Etibarnamə ilə maşın sürənlərin nəzərinə - GƏLƏN AYDAN...
Azərbaycanda iyunun 16-dan etibarən icbari avtomobil sığortası ilə bağlı yeni qaydalar qüvvəyə minəcək.
Bu dəyişikliklər indiyədək mübahisə və narazılıq doğuran bir sıra məqamlara aydınlıq gətirəcək.
Sonxeber.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı danışan sığorta eksperti Emil Ağabağırov bildirib ki, yeniliklərin əsas fərqi zərərlilik dərəcəsinin hesablanma mexanizmindədir.
Onun sözlərinə görə, əvvəlki qaydalara əsasən sığorta müqaviləsi avtomobilin sahibinin adına rəsmiləşdirilirdi: "Nəqliyyat vasitəsini isə həm sahibi, həm də başqa bir şəxs idarə edə bilərdi. Əgər hadisə avtomobili idarə edən digər şəxs tərəfindən törədilsə də belə, müqavilə kimin adınadırsa, zərərlilik tarixçəsi də həmin şəxsin FİN kodu üzrə hesablanırdı. Bu isə bir çox hallarda problemlərə səbəb olurdu. Məsələn, vətəndaş avtomobili satır, lakin sığorta müqaviləsinə xitam vermirdi. Avtomobili alan şəxs qəza törətdikdə isə zərərlilik göstəricisi əvvəlki sahibin FİN koduna yazılırdı. Nəticədə avtomobili satmış şəxs haqlı olaraq narazılıq edirdi ki, hadisəni törətmədiyi halda sığorta haqqı niyə onun adına artırılıb".
Ekspert qeyd edib ki, belə halların qarşısını almaq üçün vətəndaşlar avtomobili satarkən sığorta müqaviləsinə vaxtında xitam verməli idilər: "Yeni qaydalara əsasən isə zərərlilik dərəcəsi birbaşa hadisəni törədən şəxsin FİN kodu üzrə hesablanacaq. Məsələn, avtomobil bir şəxsin adına olsa da, qəzanı başqa biri törədərsə, artım hadisəni törədən sürücünün adına tətbiq ediləcək. Hər sığorta hadisəsinə görə sığorta haqqına 30 faiz əlavə olunacaq".
E.Ağabağırovun sözlərinə görə, digər dəyişiklik etibarnamə ilə bağlıdır: "Əvvəllər avtomobilə iki nəfərin etibarnaməsi olduqda, sığorta daha çox endirimi olan şəxsin adına rəsmiləşdirilirdi ki, sığorta haqqı aşağı olsun. Yeni qaydalara görə isə bir nəqliyyat vasitəsi üzrə bir neçə etibarnamə mövcuddursa, sistem avtomatik olaraq ən yüksək risk göstəricisinə malik şəxsin əmsalını əsas götürəcək və sığorta haqqı həmin əmsal üzrə hesablanacaq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Tələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO
Mobil nömrə istifadədən çıxarılıb başqa şəxslərə satıldıqda təhlükəsizlik necə qorunur? - AÇIQLAMA
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO
Diplomatik səfər niyə narahatlıq yaratdı? Qarabağ reallığının yerində görülməsinə erməni revanşist dairələrdən sərt reaksiya