Xiyarın payıza qədər bol məhsul verməsi üçün belə sulayın
Xiyar bağ sahəsində yetişdirilən ən tələbkar tərəvəzlərdən biridir. Bir neçə gün quraqlıq, sərin gecələr və ya həddindən artıq rütubətli hava kifayətdir ki, yarpaqlar saralmağa, bitki unlu şeh xəstəliyinə tutulmağa və ya çiçək yumurtacıqları tökülməyə başlasın.
Bağbanlar xiyarların məhsuldarlığını artırmağa kömək edən ucuz bir dəmləmə resepti paylaşıblar.
Lent.az xarici mediaya istinadən xəbər verirlər ki, dəfnə yarpağı və çörək sodasından hazırlanan bu qarışım xiyarların böyüməsi və məhsul verməsi dövründə onları dəstəkləmək üçün sadə ev üsuludur. O, göbələk xəstəliklərinə qarşı profilaktik təsir göstərir, bitkiləri gücləndirir və yarpaqların bütün yay boyu sağlam qalmasına kömək edir.
Dəfnə yarpağı əsasən kulinariya ilə əlaqələndirilir, lakin onun tərkibində bioloji aktiv maddələr də var. Burada antibakterial və göbələk əleyhinə təsir göstərən efir yağları - xüsusilə evgenol və sineol mövcuddur.
Araşdırmalar göstərir ki, dəfnə ekstraktları bəzi göbələk patogenlərinin inkişafını zəiflədə bilir.
Əlbəttə, bu o demək deyil ki, dəfnə yarpağı dəmləməsi güclü infeksiya zamanı peşəkar bitki mühafizə vasitələrini əvəz edəcək. Amma mövsümün əvvəlində yardımçı və profilaktik vasitə kimi istifadə oluna bilər. Əlavə üstünlüklərindən biri də kalium, kalsium və manqan kimi mikroelementlərin olmasıdır. Sulama zamanı onlar az miqdarda torpağa keçir.
Çörək sodası - natrium bikarbonat - artıq uzun illərdir ekoloji bitki mühafizəsində istifadə olunur. Onun təsiri əsasən yarpaq səthinin pH səviyyəsini dəyişdirməsi ilə bağlıdır. Daha qələvi mühitdə bir çox göbələk sporlarının inkişafı çətinləşir.
Buna görə soda məhlulu aşağıdakılara qarşı tətbiq olunur:
• unlu şeh,
• boz kif,
• yarpaq ləkələnməsi.
Lakin burada ehtiyatlı olmaq lazımdır. Sodanın çox yüksək konsentrasiyası yarpaqlara zərər verə və torpağın mineral balansını poza bilər. İnternetdəki bir çox məsləhətlərdə bu barədə ümumiyyətlə qeyd edilmir.
Xiyar üçün dəfnə yarpağı və soda dəmləməsi
Resept sadədir, lakin nisbətlərə riayət etmək vacibdir.
Tərkibi:
• 6-8 ədəd dəfnə yarpağı,
• 1 litr isti su,
• yarım çay qaşığı çörək sodası
Dəfnə yarpaqları isti suya əlavə olunmalı və qapaq altında təxminən 20-30 dəqiqə saxlanmalıdır. Dəmləmə soyuduqdan sonra soda əlavə edib yaxşıca qarışdırmaq lazımdır.
Bu məhlulla:
• xiyarları 7-10 gündən bir kökündən sulamaq,
• və ya yarpaqları axşam saatlarında, birbaşa günəş şüaları altında olmamaq şərti ilə çiləmək olar.
Sonxeber.az
Telegramda izləyin
Maraqlı Baxılıb: 6244 Tarix: 02 iyun 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Quru meyvələrin gizli təhlükəsi: Həkim normadan artıq yeməməyi tövsiyə edir
"Quru meyvələrin şirniyyat və konfetlərə sağlam alternativ olması barədə düşüncələr heç də həmişə özünü doğrultmur". xəbər verir ki, bunu -ya rusiyalı həkim-qastroenteroloq Yekaterina Kaşux deyib. O bu cür qidalardan həddindən artıq istifadənin yolverilməz olduğunu vurğulayıb. Mütəxəssisi
15 sentyabrRadiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
İstilik mövsümü başlamazdan əvvəl radiatorları üzərində və içərisində yığılan tozdan təmizləmək lazımdır. Bunu radiatoru sökmədən, adi tullantı paketi və saçqurudan fen vasitəsilə etmək mümkündür. xarici mediaya istinadən xəbər verir ki, uzun müddət istifadə olunmayan radiatorların dar aralıqlarınd
14 sentyabrÜzdə şişkinlik, dəridə səpkilər: Səbəb geyiminizdə gizlənə bilər - VİDEO
Geyindiyimiz paltarlar bəzən dərimizdə dərin izlər buraxır. Hətta üzdə və gözlərin ətrafında şişkinliyə gətirib çıxarır. Bəs bu əlamətlər hansı hallarda ciddi siqnal hesab olunur?. Mövzu ilə bağlı Baku TV-yə açıqlama verən allerqoloq Ramil Qocayev bildirib ki, bədənlə təmasda olan geyimlər və digər vasitələ
13 sentyabrAyla bağlı yeni kəşf: Alimləri təəccübləndirən an
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi 2024-cü ildə yaranan və diametri 22 metr olan yeni krater kəşf edib. xəbər verir ki, bu bu barədə ABŞ aerokosmik agentliyi məlumat yayıb. Bildirilib ki, "Science Advances" elmi jurnalının mütəxəssisləri bu tapıntını Günəş sistemində indiyədə
17 sentyabrTelevizorun qarşısında yatanlara BƏD XƏBƏR - Ürəyiniz təhlükədədir
Televizoru açıq saxlayaraq yatmaq yuxunun keyfiyyətini poza və ürək-damar sisteminə əlavə yük yarada bilər. xarici mediaya istinadən xəbər verir ki, kardioloqlar gecə televizor qarşısında yatmaq vərdişindən imtina etməyi məsləhət görürlər. Mütəxəssislərin sözlərinə görə, yuxu zamanı orqanizm, o cümlədə
14 sentyabrAyın sonunda pulunuz qalmırsa, 5 səhvdən birini edirsiniz
Ay ərzində qazandığınız pulun hara xərcləndiyini bilmirsinizsə, ayın sonunda büdcənizin tükənməsi təəccüblü deyil. Bəzi gündəlik vərdişlər isə fərqinə varmadan xərclərin artmasına səbəb olur. xəbər verir ki, maliyyə mütəxəssislərinin fikrincə, büdcəni idarə etməkdə çətinlik çəkən insanların yol verdiy
13 sentyabrİtaliyalı qadın hakim sosial şəbəkədə gündəm oldu
İtaliya A Seriyasında keçirilən "Genoa" - "Frosinone" matçında köməkçi hakim kimi vəzifə alan Giuliana Vigile qarşılaşmadan sonra sosial şəbəkələrdə diqqət mərkəzinə düşüb. xarici mediaya istinadla xəbər verir ki, Vigile-nin matç zamanı hakim forması ilə çəkilmiş görüntüləri ilə yanaşı
14 sentyabr