Vaşinqtonda kimyəvi zavodda qəza 11 nəfərin ölümünə səbəb olub
ABŞ-nin Vaşinqton ştatında Lonqvyu şəhərindəki Nippon Dynawave Packaging müəssisəsində kimyəvi maddənin olduğu çənin partlaması nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.
"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, xilasetmə qüvvələri itkin düşmüş hesab edilən doqquz nəfərin hamısının meyitini aşkar edib.
Qəza mayın 26-da sellüloz-kağız zavodunda baş verib. Çəndə təxminən 900 min qallon və ya 3,4 milyon litr "ağ qələvi" adlanan kağız kütləsinin istehsalında istifadə olunan natrium hidroksid və natrium sulfid məhlulu olub.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, çirkləndirici maddələrin bir hissəsi Kolumbiya çayına düşüb. Bununla belə, Lonqvyu şəhərində hava və içməli suyun keyfiyyətinə mənfi təsir hələlik aşkar edilməyib.
Xatırladaq ki, "Nippon Dynawave Packaging" Yaponiyanın "Nippon Paper Industries" şirkətinin törəmə strukturudur.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 166 Tarix: 31 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ-də siqaret çəkənlərin sayı 2025-ci ildə rekord minimuma enib
ABŞ-də böyüklər arasında siqaret çəkmə səviyyəsi tarixi minimuma enib. xəbər verir ki, bu barədə "ABC News" məlumat yayıb. ABŞ-nin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri (CDC) tərəfindən aparılan sorğunun nəticələrinə görə, 2025-ci ildə yetkin amerikalıların yalnız doqquz faizi özün
31 mayÇexiya NATO-nun müdafiə xərcləri hədəfinə çata bilməyəcək
Çexiya Respublikası bu il NATO-nun müdafiə xərcləri üçün ÜDM-in 2%-lik hədəfinə çata bilməyəcək. "Report"un məlumatına görə, bu barədə ölkənin Baş naziri Andrey Babiş "Financial Times" qəzetinə açıqlamasında bildirib. O, hökumətin öhdəliyini yerinə yetirmək üçün "əlindən gələn
31 mayHəyəcan təbili çalındı: Konqoda Ebola misli görünməmiş sürətlə yayılır
Konqo Demokratik Respublikasının İturi əyalətində Ebola virusu misli görünməmiş sürətlə yayılmaqdadır. TASS-a istinadən xəbər verir ki, bu barədə "Sərhədsiz Həkimlər" beynəlxalq təşkilat;n;n əməliyyatlar üzrə direktor müavini Alan Qonsales bildirib. O deyib ki, epidemiya elan edildikdən qıs
31 mayTürkiyədə tüfəngi ilə ilanı öldürmək istəyən kişi beş nəfəri yaralayıb
Türkiyədə kişi evinə girən ilanı öldürmək istəyərkən beş nəfəri yaralayıb. "Report" yerli mətbuata istinadən xəbər verir ki, hadisə 30 may tarixində Türkiyənin Şanlıurfa əyalətinin Siverek rayonunda baş verib. Belə ki, 56 yaşlı kişi evinin kanalizasiyasına ilişib qalmış ilana ov tüfəngində
31 mayNigeriyada vəba epidemiyası: 40-a yaxın ölən var
Nigeriyanın şimal-şərqində yerləşən Borno ştatında mayın əvvəlindən bəri vəba xəstəliyindən azı 37 ölüm və 3 00-dən çox yoluxma qeydə alınıb. xəbər verir ki, bu barədə "Punch" qəzeti ştatın səhiyyə qurumlarına istinadən məlumat yayıb. Bildirilir ki, hazırkı yoluxma dalğası ictimai səhiyyə sahəsind
31 mayTramp şərtləri sərtləşdirir: ABŞ-İran müqaviləsi sual altındadır
Ağ Ev lideri Donald Trampın şərtlərinin sərtləşdirilməsini tələb etməsindən sonra, demək olar ki, imzalanmağa hazır hesab edilən ABŞ-İran müqaviləsi yenidən sual altında qalıb. "Report" xəbər verir ki, bu barədə "Axios" və "The New York Times" qəzetləri Amerika rəsmilərin
31 may