Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcək

Maaşların ödəniş QAYDASI DƏYİŞİR - Artıq aylıq verilməyəcəkAzərbaycanda əməkhaqqı sistemində mümkün dəyişikliklərlə bağlı müzakirələr yenidən gündəmə gəlib. Xüsusilə maaşların aylıq deyil, hissə-hissə ödənilməsi ilə bağlı təkliflər cəmiyyətdə müxtəlif fikirlər yaradır. Bəzi mütəxəssislər bunun işçilərin gündəlik xərclərini daha rahat planlaşdırmasına kömək edəcəyini düşünsələr də, digərləri uzun illər aylıq maaş sisteminə uyğunlaşmış insanların büdcə idarəçiliyində çətinlik çəkə biləcəyini qeyd edirlər. Eyni zamanda, yeni sistemin bank əməliyyatlarından tutmuş kredit və kommunal ödənişlərə qədər bir çox sahəyə təsir göstərə biləcəyi bildirilir.

Məsələ ilə bağlı iqtisadçı Rəşad Həsənov Demokrat.az-a bildirib ki, bu yanaşma əhalinin həyat keyfiyyətində ciddi dəyişiklik yaradacaq addım deyil:

"Çünki burada insanların aylıq və ya həftəlik gəlirləri real ifadədə artmır. Sadəcə əmək haqqının ödəniş forması dəyişir. Yəni vətəndaş əvvəl aldığı məbləği yenə alacaq, sadəcə həmin vəsait ona hissə-hissə təqdim olunacaq. Bununla belə, dünya təcrübəsində oxşar yanaşmalar tətbiq olunur və bir sıra ölkələrdə əmək haqqının ay ərzində bir neçə dəfə ödənilməsi praktikasına rast gəlinir. Bu sistem müəyyən mənada ailələrin büdcə planlamasını daha rahat edə bilər. Xüsusilə də insanların pulla davranış modellərində tez-tez rast gəlinən irrasional qərarların və plansız xərcləmələrin müəyyən qədər qarşısını almağa kömək edə bilər. Məsələ ondadır ki, aylıq əmək haqqı toplu şəkildə əldə edildikdə və düzgün planlama aparılmadıqda, vəsait qısa müddətdə səmərəsiz istiqamətlərə xərclənə bilir. Nəticədə isə ayın qalan hissəsində vətəndaş borclanmağa məcbur qalır. Əmək haqqının iki və ya daha çox hissəyə bölünərək verilməsi isə qısamüddətli büdcə planlamasını nisbətən asanlaşdıra bilər. İnsanlar xərclərini daha mərhələli şəkildə idarə etməyə çalışar və bu da əlavə, düşünülməmiş xərclərin müəyyən qədər azalmasına səbəb ola bilər".

O deyib ki, bu yanaşma gəlirin ay ərzində daha balanslı şəkildə istifadə olunmasına imkan yarada bilər:

"İnsanların qısamüddətli borclanma ehtiyacları azala, gündəlik maliyyə təzyiqi müəyyən qədər yüngülləşə bilər. Təbii ki, ilkin mərhələdə bəzi planlama çətinlikləri və uyğunlaşma problemləri yarana bilər. Amma orta və uzunmüddətli dövrdə vətəndaşlar bu sistemə uyğunlaşa bilərlər. Bu daha çox texniki xarakterli dəyişiklikdir. Müəyyən davranış modellərinin yenidən formalaşmasına, xərcləmə vərdişlərinin nizamlanmasına və qısamüddətli maliyyə idarəçiliyinin yaxşılaşmasına təsir göstərə bilər. Lakin bu yanaşma ailələrin gəlirlərinin real olaraq artması və ya ciddi sosial-iqtisadi keyfiyyət dəyişikliyi yaranması anlamına gəlmir"./

Qeyd edək ki, Beynəlxalq praktikada xüsusilə ABŞ və Böyük Britaniya kimi ölkələrdə həftəlik və ya iki həftədən bir həyata keçirilən ödəniş üsulları geniş yayılıb. Azərbaycanda bu keçidin mümkünlüyü həm də işəgötürənlərin mühasibatlıq yüklərini artıra bilər. Hər ay tək tərkibli sənədləşmə əvəzinə bir neçə dəfə əməliyyat aparmaq şirkətlərin bank xərclərini və inzibati işini çoxaldacaq. Digər tərəfdən, mövcud kredit sisteminin aylıq qrafiklər üzərində qurulması səbəbindən vətəndaşların daxil olan xırda məbləğləri toplayıb bank öhdəliklərini vaxtında bağlaması ilkin dövrdə ciddi adaptasiya dövrü tələb edəcək.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2206   Tarix: 23 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gürcüstanda azərbaycanlı gəncin meyiti tapıldı

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda faciəvi hadisə baş verib. "Qafqazinfo" yerli mediaya istinadən xəbər verir ki, rayonun Təzəkənd kənd sakini 26 yaşlı Emil Məmmədovun meyiti yaşadığı evdə tapılıb. Onun ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Gürcüstanı

16 noyabr
.

AQTA işlənmiş fritür yağı aşkarladı - İstehlakçılar nələrə diqqət etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qida məhsullarının hazırlanmasında istifadə olunan yağların keyfiyyəti insan sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır. Eyni yağın dəfələrlə yüksək temperaturda qızdırılaraq istifadə edilməsi onun kimyəvi tərkibinin dəyişməsinə, zərərli birləşmələrin yaranmasına səbəb ola bilər. Belə məhsulları

18 noyabr
.

Novxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video

Paytaxtın Zabrat qəsəbəsi ilə Novxanı qəsəbələrini birləşdirən 537 saylı müntəzəm marşrut xəttində maraqlı anlar yaşanıb. "Qafqazinfo" xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində əsas yolun bağlı olması səbəbindən nəqliyyat vasitələri çimərliklərin ərazisi ilə hərəkət etməli olub. Bu zama

16 noyabr
.

Deputat Ağalar Vəliyevin oğluna məxsus "Kristal Bakı" vətəndaşları aldadır?

Ölkənin aparıcı tikinti şirkətlərindən biri olan "Kristal Bakı" ASC (VÖEN - 3103396091) satışa çıxardığı mənzilləri alıcılara fərqli qiymətlərlə təqdim edir. "Real Azərbaycan" xəbər verir ki, şirkətin rəsmi saytı - " vasitəsilə satışa çıxarılan mənzillərin aylıq ödəniş məbləğlər

16 noyabr
.

Milli Məclis gələn ilin büdcə zərfini I oxunuşda müzakirə edir

Milli Məclisin bu gün keçirilən plenar iclasında gələn ilin büdcə zərfi, o cümlədən "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 38 milyard 518 milyo

16 noyabr
.

Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi

Ödənişlərin təhlükəsizliyinin artırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq terminallar vasitəsilə nağd vəsaitlərin qəbulu üzrə yeni qayda tətbiq olunur. xəbər verir ki, qaydaya əsasən, 500 AZN-dən artıq məbləğdə ödəniş və ya pul köçürməsi həyata keçirmək istəyən istifadəçilər şəxsiyyətlərin

16 noyabr
.

Noyabr ayının pensiyaları ödənildi

Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödənilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

17 noyabr
.

Güclü küləklə bağlı xəbərdarlıq

Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Şamaxı, Qobustan, Xızı, Xaçmaz, Siyəzən, Şabran

16 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə az yağış yağacağ

17 noyabr