CGE SUSTAINABILITY EVALUATION AND SOFTWARE SERVICES AZERBAIJAN ROTAS CONSULTİNG İLƏ BİRGƏ TƏQDİMAT KEÇİRDİ
14 may 2026-cı il tarixində Ritz Carlton otelində keçirilən təqdimat CGE Azerbaijan və Rotas Consulting şirkəti ilə birgə təşkil olunmuş, dövlət və özəl sektordan 50-yə yaxın nümayəndənin iştirakı ilə baş tutmuşdur.
Tədbirdə CGE Azerbaijan şirkətinin təsisçi ortağı olan CGE Evaluation Türkiye idarə heyətinin üzvləri Prof. Dr. Recep Bildik və B. Tülin Seçen, həmçinin əməkdaş tərəfdaş olan Rotas Consulting şirkətinin Rəhbərliyi Azərbaycan iqtisadiyyatında mühüm yer tutan sektorların həm ölkənin yaşıl transformasiya və karbonsuzlaşma hədəflərinə uyğun inkişafı, həm də beynəlxalq ticarətdə rəqabət qabiliyyətinin davamlı şəkildə qorunması istiqamətində sektor əsaslı həll yanaşmalarını interaktiv təqdimat formatında iştirakçılarla bölüşdülər.
Tədbir çərçivəsində çıxış edən nümayəndələr ESG (Ətraf mühit, sosial və idarəetmə) prinsiplərinin artıq yalnız korporativ məsuliyyət deyil, həm də beynəlxalq bazarlarda rəqabət üstünlüyü və investisiya cəlbediciliyinin əsas elementlərindən birinə çevrildiyini vurğuladılar.
Proqramda iştirak edən qurum nümayəndələri mövcud tətbiqlər və bazar ehtiyacları barədə fikirlərini, eləcə də davamlılıq mövzusuna verdikləri önəmi ifadə etdilər.
Xüsusilə ixrac yönümlü sektorlar və maliyyə institutları başda olmaqla, ESG məsələlərinin qurum və dəyər zənciri çərçivəsində ele alınmasının əhəmiyyətindən bəhs edən çıxışçılar, davamlılıq analitikası və texnologiyaları sahəsində 30 ildən artıq təcrübələrini Azərbaycanın bölgədəki strateji mövqeyi, eləcə də iki ölkə arasındakı güclü əlaqələr və əməkdaşlıqlar çərçivəsində Bakı mərkəzli olaraq region ölkələrinə təqdim etməyi hədəflədiklərini bildirdilər.
Təqdimatda həmçinin qeyd olundu ki, Rotas Consulting son illərdə strateji məsləhət, rəqəmsal həllər, investisiya təşviqi və iqlim siyasəti istiqamətlərində fəaliyyət göstərən, xüsusilə COP və yaşıl iqtisadiyyat gündəmi üzrə layihələrdə aktiv iştirak edən yerli konsaltinq şirkətlərindən biridir. Şirkət dövlət qurumları, beynəlxalq təşkilatlar və özəl sektor arasında əməkdaşlıq platformalarının qurulmasına dəstək verir və Azərbaycanın davamlı inkişaf gündəminə töhfə göstərir.
Bu çərçivədə şirkət nümayəndələri aşağıdakı istiqamətlərdə dövlət və özəl sektor qurumlarına dəstək göstərməyi planlaşdırdıqlarını və bu xidmətləri yerli səviyyədə təqdim etmək imkanlarına malik olduqlarını vurğuladılar:
• Qurumların mövcud ESG tətbiqlərinin təhlili və reytinqləndirilməsi (rating), SWOT analizi və yol xəritəsinin hazırlanması
• Korporativ strategiyaların və davamlılıq strategiyalarının hazırlanması
• Korporativ davamlılıq üzrə təşkilati struktur və proseslərin qurulması
• Davamlılıq hesabatlılığı
• Karbon izi hesabatlılığı və azaldılma hədəflərinin müəyyən edilməsi
• CBAM, CDP, SBTI və EPD hesabatlılığı
• Təchizat zəncirinin davamlılıq qiymətləndirilməsi və auditləri
• ESG Rating istiqamətində dövlət və özəl sektor qurumlarına dəstək göstərilməsi
Tədbir iştirakçıları Azərbaycanın COP29 sonrası dövrdə regionda yaşıl transformasiya və dayanıqlı iqtisadiyyat istiqamətində artan rolunu nəzərə alaraq, bu kimi təşəbbüslərin ölkədə korporativ idarəetmə və ESG ekosisteminin inkişafına mühüm töhfə verəcəyini qeyd etdilər.




Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu şəxslər ali təhsili olsa belə 18 aylıq hərbi xidmət keçməlidir - AÇIQLAMA
Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır
1,5 metrlik nəhəng balıq bazarda satışa çıxarıldı - görənlər təəccübləndi - VİDEO
Müğənni Könül Kərimovanın 245 min manatı necə əldən çıxdı
Tələbələri təhdid edən oğlan universitetdən qovuldu - Açıqlama
Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO
13 yaşlı qızla görüşmək üçün 14 saat yol getdi, evə çatanda polislə qarşılaşdı - VİDEO
El-Nino bu qış hava şəraitinə təsir göstərə bilər - Qar az olacaq
Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO
Prezidentlə xanımı Şamaxıya getdi - Fotolar
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Şəhid xanımının faciəli ölümünün səbəbi bilindi - VİDEO