London NATO vasitəsilə Rumıniyadakı hərbi hava qüvvələrini artırmağa hazırdır
Böyük Britaniya Qalats şəhərində Rusiya dronu ilə bağlı baş verən insidentlə əlaqədar Rumıniyaya əlavə döyüş təyyarələrinin göndərilməsi variantını nəzərdən keçirir.
"Report"un xəbərinə görə, bu barədə Birləşmiş Krallığın müdafiə naziri Con Hili "X" sosial şəbəkəsində məlumat paylaşıb.
"Kral Hərbi Hava Qüvvələrinin qırıcıları ölkənin hava məkanında NATO-nun patrul missiyalarını təmin etmək üçün artıq Rumıniya ərazisində cəlb olunublar. Ehtiyac yaranacağı təqdirdə, bu mövcudluğun gücləndirilməsinə kömək etmək üçün Şimali Atlantika Alyansının Baş katibi ilə qarşılıqlı fəaliyyət göstərmək niyyətindəyik", - müdafiə idarəsinin rəhbəri yazıb.
"The Times" qəzeti dəqiqləşdirib ki, hazırda Rumıniya ərazisində ölkənin hava məkanının qorunması üzrə dörd aylıq missiyanı yerinə yetirən dörd "Typhoon" qırıcısından ibarət qrup yerləşdirilib.
Qeyd edək ki, mayın 28-dən 29-na keçən gecə Rusiyaya məxsus pilotsuz uçuş aparatı Rumıniyanın hava məkanını pozaraq çoxmrtəbəli yaşayış binasına çırpılıb, nəticədə yanğın baş verib və iki nəfər yüngül xəsarət alıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 135 Tarix: 31 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yaponiya əhalisinin sayında rekord azalma
Yaponiya əhalisi son beş ildə rekord dərəcədə azalıb. -ın "Yomiuri" nəşrinə istinadən xəbərinə görə, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara məlumat verib. 2025-ci il ilkin siyahıyaalınmaya əsasən, Yaponiya əhalisi 123 029 524 nəfər təşkil edir. Göstərici 2020-ci ill
30 mayTürkiyədə tüfəngi ilə ilanı öldürmək istəyən kişi beş nəfəri yaralayıb
Türkiyədə kişi evinə girən ilanı öldürmək istəyərkən beş nəfəri yaralayıb. "Report" yerli mətbuata istinadən xəbər verir ki, hadisə 30 may tarixində Türkiyənin Şanlıurfa əyalətinin Siverek rayonunda baş verib. Belə ki, 56 yaşlı kişi evinin kanalizasiyasına ilişib qalmış ilana ov tüfəngində
31 mayHeqset: ABŞ Ukraynanın müdafiə olunması üçün yol tapacaq
ABŞ Ukraynanın ərazisini bu və ya digər şəkildə müdafiə etməsinə kömək edəcək. "Report"un məlumatına görə, bu barədə Pentaqon rəhbəri Pit Heqset Sinqapura səfəri zamanı jurnalistlərə açıqlamasında bildirib. "Biz onların (Ukraynanın - red.) özlərini müdafiə edə bilməsini istəyirik və bi
31 mayUkrayna və Kanada birgə dron istehsalı barədə razılığa gəlib
Kiyev və Ottava Kanada ərazisində Ukrayna ordusu üçün pilotsuz uçuş aparatlarının istehsalının birgə başladılması barədə razılığa gəlib. "Report"un "RBK-Ukraina"ya istinadən xəbərinə görə, müvafiq sənədi iki ölkənin Müdafiə nazirliklərinin nümayəndələri imzalayıblar. Razılaşma çərçivəsind
30 may