Daha bir övladı Pittin soyadından imtina etdi

Daha bir övladı Pittin soyadından imtina etdiHollivud ulduzları Ancelina Coli və Bred Pittin oğlu Meddoks atasından tamamilə uzaqlaşmaq qərarına gəlib.

Axşam.az xəbər verir ki, 23 yaşlı Meddoks Coli-Pitt rəsmi olaraq adını dəyişmək üçün sənədlər təqdim edib və "Pitt" soyadından imtina etmək niyyətindədir.

Bundan sonra gənc özünü Meddoks Çivan Coli kimi təqdim etmək istəyir. Maraqlıdır ki, o, artıq bir müddətdir peşəkar fəaliyyətində də atasının soyadından istifadə etmir. Ancelina Colinin rejissoru olduğu "Couture" filmində assistent rejissor kimi çalışan Meddoks filmin titrlərində "Meddoks Coli" adı ilə göstərilib.

Qeyd edək ki, Meddoks ailədə atasının soyadından imtina edən yeganə övlad deyil. Daha əvvəl Şaylo rəsmi şəkildə soyadını dəyişib, Zahara gündəlik həyatda "Pitt" soyadını istifadə etməyi dayandırıb, Vivyen isə iştirak etdiyi "Brodvey" tamaşasının proqramından atasının soyadını çıxarıb.

Xatırladaq ki, Bred Pitt və Ancelina Coli arasında münasibətlər 2016-cı ildəki qalmaqallı boşanmadan sonra daha da gərginləşib. Keçmiş cütlüyün məhkəmə çəkişmələri təxminən səkkiz il davam edib və bu müddət ərzində çoxsaylı qalmaqallarla müşayiət olunub.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 134   Tarix: 30 may 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rumıniyada PUA yaşayış binasına belə çırpıldı - Yaralılar var-Video

Rumıniyanın şərqində yerləşən Qalats şəhərində yaşayış binasına çırpılan pilotsuz uçuş aparatı (PUA) partlayışa və yanğına səbəb olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Mediafax" agentliyi məlumat yayıb. Məlumata görə, dronun binaya çırpılması nəticəsində güclü partlayış dalğas

29 may
.

Bu gölün ətrafındakı torpaqlar qızılla örtülüb

2015-ci ildə çəkilmiş peyk görüntüsündə Qanadakı Bosumtvi gölünü əhatə edən qızılı zolaqlar görünür. Yerli aşanti xalqı tərəfindən müqəddəs hesab olunan bu göl və onun ətrafının təxminən 1 milyon il əvvəl nəhəng meteoritin Yerə düşməsi nəticəsində formalaşdığı bildirilir. Qaynarinfo xəbər verir ki, Bosumtv

29 may
.

Ferrari-nin bu modelini Roma Papası özü sınadı

Roma Papası Pope Leo XIV Ferrarinin yeni tam elektrik superkarını idarə edən ilk şəxslərdən biri olub. xarici KİV-ə istinadla bildirir ki, sınaq papaların yay iqamətgahı olan İtaliyanın Castel Gandolfo şəhərində baş tutub. Pontifikə mavi çalara malik "Luce" modeli təqdim olunub. Şirkət rəhbərliyi

27 may
.

Ukrayna və Kanada birgə dron istehsalı barədə razılığa gəlib

Kiyev və Ottava Kanada ərazisində Ukrayna ordusu üçün pilotsuz uçuş aparatlarının istehsalının birgə başladılması barədə razılığa gəlib. "Report"un "RBK-Ukraina"ya istinadən xəbərinə görə, müvafiq sənədi iki ölkənin Müdafiə nazirliklərinin nümayəndələri imzalayıblar. Razılaşma çərçivəsind

30 may
.

Ən gözəl və çirkin qadınların yaşadığı ölkələrin reytinqi tərtib edildi

Ən gözəl qadınların yaşadığı ölkələrin siyahısı tərtib edilib. -ın xəbərinə görə, bu barədə məlumatlar "World Population Review" saytında dərc edilib. Reytinqdə ilk sıranı Kolumbiya tutub. İlk beşlikdə, həmçinin Polşa, Yunanıstan, Çexiya və Rusiya yer alıblar. Bundan başqa, Venesuela, Albaniy

30 may
.

Puqaçovanın qəsri muzey ola bilər

Şoumen və prodüser Gera İvaşenko müğənni Alla Puqaçovanın Rusiyanın Qryaz kəndində yerləşən qəsrinin muzeyə çevrilməsini təklif edib. Axşam.az xəbər verir ki, o, bu barədə müsahibəsində danışıb. İvaşenkonun sözlərinə görə, bu addım uzun müddətdir istifadəsiz qalan binanın yenidən canlanmasına və bölgəy

29 may
.

Yaponiya əhalisinin sayında rekord azalma

Yaponiya əhalisi son beş ildə rekord dərəcədə azalıb. -ın "Yomiuri" nəşrinə istinadən xəbərinə görə, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara məlumat verib. 2025-ci il ilkin siyahıyaalınmaya əsasən, Yaponiya əhalisi 123 029 524 nəfər təşkil edir. Göstərici 2020-ci ill

30 may
.

Qlobal çöküş: Yer əhalisi 2064-cü ilə qədər iki dəfə azala bilər

Hazırda Yer əhalisi 8,3 milyard nəfər təşkil edir. Lakin ekspertlərin xəbərdarlığına görə, növbəti 40 il ərzində bu göstərici kəskin şəkildə azala bilər. Alimlər bildirirlər ki, ən pis ssenaridə əhalinij sayı 2064-cü ilə qədər iki dəfə azala bilər. Qaynarinfo xəbər verir ki, "Daily Mail" nəşrini

29 may
.

Dünyanın ən böyüyü idi, rəngini dəyişdi: Nəhəng aysberq göyərdi

Antarktidadan 1986-cı ildə ayrılan və dünyanın ən böyük aysberqlərindən biri olan A23a son peyk görüntülərində xarakterik ağ rəngini itirərək maviyə (göy rəngə) boyanıb. Təxminən 40 il boyunca peyklər tərəfindən izlənən və bir vaxtlar 400 kvadratkilometrlik nəhəng bir sahəni əhatə edən bu buz kütləsi

27 may