Ev almaq istəyənlərə pis xəbər...

Ev almaq istəyənlərə pis xəbər...Tikinti materiallarının qiymətində dəyişikliklərin daşınmaz əmlak bazarına təsiri tez-tez müzakirə olunan məsələlərdən biridir. Bu sahədə mümkün ucuzlaşmalarla bağlı suallar daha da aktuallaşıb. Amma ev qiymətlərinin formalaşması yalnız tikinti materiallarından asılı deyil, daha geniş iqtisadi amillərin təsiri altında müəyyən olunur. Bu baxımdan, Bakıda yaxın müddətdə mənzil qiymətlərində ucuzlaşma ehtimalı və ümumi bazar tendensiyası xüsusi maraq doğurur.

Məsələ ilə bağlı iqtisadçı Vüqar Oruc Demokrat.az-a bildirib ki, tikinti materialları ucuzlaşsa belə, evlərin qiymətinə təsir etmir:

"Tikinti materiallarının qiyməti evlərin maya dəyərinin formalaşmasında rol oynayan amillərdən biridir və onun qiymətinə təsir edən bir neçə faktorun içində yer alır. Əsas məsələ investisiya cəlbediciliyidir, işçi qüvvəsinin əməkhaqqısı, kredit faizləri, makroiqtisadi göstəricilərdir. Bundan əlavə, Azərbaycanda, xüsusilə Bakı şəhərində davam edən urbanizasiya da mühüm amildir. Daxili miqrasiya və urbanizasiya nəticəsində əhali axını güclüdür. Bu da mənzil bazarına tələbi artırır. Marqarita pizza

Ev tikmək və satmaq hazırda biznesin bir sahəsidir və bütün bu amillər maya dəyərinin azalmasına imkan vermir. Eyni zamanda, investisiya cəlbediciliyinin yüksək olması da bazarda qiymətlərin ucuzlaşmasının qarşısını alır. Nəticədə bazara çıxarılan evlərin qiymətində ciddi ucuzlaşma müşahidə olunmur".

Ekspert deyib ki, bu tendensiyanın uzun müddət davam edəcəyi ehtimal olunur:

"Sadəcə olaraq, qiymət artımının tempi yavaşlaya bilər və ya müəyyən dövrlərdə sabitlik yarana bilər. Amma ümumi mənzərə baxımından kəskin ucuzlaşma gözlənilmir. Fərdi yaşayış evlərində isə yalnız lokal amillər, məsələn, torpaq sürüşməsi, subasma və digər risklər olduqda müəyyən ucuzlaşma baş verə bilər. Amma ümumi bazar üzrə evlərin qiymətinin düşməsi real görünmür. Tələbat yüksəkdir, hər il tikilən evlərin sayı isə tələb olunan səviyyədən aşağı qalır. İnflyasiya da maya dəyərinə birbaşa təsir edir. Məsələn, əvvəllər bir işi 4 manata görən fəhlə indi 10 manata görür. Eyni zamanda tikinti şirkətləri də inflyasiya və pulun alıcılıq qabiliyyətinə uyğun olaraq daha yüksək gəlir gözləntisində olurlar.

Bu baxımdan, ev qiymətlərində ucuzlaşma ehtimalı demək olar ki, yoxdur. Daha çox artım tempinin zəifləməsi və ya qiymətlərin müəyyən dövrlərdə sabit qalması mümkündür. Yalnız ciddi və gözlənilməz iqtisadi və ya təbii kataklizmlər baş verərsə, bu dinamika dəyişə bilər.

Hazırkı stabil makroiqtisadi şərait davam edərsə, mənzillərin qiymətində uzunmüddətli artım tendensiyası qalacaq. Xüsusilə də mənzillərə tələbatın daha yüksək olması bu prosesi gücləndirir", - deyə o qeyd edib.

Yəni, ölkədə tikinti materiallarının qiyməti aşağı düşsə belə, fəhlə pulu, yüksək tələbat, Bakıya axın və inflyasiya kimi səbəblərdən evlərin ucuzlaşması gözlənilmir, əksinə qiymətlər artmağa davam edəcək.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2765   Tarix: 24 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Gürcüstanda azərbaycanlı gəncin meyiti tapıldı

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda faciəvi hadisə baş verib. "Qafqazinfo" yerli mediaya istinadən xəbər verir ki, rayonun Təzəkənd kənd sakini 26 yaşlı Emil Məmmədovun meyiti yaşadığı evdə tapılıb. Onun ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Gürcüstanı

16 noyabr
.

AQTA işlənmiş fritür yağı aşkarladı - İstehlakçılar nələrə diqqət etməlidir? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Qida məhsullarının hazırlanmasında istifadə olunan yağların keyfiyyəti insan sağlamlığı baxımından mühüm əhəmiyyət daşıyır. Eyni yağın dəfələrlə yüksək temperaturda qızdırılaraq istifadə edilməsi onun kimyəvi tərkibinin dəyişməsinə, zərərli birləşmələrin yaranmasına səbəb ola bilər. Belə məhsulları

18 noyabr
.

Novxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video

Paytaxtın Zabrat qəsəbəsi ilə Novxanı qəsəbələrini birləşdirən 537 saylı müntəzəm marşrut xəttində maraqlı anlar yaşanıb. "Qafqazinfo" xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində əsas yolun bağlı olması səbəbindən nəqliyyat vasitələri çimərliklərin ərazisi ilə hərəkət etməli olub. Bu zama

16 noyabr
.

Deputat Ağalar Vəliyevin oğluna məxsus "Kristal Bakı" vətəndaşları aldadır?

Ölkənin aparıcı tikinti şirkətlərindən biri olan "Kristal Bakı" ASC (VÖEN - 3103396091) satışa çıxardığı mənzilləri alıcılara fərqli qiymətlərlə təqdim edir. "Real Azərbaycan" xəbər verir ki, şirkətin rəsmi saytı - " vasitəsilə satışa çıxarılan mənzillərin aylıq ödəniş məbləğlər

16 noyabr
.

Milli Məclis gələn ilin büdcə zərfini I oxunuşda müzakirə edir

Milli Məclisin bu gün keçirilən plenar iclasında gələn ilin büdcə zərfi, o cümlədən "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 38 milyard 518 milyo

16 noyabr
.

Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi

Ödənişlərin təhlükəsizliyinin artırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq terminallar vasitəsilə nağd vəsaitlərin qəbulu üzrə yeni qayda tətbiq olunur. xəbər verir ki, qaydaya əsasən, 500 AZN-dən artıq məbləğdə ödəniş və ya pul köçürməsi həyata keçirmək istəyən istifadəçilər şəxsiyyətlərin

16 noyabr
.

Noyabr ayının pensiyaları ödənildi

Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödənilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

17 noyabr
.

Güclü küləklə bağlı xəbərdarlıq

Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Şamaxı, Qobustan, Xızı, Xaçmaz, Siyəzən, Şabran

16 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə az yağış yağacağ

17 noyabr