Saqqız çeynəməyin beyinə təsiri hamını təəccübləndirdi
Saqqız çeynəməyin beyin fəaliyyətinə təsiri ilə bağlı maraqlı məqamlar açıqlanıb.
BAKU.WS xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, saqqız çeynəmək qısa müddət ərzində diqqəti artırmağa və insanın fokuslanmasına kömək edə bilər.
Bildirilir ki, çeynəmə prosesi beynin sensor və motor fəaliyyətinə cavabdeh olan hissələrini aktivləşdirir, eyni zamanda beynin diqqət və davranış nəzarəti ilə əlaqəli bölgələrində qan dövranını sürətləndirir. Bu isə müvəqqəti olaraq diqqətin və planlaşdırma qabiliyyətinin yaxşılaşmasına səbəb olur.
Araşdırmalara görə, saqqız çeynəmək monoton iş zamanı yuxululuğun azalmasına və rutin tapşırıqlara daha rahat köklənməyə kömək edə bilər. Bununla belə, bu təsirin uzunmüddətli olmadığı vurğulanır. İnsan saqqız çeynəməyi dayandırdıqdan sonra həmin müsbət təsir də qısa müddətdə azalır.
Mütəxəssislər qeyd edirlər ki, mürəkkəb düşüncə və güclü qısamüddətli yaddaş tələb edən işlər zamanı saqqız əksinə diqqəti yayındıra bilər. Buna görə də onu beyin fəaliyyətini artıran əsas vasitə hesab etmək düzgün sayılmır.
Bundan başqa, saqqızın həddindən artıq istifadəsinin bəzi hallarda həzm sisteminə də mənfi təsir göstərə biləcəyi bildirilir. Xüsusilə köp və qaz problemi olan insanlarda saqqız çeynəməyin ağız qoxusunu və şişkinliyi artıra biləcəyi qeyd olunur.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1480 Tarix: 26 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşGürcüstanda azərbaycanlı gəncin meyiti tapıldı
Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda faciəvi hadisə baş verib. "Qafqazinfo" yerli mediaya istinadən xəbər verir ki, rayonun Təzəkənd kənd sakini 26 yaşlı Emil Məmmədovun meyiti yaşadığı evdə tapılıb. Onun ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə Gürcüstanı
16 noyabrNovxanıda sərnişinlər avtobusda ekstrim yaşadı - Video
Paytaxtın Zabrat qəsəbəsi ilə Novxanı qəsəbələrini birləşdirən 537 saylı müntəzəm marşrut xəttində maraqlı anlar yaşanıb. "Qafqazinfo" xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində əsas yolun bağlı olması səbəbindən nəqliyyat vasitələri çimərliklərin ərazisi ilə hərəkət etməli olub. Bu zama
16 noyabrMilli Məclis gələn ilin büdcə zərfini I oxunuşda müzakirə edir
Milli Məclisin bu gün keçirilən plenar iclasında gələn ilin büdcə zərfi, o cümlədən "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 38 milyard 518 milyo
16 noyabrAzərbaycanda terminallarla ödəniş qaydası dəyişdi
Ödənişlərin təhlükəsizliyinin artırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq terminallar vasitəsilə nağd vəsaitlərin qəbulu üzrə yeni qayda tətbiq olunur. xəbər verir ki, qaydaya əsasən, 500 AZN-dən artıq məbləğdə ödəniş və ya pul köçürməsi həyata keçirmək istəyən istifadəçilər şəxsiyyətlərin
16 noyabrNoyabr ayının pensiyaları ödənildi
Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə noyabr ayının pensiyaları ödənilib. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
17 noyabrGüclü küləklə bağlı xəbərdarlıq
Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Şamaxı, Qobustan, Xızı, Xaçmaz, Siyəzən, Şabran
16 noyabrSabah hava necə olacaq?
Noyabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə az yağış yağacağ
17 noyabr