göstərilən yüksək səviyyəli qonaqpərvərlik və liderliyi xüsusi vurğulaması. Ən önəmli məqam isə World Urban Forum 13 rekord göstərici ilə yadda qalıb. United Nations Human Settlements Programme-ın icraçı direktoru Anacláudia Rossbach bildirib ki, forum çərçivəsində 176 ölkədən ümumilikdə 57 min iştirakçı Bakıda bir araya gəldiyini qeyd edib. Bu göstərici rekor göstərici hesab oluna bilər. Əlbəttə ki, bütün bu uğurlar cənab prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsidir".
Deputat vurğulayıb ki, bu gün Azərbaycan ən təhlükəsiz, insanların sülh və firavan şəkildə yaşadığı ölkədir:
"İştirakçılar forumdan çoxsaylı yeni ideya və təcrübə ilə qayıtdıqlarını qeyd edib. Ən önəmlisi isə bu bir neçə gündə forum çərçivəsində təqdim olunan müzakirə və təşəbbüslərin ölkənin şəhərsalma siyasəti və dayanıqlı inkişaf strategiyalarına mühüm töhfə verəcək. Bir sözlə Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında səsləndirilən fikirlər və təqdim olunan layihələr bir daha Azərbaycan təkcə öz ərazilərini bərpa etmədiyini həm də gələcəyin şəhərlərinin necə olması barədə dünyaya yeni ideyalar və tətbiqi mexanizmlər irəli sürdüyünü sübut edir. Ölkə başçısının qətiyyətli siyasi iradəsi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində bu gün Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri layiqincə yerinə yetirməyə davam edir. Bakıda keçirilən bu mötəbər tədbirbeynəlxalq birliyin Azərbaycana olan böyük etimadının və ölkəmizin qlobal miqyasda dayanıqlı inkişafın təşviqində oynadığı aktiv rolun növbəti tarixi təsdiqi kimi yaddaşlarda qalmaqla yanaşı həm də forum çərçivəsində aparılan müzakirələr və əldə olunan təcrübə mübadiləsi Azərbaycanın şəhərsalma sahəsindəki fəaliyyətini daha da təkmilləşdirməyə, Böyük Qayıdış Proqramını daha sürətli və səmərəli şəkildə tamamlamaya imkan verəcəkdir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO
Mobil nömrə istifadədən çıxarılıb başqa şəxslərə satıldıqda təhlükəsizlik necə qorunur? - AÇIQLAMA
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO
Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Bir qadının geyiminə görə onu təhqir etmək İslamın əxlaqına uyğun deyil - İlahiyyatçı
Diplomatik səfər niyə narahatlıq yaratdı? Qarabağ reallığının yerində görülməsinə erməni revanşist dairələrdən sərt reaksiya