Ətin qiyməti 39 manata QALXDI

Ətin qiyməti 39 manata QALXDI"Ətin maya dəyərinin hazırda yüksəlməsi və ölkəmizdə istehsal olunan ətin yerli tələbatı tam ödəməməsi səbəbindən qiymət artımı müşahidə olunur. Bununla yanaşı, inflyasiya, manatın alıcılıq qabiliyyətində baş verən dəyişikliklər, eləcə də logistika və idxal xərclərinin artması da qiymətlərə təsir göstərən əsas amillərdəndir. Bu səbəbdən hazırda həm iri, həm də xırdabuynuzlu heyvanların ətinin bahalaşma ilə üz-üzəyik".

Bunu "Yeni Sabah"a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.

O, paytaxtda bəzi ət növlərinin kiloqramının 39 manata satılmasının bir neçə amillə bağlı olduğunu söyləyib:

"Can əti spesifik məhsuldur və daha çox restoranlarda, eləcə də yüksək səviyyəli tədbirlərdə istifadə olunur. Təkcə Azərbaycanda deyil, ət istehlakının yüksək olduğu ölkələrdə, o cümlədən qardaş Türkiyədə, Orta Asiya və ərəb ölkələrində də can ətinin xüsusi bazarı formalaşıb. Bu ətin qiyməti adi mal əti ilə müqayisədə təxminən 30-35 faiz daha yüksək olur. Bunun əsas səbəbi can ətinin yumşaqlığı və ondan steyk kimi premium yeməklərin hazırlanmasının mümkün olmasıdır. Son 5 ildə bu istiqamətdə qiymətlər orta hesabla 60-65 faiz artıb. Əvvəllər 20-22 manata satılan can əti hazırda 34-35 manata, bəzi hallarda isə 39 manata qədər təklif olunur".

V.Oruc vurğulayıb ki, can ətinin müştəri bazası geniş olmasa da, bu məhsula tələbat əsasən restoran şəbəkələri və yüksək səviyyəli tədbirlər hesabına formalaşır:

"Həmçinin iri buynuzlu heyvanlarda can ətinin məhdud həcmdə olması da onun qiymətini artıran əsas səbəblərdəndir. Bu qiymətə ət alanlar varmı? Bəli, var. Xüsusilə restoran sektorunda, dövlət və özəl qurumların təşkil etdiyi tədbirlərdə bu növ ətə ciddi tələbat müşahidə edilir. Məhz həmin ətin keyfiyyəti və müxtəlif yeməklərin daha yüksək səviyyədə hazırlanmasına imkan verməsi onun baha satılmasına şərait yaradır. Digər mühüm məsələ isə Azərbaycanda mövcud iri və xırdabuynuzlu heyvan ehtiyatlarının daxili tələbatı tam ödəməməsidir. Bu səbəbdən müəyyən həcmdə ət idxal olunur və xaricdən gətirilən məhsulların üzərinə daşınma, logistika və digər əlavə xərclər gəlir ki, bu da qiymətlərə təsir edir".

Ekspertin fikrincə, bu problemin aradan qaldırılması üçün yerli istehsalın həcmi artırılmalı, heyvandarlıq sahəsi daha ciddi şəkildə stimullaşdırılmalıdır:

"Xüsusilə işğaldan azad olunmuş ərazilərdə bu istiqamətdə geniş imkanlar mövcuddur və dövlət proqramlarında da həmin sahələrin inkişafı nəzərdə tutulur. Məqsəd Azərbaycanın ən azı daxili tələbatı ödəyəcək səviyyədə istehsal gücünə çatmasıdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 19661   Tarix: 23 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gürcüstanda azərbaycanlı gəncin meyiti tapıldı

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda faciəvi hadisə baş verib. "Qafqazinfo" yerli mediaya istinadən xəbər verir ki, rayonun Təzəkənd kənd sakini 26 yaşlı Emil Məmmədovun meyiti yaşadığı evdə tapılıb. Onun ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Gürcüstanı

16 noyabr
.

AQTA işlənmiş fritür yağı aşkarladı - İstehlakçılar nələrə diqqət etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qida məhsullarının hazırlanmasında istifadə olunan yağların keyfiyyəti insan sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır. Eyni yağın dəfələrlə yüksək temperaturda qızdırılaraq istifadə edilməsi onun kimyəvi tərkibinin dəyişməsinə, zərərli birləşmələrin yaranmasına səbəb ola bilər. Belə məhsulları

18 noyabr
.

Novxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video

Paytaxtın Zabrat qəsəbəsi ilə Novxanı qəsəbələrini birləşdirən 537 saylı müntəzəm marşrut xəttində maraqlı anlar yaşanıb. "Qafqazinfo" xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində əsas yolun bağlı olması səbəbindən nəqliyyat vasitələri çimərliklərin ərazisi ilə hərəkət etməli olub. Bu zama

16 noyabr
.

Deputat Ağalar Vəliyevin oğluna məxsus "Kristal Bakı" vətəndaşları aldadır?

Ölkənin aparıcı tikinti şirkətlərindən biri olan "Kristal Bakı" ASC (VÖEN - 3103396091) satışa çıxardığı mənzilləri alıcılara fərqli qiymətlərlə təqdim edir. "Real Azərbaycan" xəbər verir ki, şirkətin rəsmi saytı - " vasitəsilə satışa çıxarılan mənzillərin aylıq ödəniş məbləğlər

16 noyabr
.

Milli Məclis gələn ilin büdcə zərfini I oxunuşda müzakirə edir

Milli Məclisin bu gün keçirilən plenar iclasında gələn ilin büdcə zərfi, o cümlədən "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 38 milyard 518 milyo

16 noyabr
.

Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi

Ödənişlərin təhlükəsizliyinin artırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq terminallar vasitəsilə nağd vəsaitlərin qəbulu üzrə yeni qayda tətbiq olunur. xəbər verir ki, qaydaya əsasən, 500 AZN-dən artıq məbləğdə ödəniş və ya pul köçürməsi həyata keçirmək istəyən istifadəçilər şəxsiyyətlərin

16 noyabr
.

Noyabr ayının pensiyaları ödənildi

Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödənilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

17 noyabr
.

Güclü küləklə bağlı xəbərdarlıq

Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Şamaxı, Qobustan, Xızı, Xaçmaz, Siyəzən, Şabran

16 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə az yağış yağacağ

17 noyabr