Sürətlə böyüyən ağaclar və yeni imkanlar: 100 hektar ərazidə yeni pilot layihəyə başlanılır
"Ölkədə ilk mərhələdə sənaye məqsədli meşə salınması üzrə pilot layihəyə start verilməsi nəzərdə tutulur".
Oxu.Az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov "Trend" Beynəlxalq İnformasiya Agentliyinə və ARB24 televiziya kanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, layihə çərçivəsində pavloniya və sürətlə böyüyən digər ağac növlərindən istifadə etməklə meşə təsərrüfatının yeni modeli formalaşdırılacaq:
"Hazırda Azərbaycanda sənaye məqsədli meşələr mövcud deyil. Lakin cəmiyyətdən və yerli sahibkarlardan bu istiqamətdə müraciətlər daxil olub. Dünya təcrübəsinə baxdıqda, sənaye meşələrinin salınması geniş tətbiq olunur - xüsusilə Çində, həmçinin Almaniya və İspaniyada, Özbəkistanda isə son dövrlərdə geniş şəkildə həyata keçirilir.
Bizim özbək tərəfdaşlarımızla görüşdə pavloniya və tez bitən qovaq ağaclarının əkilməsi təşəbbüsü irəli sürülüb və bu məsələ araşdırılıb. Hesab edirik ki, bu növ ağaclardan sənaye meşəsi məqsədilə istifadə, sahibkarlar vasitəsilə meşəsalmanı həyata keçirmək Azərbaycan üçün irəliləyiş olacaq. Bu, meşələrin sürətlə bərpasına imkan verəcək və əhalimiz də bundan yararlana biləcək.
Əsas məqam pavloniya ağaclarının Azərbaycan üçün xas olmamasıdır, buna görə də məsələyə həssas yanaşırıq. 100 hektar ərazidə pilot layihəyə başlanılır və nəticələrdən asılı olaraq növbəti addımlar atılacaq. Eyni zamanda, layihənin səmərəliliyi ilə bağlı İqtisadiyyat Nazirliyi ilə tərəfdaşlıq edilir, xarici mütəxəssislər də cəlb olunurlar. Avropa ölkələrində də bu tip ağac əkilməsi aktiv şəkildə həyata keçirilir", - deyə nazir əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Tələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
Mobil nömrə istifadədən çıxarılıb başqa şəxslərə satıldıqda təhlükəsizlik necə qorunur? - AÇIQLAMA
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Diplomatik səfər niyə narahatlıq yaratdı? Qarabağ reallığının yerində görülməsinə erməni revanşist dairələrdən sərt reaksiya