Azərbaycanda Qurban bayramı qeyd olunur
Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur.
"Qafqazinfo" xəbər verir ki, Qurban bayramı və ya dini qurban kəsmə bayramı İslam dünyasında ən müqəddəs bayramlardan biri sayılır.
Qurban bayramı bütün müsəlman aləmində hər il hicri təqvimi ilə zilhiccə ayının 10-cu günündən başlayır. Bu il müvafiq tarix miladi təqvimlə mayın 27-nə təsadüf edir.
Bakının Əjdərbəy məscidində bayram namazı saat 08.00-də, Təzəpir məscidində 09.00-da qılınacaq.
Bu müqəddəs gündə müsəlmanlar Allaha olan sədaqətlərini nümayiş etdirmək üçün qurban kəsirlər. İnsanların birliyinə, bir-birinə qarşılıqlı hörmət etməsinə xidmət edən bu bayram ailə dəyərlərinin möhkəmlənməsində də əhəmiyyət daşıyır. İslam dininin qaydalarına görə, kəsilən qurbanlıq üç yerə bölünə bilər. Bu payların qurban kəsən şəxsin ailəsinə, yaxın qohumlarına və yoxsullara paylanması məsləhət görülür.
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" qanuna əsasən, Qurban bayramı Azərbaycanda dövlət səviyyəsində bayram edilir.
Müqəddəs Qurban bayramı ölkəmizdə təşkil olunan müxtəlif mərasimlərlə qeyd olunur. Bu münasibətlə keçirilən müxtəlif xeyriyyə tədbirlərində adətən aztəminatlı ailələrə, məcburi köçkünlərə, sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara, şəhid ailələrinə qurbanlıq əti və ərzaq məhsullarından ibarət bayram sovqatı paylanılır.
Qurban bayramınız mübarək olsun!
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 245 Tarix: 27 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Təkrar imtahan verəcək 9-cuların nəzərinə!
Dövlət İmtahan Mərkəzi tərəfindən 2026-cı il mayın 17-də ümumi (9 illik) orta təhsil bazasında keçirilən imtahanın 21 iyun tarixində təkrar keçirilməsi nəzərdə tutulur. Bu barədə -a DİM-dən məlumat verilib. Bildirilib ki, təkrar imtahana yalnız qeyd olunan şəhərlərdə keçirilmiş imtahanda iştirak etməl
25 maySabah 30 dərəcə isti gözlənilir
Azərbaycanda mayın 27-də havanın 30 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətl
26 mayHərbçilər şəxsi jetonla təmin ediləcək
Hərbi qulluqçular şəxsi jetonla təmin olunacaq. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunlard
26 mayXırdalanı təmizləyənlərin "konserti" maraq yaratdı - VİDEO
Xırdalanda lentə alınan maraqlı görüntülər sosial şəbəkələrdə diqqət çəkib. xəbər verir ki, yayılan videoda təmizlik işçilərinin iş zamanı pozitiv əhval-ruhiyyə yaratdıqları görünür. Kadrlarda onların əllərindəki təmizlik vasitələrini musiqi aləti kimi istifadə edərək əyləndikləri əks olunub. Səmim
27 mayBakı doludan əvvəl...
Xəbər verdiyimiz kimi, Bakıda güclü leysan və dolu qeydə alınır. "Qafqazinfo"nun məlumatına görə, təbiət hadisəsindən əvvəl paytaxt səmasında buludların ecazkar görüntüsü müşahidə olunub
26 mayŞəhid Kərimbəyli Elçin oxuduğu Tərəqqi məktəbində anıldı
Şəhid Kərimbəyli Elçin oxuduğu Tərəqqi məktəbində anıldı. Elçin Kərimbəylinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, qarşısına çiçəklər qoyuldu.Qeyd edək ki, Elçin Kərimbəyli 04 avqust 1992-ci ildə Bakı şəhərində anadan olub. O, 1998-2007- ci illərdə Nərimanov rayonunda yerləşən "Tərəqqi"
26 may