KİV: Britaniya ordusu süni intellektə hərbi hədəfləri seçməkdə müstəqillik verə bilər
Böyük Britaniya Müdafiə Nazirliyi süni intellektin düşmənə zərbə endirmək qərarlarını müstəqil şəkildə verə bilmə imkanını nəzərdən keçirir. Bu təşəbbüs müdafiə nazirinin müavini Alister Karns tərəfindən səsləndirilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti yazıb.
"Britaniya Müdafiə Nazirliyi müasir müharibənin əsas etik məhdudiyyətlərindən birini yenidən nəzərdən keçirir - döyüş sistemləri üçün hədəflərin həmişə insan tərəfindən seçilməsi prinsipi… Döyüş dronlarının sürətli inkişafı fonunda bəzi məmurlar hesab edirlər ki, döyüşlərdə insanın iştirakına ehtiyac olmaya bilər", - nəşr yazır.
Karns bildirib ki, fövqəladə hallarda döyüş maşınları hədəfləri müstəqil müəyyən edə bilər. Onun sözlərinə görə, operatorun qərar zəncirindən çıxarılması imkanına ehtiyac var, çünki qarşı tərəf belə etik qaydalara əməl etmir.
Hazırkı Britaniya hərbi doktrinası avtonom sistemlərin istifadəsinə icazə versə də, insan nəzarətini tələb edir. Qaydaların yenidən nəzərdən keçirilməsi müasir təhdidlərə uyğunlaşmaq üçün fevral ayında başlayıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 105 Tarix: 31 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Həyəcan təbili çalındı: Konqoda Ebola misli görünməmiş sürətlə yayılır
Konqo Demokratik Respublikasının İturi əyalətində Ebola virusu misli görünməmiş sürətlə yayılmaqdadır. TASS-a istinadən xəbər verir ki, bu barədə "Sərhədsiz Həkimlər" beynəlxalq təşkilat;n;n əməliyyatlar üzrə direktor müavini Alan Qonsales bildirib. O deyib ki, epidemiya elan edildikdən qıs
31 mayAzərbaycanlıların xaricə səfərlərində azalma qeydə alınıb
2026-cı ilin yanvar-aprel aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı ötən illə müqayisədə azalıb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu il xaricə səfər edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz azalaraq 602,4 min nəfər olub. Səfər edənləri
30 mayBeynəlxalq xəbərdarlıq: Ebola təhlükəsi böyüyür
Konqo Demokratik Respublikasında Ebola virusunun yayılması ilə əlaqədar xəbərdarlıq olunub. Xəbərdarlığı "Sərhədsiz Həkimlər" tibbi xeyriyyə təşkilatının direktorunun müavini Alan Gonzales edib. Bu barədə BBC-nin məlumatında bildirilib. Qeyd olunub ki, xəbərdarlıqda sözügedən ölkədə Ebola virusunu
31 maySeysmoloq İstanbulda güclü zəlzələ riski barədə xəbərdarlıq etdi
"İstanbul bölgəsində güclü zəlzələnin başvermə ehtimalı təxminən 48% təşkil edir". -ın məlumatına görə, bu barədə "Nefes" qəzetinə türkiyəli seysmoloq Naci Görür bildirib. Alim Mərmərə dənizi bölgəsində 199-cu ildə baş vermiş zəlzələdən sonra aparılan araşdırmalardan danışıb. İlki
30 mayƏn gözəl və çirkin qadınların yaşadığı ölkələrin reytinqi tərtib edildi
Ən gözəl qadınların yaşadığı ölkələrin siyahısı tərtib edilib. -ın xəbərinə görə, bu barədə məlumatlar "World Population Review" saytında dərc edilib. Reytinqdə ilk sıranı Kolumbiya tutub. İlk beşlikdə, həmçinin Polşa, Yunanıstan, Çexiya və Rusiya yer alıblar. Bundan başqa, Venesuela, Albaniy
30 mayPlanetin əhalisi 40 ilə yarıyadək azalacaq - Alimin qorxunc PROQNOZU
"Chaos, Solitons & Fractals" jurnalında dərc olunan araşdırmada insan əhalisinin son 12 min ildəki artımı təhlil edilərək narahatedici ssenari irəli sürülüb. Araşdırmaya görə, son 50 ildə bəşəriyyətin demoqrafik artımı 2064-cü ilə qədər böyük ölçüdə geri çevrilə bilər. xarici mediaya istinadl
31 mayKİV: ABŞ üzərində meteorit partlayıb
ABŞ-nin Massaçusets ştatının sakinləri partlayışa bənzər güclü səs eşidiblər. xəbər verir ki, bu barədə WCVB telekanalı məlumat yayıb. Şahidlərin sözlərinə görə, yerli vaxtla saat 14:00 radələrində (Bakı vaxtı ilə 22:00 - red. ) ştatın müxtəlif ərazilərində partlayış səsinə bənzər gurultu eşidilib. Bəz
31 may