Seysmoloq İstanbulda güclü zəlzələ riski barədə xəbərdarlıq etdi
"İstanbul bölgəsində güclü zəlzələnin başvermə ehtimalı təxminən 48% təşkil edir".
Oxu.Az-ın məlumatına görə, bu barədə "Nefes" qəzetinə türkiyəli seysmoloq Naci Görür bildirib.
Alim Mərmərə dənizi bölgəsində 1999-cu ildə baş vermiş zəlzələdən sonra aparılan araşdırmalardan danışıb. İlkin olaraq bu araşdırmaların nəticələri göstərirdi ki, yaxın 30 il ərzində İstanbulda güclü təkanların başvermə ehtimalı 60%-dən yüksəkdir. Sonradan yeni tədqiqatlar sayəsində bu göstərici 48%-ə qədər endirilib.
Bununla belə, Görür qeyd edib ki, Türkiyənin bu bölgəsində təbii fəlakət ehtimalı hələ də yüksək olaraq qalır. Üstəlik, onun baş verə biləcəyi dəqiq tarixi proqnozlaşdırmaq qeyri-mümkündür.
Seysmoloqlar Mərmərə dənizi bölgəsində mümkün güclü zəlzələ barədə dəfələrlə xəbərdarlıq ediblər. Alimlərin proqnozlarına görə, yeddi və daha yüksək maqnitudalı təkanlar zamanı təxminən 90 min ev uçacaq, 260 min ev isə yaşayış üçün yararsız hala düşəcək.
İstanbul bölgəsində gücünə görə buna bənzər sonuncu zəlzələ 1999-cu ilin avqustunda baş verib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 134 Tarix: 30 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hər 6 ildən bir 6 bal gücündə zəlzələnin baş verdiyi yer
Sakit okeanın dərinliklərində yerləşən "Gofar qırılma xətti" təxminən 30 ildir alimlərin diqqət mərkəzindədir. Bu bölgədə təxminən hər 5-6 ildən bir oxşar gücdə zəlzələlər qeydə alınır və ən maraqlısı odur ki, sarsıntılar demək olar eyni nöqtədə və eyni enerji səviyyəsində təkrarlanır. Qaynarinf
26 maySevgini xilas edən 2 "zəruri" yalan - Psixoloq açıqladı
Araşdırmalar göstərir ki, bəzi qeyri-səmimilik formaları və müəyyən yalan növləri münasibətlərdə mühüm rol oynaya bilər. Qaynarinfo xəbər verir ki, bu barədə amerikalı psixoloq Mark Trevers "Forbes" üçün yazdığı məqalədə bildirib. "İnsan münasibətləri nadir hallarda mütləq qaydalara tab
29 mayHansı duzdan istifadə edək? - Həkim xəbərdarlıq edir
Tiroid xəstəliklərinin sürətlə yayılması mütəxəssisləri narahat edir. Xüsusilə son illər dəbə çevrilən Himalay duzunun həddindən artıq istifadəsinin sağlamlıq üçün risk yarada biləcəyi bildirilir. Mütəxəssislər yod çatışmazlığının tiroid problemlərinin əsas səbəblərindən biri olduğunu vurğulayaraq, yodl
26 mayRusiyanın Rumıniyadakı bir konsulluğu bağlanacaq
Rusiyanın Rumıniyanın Konstanta şəhərindəki konsulluğu bağlanacaq. Qafqazinfo" xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib. Məlumata görə, oradakı konsul da "arzuolunmaz şəxs" elan edilib. Bildirlib ki, qərar diplomatik qaydaların pozulması il
29 mayDaha bir övladı Pittin soyadından imtina etdi
Hollivud ulduzları Ancelina Coli və Bred Pittin oğlu Meddoks atasından tamamilə uzaqlaşmaq qərarına gəlib. Axşam.az xəbər verir ki, 23 yaşlı Meddoks Coli-Pitt rəsmi olaraq adını dəyişmək üçün sənədlər təqdim edib və "Pitt" soyadından imtina etmək niyyətindədir. Bundan sonra gənc özünü Meddok
30 mayLaosda su basmış mağaradan 10 gündən sonra dörd nəfər xilas edilib
10 gün sonra xilasedicilər Laosda su basmış mağaradan dörd kişini azad ediblər. Bu barədə "Report" xarici mediaya istinadən xəbər verir. Hadisə mərkəzi Saysombun əyalətində baş verib, burada yeddi nəfərdən ibarət kənd sakinləri qrupu qızıl axtarışı ilə dar yeraltı tunellərə girib. Mayın 20-d
30 may