Quru sərhədlərlə bağlı MÜHÜM XƏBƏR - Gözlənilən TARİX BİLİNDİ
İran hökuməti Azərbaycan-İran sərhədindən avtomobil idxalının genişləndirilməsi barədə qərar qəbul edib. Məlumata görə, bu addım ölkədə avtomobil idxalına qoyulan bəzi şərti məhdudiyyətlərin yumşaldılması və xarici avtomobillərə artan tələbat fonunda atılıb.
Məsələnin mahiyyəti nədir? Gürcüstanla qatar nəqliyyatının bərpasından sonra Rusiya və İranla da sərhədlərin müəyyən qədər açılacağı gözlənilirmi?
Globalinfo.az-a danışan REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Azərbaycanın quru sərhədlərinin açılması istiqamətində tədricən addımlar atılacaq deyib.
"Bunun başqa yolu yoxdur. Çünki Azərbaycan beynəlxalq münasibətlərin tərkibində olan bir ölkədir. Qərarları və hansı addımların atılacağını da özü müəyyən edir. Bu il ərzində İran və Rusiya ilə quru sərhədlərin açılması məsələsi də öz həllini tapa bilər. Sözügedən prosesin mərhələli şəkildə həyata keçiriləcəyi gözlənilir".
İqtisadçı bildirib ki, artıq bu istiqamətdə ilkin addımlar atılır:
"Gürcüstanla dəmir yolu fəaliyyətə başlayır, bir müddətdən sonra quru yollar da açıla bilər. Bu ilin sonuna qədər Gürcüstanla quru sərhədlərin tam açılması mümkündür. Burada müəyyən qaydaların tətbiqi də istisna deyil. Məsələn, say məhdudiyyətlərinin tətbiqi, nəzarət sistemlərinin yaradılması və sair. Hər bir halda quru sərhədlərin açılması bir çox sahələrdə - ölkəmizin imici, turizm və iqtisadiyyat üçün çox vacibdir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1124 Tarix: 24 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Burger King" maaşımızı vermir" - Şikayət
"Burger King" restoranlar şəbəkəsinin keçmiş əməkdaşları maaşlarının ödənilməməsi ilə bağlı -a müraciət ediblər. Şikayətçilərin sözlərinə görə, 2023-cü ildən etibarən 30-dan çox keçmiş əməkdaşın əməkhaqqı tam ödənilməyib. Onlar problemin pandemiya dövründə, restoranların fəaliyyətini onlay
17 sentyabrAzərbaycanda zəlzələ oldu
Yardımlı stansiyasından 23 km cənub-şərqdə Lerik rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 16:03-də baş verib. Yeraltı təkanın maqnitudası 3.1, dərinliy
17 sentyabrADMİU-dan qovulan tələbə: "Sırğa taxdığıma görə..."
Ötən gün sosial şəbəkədə açdığı canlı yayım zamanı birinci kurs tələbələrinə qarşı hədə-qorxunu əks etdirən ifadələr işlətməsinə görə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetindən (ADMİU) qovulan Kənan Zindadil təhsil ocağına yenidən qaytarılmasını istəyir. xəbər verir ki, bu barədə o, ö
17 sentyabrMetro istifadəçilərinə ŞAD XƏBƏR - Tarix açıqlandı
"AZCON Holding" şirkətlərindən olan "Bakı Metropoliteni" QSC-nin "qırmızı xətti"nin "Həzi Aslanov" stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işlərində son mərhələ başlanıb. xəbər verir ki, yenidənqurma işləri təxminən 280 metrlik sahədə üç mərhələ üzr
17 sentyabrŞəhid atası vəfat etdi - Foto
Vətən müharibəsi şəhidi Elnur Məmmədovun atası İsrafil Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bir müddət əvvəl səhhətində ciddi problem yaranan şəhid atası Gəncədə həyatını itirib. Mərhum Gəncənin Köhnə Səbiskar qəbiristanlığında dəfn olunub. Qeyd edək ki, E. Məmmədov Kəlbəcər rayonunu
17 sentyabr